Zarafatın qayda-qanunları barədə

Zarafat etmək — insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.
Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməli, ilk növbədə Allaha, daha sonra insanlara xoş gələcək zarafatlar etməlidir. Zarafat ədəbləri bir neçə cür olur:

Davamı →

Rəssamın məşhur zarafatı

Ekssentrik amerikalı rəssam Waldo Peirce (1884-1970) XX əsrin 20-ci illərində Parisdə təhsil alırdı. O kiçik ənənəvi Paris evində konsierj (mehmanxana və yaxud mənzildə yaşayan sakinin rahatlığını təmin etməyə məsul şəxs) ilə birgə yaşayırdı. Bu konsierj isə öz növbəsində çox yaşlı, savadsız və inanılmaz dərəcədə çox danışan bir qadın idi və rəssamı onun yanına gələn qonaqların qarşısında daim pis vəziyyətdə qoyurdu.

Bir dəfə Yeni il bayramında Waldo yaşlı qadına kiçik bir tısbağa hədiyyə edir. Bu hədiyyə onların münasibətlərini qaydasına salmaq əvəzinə, qadının “yeni qayğılar” ilə bağlı daha artıq gileylənməsinə səbəb oldu. Bundan əlavə, tısbağa gün keçdikdə sürətlə böyüməyə başlayırdı. Cəmi 1 ay ərzində o çox nəhəng bir canlıya çevrildi və bu da aydın idi ki, tısbağa qoca qadına kiçik otaqda sıxlıq yaradırdı. Bir tərəfdən bu dəhşət idi. Digər tərəfdən isə, bütün qəsəbə əhalisi tısbağaya baxmağa gəlirdi və qadın demək olar ki, gün ərzində susmurdu. Lakin dəhşətli günlərin birində tısbağa sanki əvvəlkindən nisbətən kiçik görünməyə başladı. Sonra daha kiçik…
Davamı →

Zarafat

zarafatBəzən düşünülməmiş, əndazəsiz bir zarafat qarşı tərəfin psixoloji durumuna və hətta səhhətinə olduqca ağır təsir göstərə bilər. Zarafat məqsədi ilə söylənilmiş yalanlar neçə insanın həyatına ağır zərbə vurub, heç bu haqda düşünmüsünüzmü?

Hər şey öz ölçüsündə, çərçivəsində olanda gözəldir. Zarafat məsələsində biz bu ölçünü daha çox nəzərə almalıyıq. Unutmayaq ki, zarafat sözü zəriflik, incə davranış mənasındadır. Təəssüflər olsun ki, biz çox zaman bu həqiqəti unudaraq ən qaba, ən kobud şəkildə zarafat edirik. Əslində bu davranışın adı zarafat deyil, elə mahiyyətindən də göründüyü kimi qabalıqdır, sərtlikdir.
Zarafatla da olsa, yalan söyləmək olmaz. Bütün davranışlarımız qarşı tərəfin könlünü almaq, ona xoş duyğular bəxş etmək üçün olmalıdır. 

By gün 1 Apreldir. Çoxları bu günü səbirsizliklə gözləyir ki, kimisə aldatsın. Əslində bu gün aldatma günü deyil, təbəssüm, gülüş günüdür.


Ardı →

Qeyri-adi "zarafat"


«General Elektrik» şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq «Mən bacarmaram!» yolunu seçir və təcrübələrinə son qoydular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin «Mən bacarmaram!» yolu əvəzinə «Mən bacararam!» yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi.


Davamı →

Sözü zarafatla deyirlər...

Marketdən aldığım əşyaları torbalara doldururdum. Orada işləyən qızlı-oğlanlı bir dəstə də söhbət edirdilər. Qızlardan biri rəfiqəsinə yanındakı oğlanı göstərib “Nişanlındır?“ — deyə soruşdu. O biri qız da qəhqəhə ilə gülüb: “Yox aaaz! Mən meymunla nişanlanaram heç!“ — deyə cavab verdi. Doğrusu, bu sözlərdən dəhşətə gəldim. Başımı qaldırıb oğlanın üzünə baxanda isə daha da pis oldum. O da ünvanına deyilən bu sözlərdən yaman pərt olmuş, yerindəcə donub qalmışdı...
Mən qapıdan çıxanda qız etdiyi səhvi düzəltmək istəyirmiş kimi oğlana: “Xətrinə dəyməsin eee! Zarafat eləyirəm“, — deyəndə ürəyimdə “üzru qəbahətindən böyük“ deməkdən özümü saxlaya bilmədim…
Davamı →