Rübai ustadı Ömər Xəyyam

Omər XəyyamƏsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam  olan dahi iranlı şair 18 may 1048-ci ildə Nişapur şəhərində doğulmuşdur. Çadırçı ailəsində doğulmuş Ömər riyaziyyat, fizika,tibb, astronomiya elmləri ilə maraqlanırdı.

Yaşadığı dövrdə İbn Sinadan sonra ən yaxşı alim kimi qəbul edilirdi. Tibb, fizika, astronomiya, cəbir, həndəsə və riyaziyyat elmlərində önəmli çalışmaları olan Ömər Xəyyam üçün zamanın bütün elmlərini bildiyi söylənilir. O digərlərindən fərqli olaraq  etdiyi çalışmaların çoxunu qələmə almayıb, yoxsa adını eşitdiyiniz bir çox teoremlərin müəllifi odur.

Ömər Xəyyamın ən böyük əsəri “Cəbr Rəsaləsi”dir. On hissədən ibarət olan bu kitabın dörd hissəsində tənliklər araşdırmış və bu tənlikləri təsnif etmişdir. Riyaziyyat tarixində bunu edən ilk alim Ömər Xəyyamdır.

21 Mart 1079-cu ildə tamamladığı xalq arasında Ömər Xəyyam Təqvimi, bu gün isə Cəlali Təqvimi olaraq bilinən təqvim üçün böyük səy göstərmişdir.


Ardı →

Yazığım gəlir.

     Dünya kiminə kef, kiminə dərd-qəm,
 
      Bunları qanana yazığım gəlir.

      Duyub, düşündükcə ömrün sonunu,

      İnsanam, insana yazığım gəlir. 
Ardı →

Məmməd Araz - Göydən dörd alma düşdü

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

Nağıl istəyirəm, şirin bir nağıl,               
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər — görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə — görmədik;
Üç alma düşmədi göydən — görmədik;
Heç alma düşmədi göydən — görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
Davamı →

Mirzə Ələkbər Sabir

Ərəszadə adlı birisi inqilabdan qabaq Bakı qəzetlərində uzun-uzadı məqalələr yazır və «mabədi var» deyə məqalənin davamını gələn nömrəyə saxlayırmış. Sabir (1862-1911) bir gün Bakıda konka ilə gedərkən yeni çıxmış qəzeti almış və orada Ərəszadənin məqaləsini görüncə:


— Molla Ərəszadənin...- deyib məqalənin sonuna baxmış və:


Ardı →

Azad insanların şairi - Nəsimi


Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369, Şamaxı-1417,Hələb) — Azərbaycan şairi, mütəfəkkir."İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlktəhsilini Şamaxıda almış, dövrün elmlərini,dinlərin tarixini, məntiq, riyaziyyat vəastronomiyanı öyrənmişdir.10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseynini sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini «Hüseyni» təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğedən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminintəxəllüsü ilə həmahəng səslənən «Nəsimi» təxəllüsünü qəbul etmişdir.


Ardı →