Səssizlik müalicə edir

Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir. Xüsusilə bu şəhər sakinlərinə aiddir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur — ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir.

Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur. Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.
Davamı →

Azan

Azan – lüğətdə “bildirmək” deməkdir. Şəriətdə; namaz vaxtını xüsusi bəzi sözlərlə deməyə azan deyilir. Azan hicrətin birinci ilində Mədinədə tədbiq olunmuşdur. Əslində Azanın Məkkədə tədbiqata başlandığını deyənlər də vardır. İçərlərində Həzrəti Ömər olmaqla bərabər bir çox səhabə yuxularında göydən bir mələk enərək əzanın sözlərini onlara öyrətməsi haqqında rəvayətlər vardır. Azan dinin əsaslarından və şüarlarındandır. Hökmü qüvvətli sünnətdir. Vacib deyənlər də vardır. Çünki İmam Məhəmməd (135-189); “Bir yerdə əhalisi azan ilə iqaməti tərk etsələr onlarla hərb aparılmalıdır” demişdir. Hərb ancaq vacib tərk edildiyi vaxt icra olunmalıdır. Camaat namazını tərk edən adam üçün də hərb elan oluna bilər. Amma bunun şərtləri vardır. Bəs onda bizim bu qədər namazı tərk edən yaxınlarımız var, onlara necə davranaq. Bəzən öz ailəmizin üzvünə belə namazı əmr etməyi unudur, yaxud səhlənkar yanaşırıq. Allah bizi bağışlasın. Amin!

İbn Həcər əl Əsqalani “Büluğul Məram” adlı əsərində Azan fəslinə geniş yer vermiş və ən mötəbər hədisləri orada dəlil olaraq gətirmişdir. Ən maraqlı hal, həmçinin bizim söhbət açacağımız mövzu iqamənin sözlərinin tək-tək oxunması, azanın sözlərinin isə iki-iki oxunmasıdır. Bu rəvayətləri biz qeyd etdikdən sonra artıq insaf və ədaləti müsəlmanların öz öhdəsinə buraxacağıq. Çünki bu gün məscidlərimizin bir çoxunda Azan və iqaməyə əlavələr, həmçinin iqamənin iki-iki oxunmasımı, yoxsa tək-tək oxunmasımı haqqında mübahisələr var. Bu mübahisələr əsasən bu barədə həqiqətin nə olduğunu biməməkdən, təqlidə meyl etməkdən irəli gəlir. Əsl həqiqət isə təqliddən əvvəl Allah rəsulunun və səhabələrinin yolunu tutmaqdır. Sən o zaman başqa bir alimə təqlid edə bilərsən ki, həmin məsələ barəsində Allah rəsulu və səhabələr nəsə deməyiblər və ya etməyiblər. İqamə məsələsində də təqlidi atıb Allahın rəsuluna tabe olmalısan. Ən doğru mövqe budur.

Əkrəm Həsənov.
Davamı →

Dil mədəniyyətini qorumalı

Dünya sənin səsinlə danışanda sən kim olduğunu bilməlisən. (Britt Edval)


Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim olunmasından çox asılıdır.

Elektron vasitələrində yaxşı effect alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. Nitq və səs televiziyada da cox vacibdir. Səslənmənin özü, əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç də müvəffəqiyyətin rəhni deyildir. 


Ardı →

3 ölçülü səs

Üç ölçülü səsi yaratmanın ən sadə və ən həqiqi yolu bu səs üçün lazımlı ədəddə dinamik istifadə etməkdir: məsələn kinolarda və ya 5.1 və 7.1 səs sistemlərdə bu texnologiya istifadə edilər. Bu cür texnologiyalarda müvəffəqiyyətin ən əhəmiyyətli faktoru dinamiklərin istifadəçilərə görə olan mövqelərini doğru nizamlaya bilməkdir.

Bu mövqeyə olan həssaslıq, bəzi mühitlərdə problem çıxarda bilər: məsələn kinoteatrda bir filmi ortadan və sol küncdən izləmək arasında böyük fərqlər olmaqdadır. Bu səbəbdən, böyük sərmayələrlə yaradılmış bir gerçək üç ölçülü səs sistemini eyni anda istifadə edə biləcək istifadəçi sayı məhdud olmaqdadır.

Gerçək üç ölçülü səsi yaradarkən həqiqətə yaxınlaşmaq üçün dinamik sayını artırmaq lazımlıdır: sağ, sol, orta, ön, ön sol, ön sağ,…, alt sol, alt orta, alt ön orta deyərkən lazımlı dinamik miqdarı artmaqda və bunları bir otağa qoymaq çətinləşdirməkdədir. Eyni zamanda, yüksək ədəddəki dinamikin səslərini saxlamaq, çıxarmaq və sinxronizə etmək xərcləri artırmaqdadır.

Sizə 3 ölçülü səs təqdim edirəm. Qulaqlıqla dinləməyiniz şərtdir..

Bərbərxana







Davamı →