Sevgi45 saniyəyə aşiq olmaq

Doğrudanmı,ilk baxışdan aşıq olmaq mümkündür? Bu barədə çox yazılar vardır.İngilis psixoloqlarının rəyi bir qədər fərqlidir.
Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:
Birinci baxış: (5 saniyə) — gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.
İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.
Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.
Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.
Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.
Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.

psixologiyaGülüşümüz xarakterimizi göstərir.

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.


( Ardı )

Bloq: MrMuSamirSevgi, həyat eşqi, yüksəliş-eniş və şizofreniya

Bəli… Başlıqdan da göründüyü kimi. Bir şəxsin arxasınca qaçırsan… Qaça-qaça çatırsan, lakin tər-qan içində çatan vaxtı qızın başqa birisi ilə səhv saldığını görürsən… Bu, hələ bir başlanğıcdır.


Bir uyğunluq görmüşdüm, o uyğunluğu burada yazdım «Alqoritm» başlığı altında… Müxtəlif rəylər gəldi, lakin 2 rəy bütün hər şeyi dəyişdi… kommentlərin birində «Akıl oyunları — A beautiful Mind» filminin adı çəkildi, digərində də «The secret» sənədli filminin… Birinci filmdə dahi Nobel mükafatçısı Con Neş və onun şizofrenikliyi haqqında bəhs edilirdi, həqiqi həyatından. Con Forbs Neş məgər mənimlə eyni gündə, lakin məndən 66(12*11/2) il əvvəl doğulub. İkincisində isə mən əksər suallarıma cavab tapdım.


Son zamanlar səhvlərimi düzəltməyə çalışarkən etmədiyim səhvlər üzərimə atılır, boynuma götürürəm, ürəyimə salıram… Qürurumu alçaldıram, kimə alçaltmışamsa, alçaldığımı cəmiyyətə bəyan etməsinə göz yuma bilmədim, lakin ona da qarşı çıxa bilmədim. Bir tərəfdə beynimdə dərs, digərində o, digərində elmi-ictimai-sosial məsələlərim, digərində də ailə-qohum qayğıları. Fikir 4 qütbə bölünür.


Bu yaxınlarda şizofreniya haqqında öyrəndim… Mən uşaqlıqda yaşadığım qaranlıq fobiası ilə eyni səviyyədə gördüm… Əvvəlki abzasdakı «o»-nu maddiyyatımda məhv etdim, xəyalıma yazdım… Elə deyə-deyə məgər məndə şizofreniya əlamətləri peyda olubmuş… Danışıqda dağınıqlılıq, özünəməxsus anlaşılmaz terminə malik olmaq, vid-fasona fikir verməmək… Mənim hal-hazırda hər bir ictimai fikrimi elmi əsaslarla ifadə etdiyimə gülürlər və getdikcə özümü yalnız hiss etməyə başlayıram. Bir «o» xəyalımda, bir də mən… Lakin «o»-nu personajlaşdırmaq istəmərəm, əməlli-başlı şizofreniya olar, bu isə şəxsiyyətin, beynin 2 yerə bölünməsi anlamına gəlir… Lakin Con Neş qalib gəldi öz ağlının gücünə...

psixologiyaGizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.
( Ardı )

Bloq: MrMuSamir25-ci kadr effekti

25-ci kadr — kinematoqrafiya və fizikada istifadə olunan effekt, insanın görmə qabiliyyətinin gücü.Alimlər araşdırmışlar ki, insanın bir saniyədə 25 kadr görür. Bu baxımdan həmin effekt kinomptaqrafiyaya tətbiq olunaraq filmlərin yayımlanma sürəti 25 kadr/san. -dir.


‘‘25-ci kadr’’ virusu


Bugünkü gündə bu məqsədli cəmi vasitələr içərisində elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsuludur (hətta bir neçə min ildən bəri insanlığa məlum olan hipnoz da, effektliliyinə görə ondan geri qalır).


( Ardı )

psixologiyaDepressiya şkalası

Aşağıda verilən cümlələri diqqətlə oxuyun və özünüzü hiss etmənizə görə müvafiq olan rəqəmi dairəyə alın.Suallar üzərində çox fikirləşməyin çünki,düzgün və düzgün olmayan cavab yoxdur.
1 — Heç bir zaman 
2 — Bəzən
3 — Tez-tez
4 — Daima

( Ardı )

psixologiyaPsixoloji test nümunəsi

1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2
( Ardı )

psixologiyaEtiraz etmək psixologiyası

Cahiliyyə cəmiyyətində insanların böyük əksəriyyəti hər hansi bir insanin sözü və davranışı onlari hirsləndirdiyində evin və şkafların qapılarını çirpmaq, qarşısındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, edilməsi lazım olan işi etməmək kimi hərəkətləri heç çəkinmədən edə bilirlər. Quran əxlaqınıb ilən insanlar isə bu davranışların mömin əxlaqına yaraşmadığını bildiklərindən bu tərz hərəkətlərə yol vermirlər. Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına uyğun olmadığını bilə-bilə etirazlarina davam etməkdən çəkinmirlər. Amma bunu o qədər də biruzə vermirlər, daha çox kobud, sakit, səssiz davranışlar edirlər. Belə ruh halında olan insan ona bir sual verildiyində düz və dolğun bir cavab vermir.
( Ardı )

psixologiyaHövsələnizin sərhədi haradadır?

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. «Aysel» jurnalı səbrinizin dərəcəsini ölçmək üçün sizə test təklif edir. Amma bir şərtlə ki, sualları tez və çox düşünmədən cavablandırasınız

1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?
a) bəli, onlar buna layiqdirlər
b) xeyr, ola bilsin, onlar düz deyirlər

2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...

( Ardı )