İslam Anlayışı

Müsəlmanların inancına görə İslam, insanlara göndərilən son ilahi dindir. Quranın mənbəyi Allah, obyekti isə imandır. İslam ümumbəşəridir. Din, dil, cins, irq fərqi qoymadan, bütün insanlığa xitab edir. Bu nöqteyi-nəzərdən İslam, dünya tarixində göndərilən ilahi dinlərin ən kamili və ən sonuncusudur. Bütün bəşəriyətin dinidir. Bütün insanlığın, dünyada və axirətdə xoşbəxt olmasını qarşısına məqsəd qoymuşdur.

Davamı →

Rəsulullahın (s.ə.s) Vəfatının Əshabi-Kiram Üzərindəki Təsiri

Rəsulullahın (s.ə.s) vəfat etdiyi dərhal eşidildi. Bu xəbər, əshabi-kiram üzərində dərin hüzn meydana gətirdi. Daha səhər ayağa qalxmış halda görmüşlər, yaxşılaşır deyə sevinmişdilər. Gözlənilməz acı xəbər, hər kəsi təşvişə saldı. Yola çıxmaq üçün hazırlanan Üsamə ordusu da ordugahdan döndü, komandirlik bayrağı Rəsulullahın (s.ə.s) qapısı önünə sancıldı. Hicrətdə Rəsulullahın (s.ə.s) Mədinəyə girdiyi gün, ən böyük bayram sevinci yaşanmışdı. Bu gün ən böyük ağrılı bir matəm yaşanırdı. Münafiqlər isə, ‘Məhəmməd haqq peyğəmbər olsaydı, ölməz idi...” kimi həyasızca sözlər söyləmişlər, ortalığı bulandırmışdılar. Bu vəziyyətə əsəbiləşən Hz. Ömər, qılıncını çəkərək:

Davamı →

Rəsulullahın (s.ə.s) Duası və Mühasirənin Sona Çatması

Rəsulullah (s.ə.s) o çətin gün:
-Allahım! Ey Quranı endirən və hesabı tez edən Rəbbim; Bu ərəb qəbilələrini dağıt, birliklərini poz, iradələrini sarsıt 265 deyə dua etdi. Duası bitincə, Rəsulullahın (s.ə.s) üzündə sevinc izləri görüldü. Rəbbimin kömək vədini sizə müjdələyirəm, buyurdu. Elə o axşam, ayeyi-cəlilə və hədisi-şərifdə bildirilən «səba küləyi” əsməyə başladı.266 Fırtına və qasırğa çadırları söküb uçurdu, yemək qazanları aşdı, ocaqlar söndü, dəvələr və atlar bir-birinə qarışdı. Müşriklərin ağızları, burunları, gözləri toz-torpaqla doldu. Qərargahları alt-üst oldu. Ortalığı dəhşət bürüdü. Nəyə məruz qaldıqlarını anlamaya bilmədilər.

Davamı →

İkinci Həbəşistan Hicrəti

İlk hicrət edənlər Həbəşistanda ikən enən “Nəcm surəsi”ni Hz. Peyğəmbər (s.ə.s) Hərəm-i Şərifdə müşriklərə oxudu. Bitincə, surənin sonunda “səcdə ayəsi” olduğu üçün, Allaha səcdə etdi. Bu surənin 19 və 20-ci ayələrində müşriklərin bütlərindən “Lat, Uzza və Mənatın” adlan da keçdiyindən müşriklər də Hz. Peyğəmbərlə (s.ə.s) birlikdə bütləri üçün səcdə etmişdilər. Bu hadisə, “Mskkalilər müsəlman oldu ” deyə bir şayiənin çıxmasına səbəb olmuş, bu əsassız şayiə də Həbəşistanda eşidilmiş, buna görə hicrət edən müsəlmanlar da, Həbəşistanda üç ay qaldıqdan sonra dönmüşdülər.102Müsəlmanlar, Həbəşistandan döndüklərinə peşman oldular. Çünki, müşriklər zülm və işgəncələrini daha da artırmışdılar. Bu səbəblə müsəlmanlar, Məkkə dövrünün 6-cı ilində (616 m.) 77 kişi və 13 qadm olmaqla ümumilikdə 90 nəfər 2-ci dəfə Həbəşistana hicrət etdilər. Bu ikinci hicrətdə qafilənin başçısı Hz. Əlinin böyük qardaşı Cəfəri Tayyar idi.

Davamı →

İnsanın yaradılış hikməti

Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.

Davamı →

Tarixin əhatə etdiyi mövzular

Tarix keçmişdə cərəyan edən hadisələrin nəqli olduğundan, çox genişdir. Buna görə tarix elmində bütün şöbələriylə kamala çatmış bir tarixçi göstərmək çox çətindir. Tarix, hadisələrin cərəyan etdiyi yer və ölkələr baxımından coğrafiya elmini, insanla əlaqədar olduğu üçün sosiologiyanı, bizdən əvvəlkilərin məlumat və tapıntılarını da nəql etdiyi üçün riyaziyyat, tibb, hüquq, fəlsəfə, əxlaq kimi elmlərin ümumiləşdirmələrini də əhatə edir. Hətta bütün elmlərin incələnməsi eynilə tarixçiliyi tələb etdiyindən elmlər tarixinə də uzanır.


Davamı →

Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur, çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir. Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır.

Davamı →

Allah insanın abrının qorunmasına böyük önəm verir

Allah Təala rəhman və bağışlayandır. İnsanların sonsuz günahlarını əfv edir. Onlara yeni fürsətlər verir. Çünki bəndələrinin abrı Onun üçün çox mühümdür. Ona görə Allah icazə vermir ki, bir insan baqşasının abırını aparsın. Bu çirkin əməli həmişə məzəmmət edir.
Allah Səttarul-uyub olduğu kimi bəndələrindən də başqalarının eyblərini gizlətməyi istəyir. Bəndələrinə icazə vermir ki, başqalarının yanında günahını etiraf etsin.

Davamı →

Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?

  • Esse
Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi.

Davamı →

Şükür etməyin mərtəbələri

Şükür — insana çatan ehsan və nemətin müqabilində təşəkkür etmək deməkdir. Əxlaq alimlərinin nəzərinə görə, şükrün üç mərtəbəsi vardır: elm, hal və əməl.
Elm halın yaranmasına səbəb olar, hal da əməlin yaranmasına səbəb olar.
Şükür üç mərtəbədə həyata keçər.

Davamı →