Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →

Yaradanı unutmayaq!

Çox vaxt biz telefonla danışanda,nədənsə xətlərdə problem olur və söhbətimiz yarımçıq qalır.Belə hallarda biz istəyirik ki,hər şeyi öz qaydasına tez qoyub söhbətimizi davam etdirək.
Bu qısa metrajlı filmdən nəticə çıxartmaq olar ki,bəzilərimizin Allahla olan münasibətimiz telefon söhbəti kimidir.Bu söhbətin əlaqəsi kəsilib.
Videoda görürük ki,ata bütün qüvvəsi ilə qızı ilə olan əlqəni yenidən bərpa etmək istəyir.Necə ki,Allah bizimlə əlaqə qurmaq üçün hər cür şərait yaradıb.Çünki Allah biz insanları çox sevir.
Ardı →

Hüzura qovuşmaq və xoşbəxt olmaq.

İnsan bədən və ruhun birləşməsindən meydana gələn bir varlıqdır. Bədənimizin yeməyə, içməyə ehtiyacı olduğu kimi, ruhumuzun da qidaya ehtiyacı var.
Ruhun ən önəmli qidası sağlam inancdır. Allaha inanan və güvənən bir insan mənəvi cəhətdən qidalanmış və böyük bir güc qazanmış olur. Çünki, insan həmişə Allahın köməyinə möhtacdır. Möhtac olduğumuz o yüksək Varlığa inanıb, Ona bağlanmaq, hüzur və güvənmə mənbəyidir.

Böyük Allah belə buyurur:
“Diqqət edin, ürəklər ancaq Allahı anmaqla hüzura qovuşar.”
İman insanı yalnızlıqdan, boşluqda qalmaqdan qurtarır. İman ruhumuzun qidası qəlbimizin işığıdır. İmansız bir insanın ruhu qidasız, qəlbi qaranlıq qalır və özü də ən böyük köməkdən məhum olur.


Ardı →

Tövhid

Rəhman və Rəhim olan Allahın adı ilə



Allah axtarışı.
Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?
Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq istəyi vardır
Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər, dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:
Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə deyir:
-Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).
Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir. Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az özünə gəldikdə ətrafındakılardan soruşduğu ilk sual bu olur: «Bura haradır? Nə üçün məni bura gətirmisiniz? Nə vaxt buradan çıxacağam?» Bunlardan məlum olur ki, insan bu cür sualların qarşısında sakit qala bilməz.
Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.


Ardı →