Musa Sədrinin kilsədə, xristianlar qarşısında etdiyi məşhur, tarixi çıxış

Livan xristianları rəhbərinin də iştirak edirdiyi bu tədbirdə, dialoq və həmrəylik məsələsində xristian tayfaların dini və siyasi mövqelərini yüksək səviyyədə dəyərlandirdiyinə görə İmam Musa Sədrə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Livanın keçmiş prezidenti Şarl Hələv bu barəda deyir: Xristianlıq tarixində ilk dəfədir ki, katolik olmayan bir ruhani, katolik kilsəsində xitabət kürsüsündən möminlər üçün belə bir söhbət edir. Bu hadisə nəinki təəccüblüdür, bəlkə üzərində uzun müddət dərin təfəkkür ve düşüncəyə ehtiyac olan bir hadisədir. İmam Musa sədrin sonrakı proqramı xristian rəhbarlərini cümə namazında xütbə oxumaq üçün dəvət etmək idi, amma vətəndaş müharibəsinin başlanması üzündən bu proqram həyata keçmədi.

Davamı →

Allah niyə insanları imtahan edir

Ayətullah Seyyid Məhmud “Niyə” kitabında yazır: “İnsanlar üçün iki şey mövcuddur: biri həqiqətlərdir, biri isə o həqiqətləri dərk etməkdir.
Çox zaman həqiqətlər insanın dərk etdiyi ilə üst-üstə düşmür. Bunun da iki səbəbi vardır
Biri budur ki, insanın dərk qüvvəsi zəifdir.
Davamı →

Dinin aciz qaldığı dönəm olubmu?

Rəbbinə bəndə olmaq istəyənlər üçün dünya hər dəfə müxtəlif imtahanlarla dolu olub. Elə bir dönəm olmayıb ki, əsil ixlas əhli o dönəmdə ciddi bir imtahan verməmiş olsun. Həzrət Adəmdən (ə) ta bu günə kimi bu cür olub, axirəz-zəmana kimi də bu cür olacaq. Çünki, dünyanın formulası, düzəni bu cür nizamlanıb...
Allaha sığınmaq, dinin qaydalarına tam riayət etmək – insanı bu cür aciz qaldığı durumdan xilas olmağa yardımçı olub. Tarixdə insanların dəstə-dəstə dinə gəldiyi dönəmləri araşdırsaq, görərik ki, insanlar əsasən ən sıxıntılı günlərində çarəni Allaha sığınmaqda görüblər. Çünki, zatən insanın fitrəti bunu tələb edir.

Davamı →

Ata mirası

Ərafa - Adəmlə Həvvanın görüş yeri.
Kəbə - Adəmin insanlığa “EV” mirası.
Səfa və Mərvə təpələri - Hacərlə İbrahimin ayrılıq məkanı.
Hacər, hicrətin gəlini.
İbrahim, atəşin qənimi.
İsmayıl, qurbanlığın simvolu.
Adəm insanlığın ilk evini tikdi. Bizə “ev” anlayışını miras qoydu.
Adəm yasaq olmayan cənnətə gedə bilmək üçün yasaq olan cənnətindən hicrət etdi. Ərafada Həvvasına qovuşdu. Orda məskən saldı və insanlığa, — bütün varislərinə, — bir ev miras qoydu. Kəbə hər kəsin «ATA YURDU» oldu…
Davamı →

Əməli böyük, günahı kiçik görmək nədən qaynaqlanır?

“Səhifeyi-Səccadiyyə”nin 8-ci duası İmam Səccadın (ə) xoşagəlməz əxlaqdan, nalayiq işlərdən Allaha pənah aparması ilə bağlı edilən munacatdan ibarətdir.
Duada elə müxtəlif mövzular əhatə edilir ki, insan heyrət içində qalır. Müxtəlif mövzularda İlahi dərgaha sığınan İmam (ə), bizim üçün ən diqqət olunası və ümumilikdə insan üçün önəmli olan mövzuları ortaya qoyur.
“Haqqın əvəzinə batil seçməkdən, günahda israr etməkdən, xətanı kiçik saymaqdan, itaəti böyük bilməkdən....”.
Davamı →

Ən yaxşısını, ən alisini necə əldə edək?

Bismilləhir-Rahmənir-Rahim!
“Əyyami-Fatimiyyə (s.ə)” günlərini yaşamaqdayıq. Bu günləri yaşamaq, anmaq zamanımızda xüsusən önəmli və əhəmiyyətlidir.
Xanım Zəhra (s.ə)…
İstər aləmlər üçün rəhmət olaraq göndərilmiş və yaranışın fəlsəfəsi olan bir mehriban atasının və izzət, alicənablıq rəmzi olan anasının hüzurunda ikən, istərsə Əmirəlmöminin Həzrət Əli (ə) kimi kamil insanın yoldaşlığını edərkən, istər Həsən (ə) kimi helm və səbir çeşməsini, Hüseyn (ə) kimi Aşura qəhramanını tərbiyələndirərkən və istərsə də Zeynəb (s.ə) kimi zalımlar sarayını öz gözəllik görən nurani və işıqlı baxışları ilə titrədən, atasının bir zinəti olan Aqiləyə (s.ə) müsəlman xanım nümunəsi estafetini ötürərkən — Həzrət Fatimeyi-Zəhranın (s.ə) dəyərlı və mübarək vücudu hər mənada canlı bir ibrət və dərsdir.
Davamı →

İmam Əlini (ə) Quran bizə belə tanıdır

Əmirəl-möminin (ə) kimi şəxsiyyəti tanımaq üçün doğru məlumatları ancaq hədislərdən və Qurandan ala bilərik.
Qurani-Kərim elə səma kitabıdır ki, hər bir müsəlman onun buyurduqlarını qəbul edir və inanırlar. Quranda İmam Əlinin (ə) məqam və fəzilətləri barəsində bir çox ayələr nazil olmuşdur. Onların cüzi hissəsinə diqqət edək. (Tebyan)
Davamı →

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Davamı →

İbadətlərimizi nə zay edir?

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.
Davamı →

İnsana verilən kəramət

İnsanın ömrünün bütün zamanı kəramətdir. Çünki Allah Təala kəramət əsasında dünyanı xəlq etmişdir. Bu dünyanın xəlifələri isə kəramətli insanlardır. Bu, doğrudur ki, neft və qaz yerdən çıxır, ancaq bizim ruzimiz neft və qaz deyildir, Allahın da buyurduğu kimi, səmadan enəndir. “Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) – göydədir”. (“Zariyat” 22).
Davamı →