Tətildən sonra iş

Tətil günlərində hər kəs kifayət qədər istirahətinə vaxt ayırmağa çalışır. Bu sağlamlığımız cəhətdən, həmçinin özümüzə zaman ayırmağımız baxımından çox yaxşı bir haldır. Ancaq mümkün qədər dincəldikdən sonra işə bütün diqqətini toplamaq bir o qədər qəlizləşir.

Bu müddəti necə tezləşdirə və daha sadə bir hala gətirə bilərik? Aşağıdakı tövsiyyələrimiz inanırıq ki, sizə bu mövzuda yardımçı olacaqdır.
Davamı →

Uşaqlarınızla səfərə çıxmaq istəyirsinizsə

Uşaqlı ailələr üçün səfərə çıxmaq əyləncəli olmaqla yanaşı yorucu və cansıxıcı da ola bilər. Bunun qarşısını almaq üçün uşağın yaşına görə davranışlarını da bilməli, yola çıxarkən qabaqcadan hər şeyi ciddi şəkildə planlaşdırmalısınız.

Tətilinizi harada keçirəcəyiniz barədə qəti qərara gəldikdən sonra növbə ora necə getməyə çatır. Böyük uşaqlar üçün uzun müddət avtomobildə və ya avtobusda səfərə çıxmaq o qədər də problem deyil. Ancaq 2 yaşından aşağı uşaqlarla səfərə çıxarkən təyyarəyə üstünlük vermək məsləhətdir.
Davamı →

Yay tətilini məhsuldar etmək üçün 5 tövsiyə

Məktəb və universitetlər bağlandı. Gərgin bir tədris ilini geridə buraxan bir çox tələbə üçün bu, tətil və istirahət deməkdir. Əlbəttə tətil etmək önəmli və gərəklidir. Ancaq, yeni tələbəlik dönəmi başlayana qədər təxminən 2 aylıq bir zaman var və bunun tamamını tətil edərək keçirmək çox da məhsuldar bir qərar deyil.


Hətta yeni tədris ilinə daha çox adaptasiya ola bilməməkdə, motivasiya itkisi kimi bəzi əskikləri də var. Uğurlu bir karyera hədəfləyən gənc istedadlara yay tətilində səmərəli vaxt keçirmək üçün tövsiyələrimiz: könüllü işlərə qatılmaları, zehinlərini qidalandırmaları, səyahət, idman etmələridir.
Davamı →

Bayram tətili zamanı hansı səhvlərdən qaçmaq lazımdır

1. Tətil zamanı işi tamamilə unutmaq lazımdır
Bütün fikrinizi iş prosesinə köklədiyiniz günləri bayram adlandıra bilmərsiniz. Siz nə maşın, nə də robot deyilsiniz, sizin də istirahətə ehtiyacınız var. Buna görə də, ekspertlər müəyyən müddətlik iş məsələlərini və planları bir kənara qoymağı məsləhət görür. Əks halda istihatə etmiş olmursunuz, tətil bitdikdə isə məhsuldarlığınız bərpa olmur.

2. Günahkarlıq hissi ilə mübarizə aparmaq lazımdır
Hər dəfə özünüzü əməyinizə görə mükafatlandırdığınızda günahkarlıq hissi duyursunuzsa bu ciddi problemdir. İstirahət də bir mükafatdır, və belə insanlar tətil zamanı işləməyib, zamanlarını istirahətə sərf etdiklərinə görə günahkarlıq hiss edə bilərlər. Bu hiss ilə mübarizə aparmaq lazımdır, çünki bu istirahətə mane olduğundan tətil bitdikdə məhsuldarlıq səviyyəniz də sıfıra bərabər olacaq.
Davamı →

Səyyahların ən çox yol verdiyi 17 səhv

1. Səyahəti lap xırdalıqlarına kimi planlaşdırmaq
Bütün işlər kimi, səyahəti də planlaşdırmaq əlbəttə ki, lazımdır. Amma burada bütün xırdalıqları nəzərə alıb, hər addımı əvvələdən yazmaq, əsində, yeni hisslər gətirməli oan səyahəti protokola çevirə bilər. Belə etsəniz səyahətə çıxmazdan əvvəl daha çox zövq alacaqsınız, nəinki səyahətin özündə. Səyahətin ləzzəti isə buradakı yeniliklər, bilmədiyiniz sürprizlərdir. Ona görə də planlaşdırmada o qədər də dərinə getməyin.

2. Ölkədən böyük gözləntilərinizin olması
Əsas odur ki, internetdə gördüyünüz hər şeyi reallıq saymayasınız. Hər şey orada göstərilən kimi deyil. Bunu əvvəlcədən qəbul etsəniz səyahət zamanı dilxor olmayacaqsınız. Çünki əgər internetdə ağ qumları olan əla çimərlik görürsünüzsə, bilin ki, bu şəkilin görünməyən tərəfləri də var.
Davamı →