Niyə hər kəsin öz şəxsi dini olmalıdır?

Mən ilk dəfə ateizmə qərar verəndə gənc idim. Bəlkə də, qədərindən daha çox gənc.
Yarıdindar bir ailədə böyümüşdüm, ailəm ifrata varmırdı. Buna baxmayaraq, həmin dövrdə dinin mənə diqtə etdiyi ən kiçicik qaydaları belə gözüm götürmürdü.

Balaca yaşlarımdan valideynlərimin heç də həmişə haqlı olmadıqlarını öyrəndim və üstündən çox keçməmiş, onların mənə söylədikləri demək olar hər şeyi sorğu-sual etməyə başladım. Məni bir uşaq kimi başa salmaq asan deyildi və çox güman, məni bir uşaq kimi böyütmək də asan olmayıb.

Valideynlərimin mənə yeritməyə çalışdığı bir çox dəyərlər gözümə mənasız görünürdü, ona görə də ağla gələn hər cür məntiqlə onlara qarşı çıxmağa çalışırdım.
Davamı →

Dinlərin dilləri

Hər bir dinin təzahürü, bu və ya digər şəkildə (və miqyasda) təbliği və yayılması  kifayət qədər mürəkkəb dil proseslərilə  müşayiət olunmuşdur. Əlbəttə, dinin dili bizim «insanlar arasında ən mühüm ünsiyyət  vasitəsi» kimi tanıdığımız adi dildən xeyli fərqlənir. Və əsas  fərq də ondan ibarətdir ki, bu  dil ali üslubi xarakteri (və strukturu) etibarilə fövqəladə (eyni zamanda heç bir  polemikaya gəlməyən) müqəddəs metafizik izharın dili olub bir- biri ilə sıx bağlı  zəngin simvolik- obrazlı mühakimələr sistemindən ibarətdir.
Davamı →

Bertran Rassel: Din

İnsanlarda din ehtiyacını yaradan, hər şeydən əvvəl qorxudur. İnsan özünü gücsüz hiss edər. Onu qorxudan üç şey vardır. Biri, təbiətin ona edə biləcəyi şey: Onu ildırım vura bilər və ya bir zəlzələ ilə yox ola bilər. O biri, başqa insanların ona edə biləcəyi şeylər: Bir döyüşdə onu öldürə bilərlər. Üçüncüsü, ki dinlə daha çox əlaqədardır, insanın öz ehtiraslarının ona etdirəcəyi şey; durğun bir zamanında, etdiyinə peşman olacağı şeylər. Buna görə bir çox insan böyük bir qorxu içində yaşayır. Din də bu qorxulara daha çox təslim olmasına yardım edər.

Dinin çox böyük pis təsirləri olmuşdur; çünki dinin əmri ilə insanlar, varlığı tam sübut edilməmiş şeylərə inanmaq məcburiyyətində qalmışlar və bu, hər kəsin düşüncəsini və tərbiyə sistemlərini pozmuş və tam bir əxlaq azğınlığına yol açmışdır. Nəyin doğru, nəyin səhv olduğu üzərində durmadan, araşdırmadan bəzi şeylərə inanmaq doğru, bəzi şeylərə inanmaq isə səhv sayılmışdır. Din, mühafizəkarlığı və köhnə vərdişlərə bağlılığı Allah buyruğu halına gətirməklə böyük ölçüdə zərərli olmuşdur; insanlar arasında tolerantsızlığı və kinləri ucaldıb bəsləməklə daha da zərərli olmuşdur.
Davamı →

Sirius Ulduzu

 

 

Qurandakı bəzi anlayışları XXI əsrin elmi faktları ilə qarşılaşdırdıqda qarşımıza Quran möcüzələri çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində haqqında bəhs edilən Sirius ulduzudur:


Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

Ərəbcə "Şira" adlanan Sirius ulduzunun «ulduz» mənasını verən «Nəcm» surəsinin 49-cu ayəsində işlədilməsi çox diqqətçəkəndir. Çünki elm adamları gecələr göy üzündə ən parlaq ulduz olan Siriusun qeyri-müntəzəm hərəkətlərinə əsasən, onun cüt ulduz olduğunu kəşf etdilər. Buna görə də Sirius, Sirius A və Sirius B adlandırılan iki ulduzdan ibarət qoşa ulduzdur. Daha böyük olan Sirius A Yerə Sirius B-dən daha yaxındır və gözlə görünən ən parlaq ulduzdur. Sirius B ulduzunu isə teleskopsuz görmək mümkün deyil.

Sirius ulduzları bir-birlərinə doğru yay formasında çevrə çəkirlər və hər 49.9 ildə bir-birlərinə yaxın məsafədə trayektoriya cızırlar. Bu fakt Harvard, Ottava və Leysester Universitetlərinin astronomiya fakültələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir. 55 Bəzi mənbələrdə belə bildirilir:

Ən parlaq ulduz olan Sirius, əslində, qoşa ulduzdur. Orbitində fırlanma müddəti 49.9 ildir. 56

Məlum olduğu kimi, Sirius-A və Sirius-B ulduzları bir-birlərinin ətrafında hər 49.9 ildə bir dəfə qoşa yay şəkilli çevrə çəkərək fırlanırlar. 57

Burada diqqətçəkən cəhət iki ulduzun bir-birləri ətrafında fırlanarkən yay şəkilli qoşa çevrə əmələ gətirməsidir.

Ancaq XX əsrin sonlarında məlum olan bu həqiqət möcüzəvi şəkildə 14 əsr əvvəl Quranda bildirilmişdir. «Nəcm» surəsini 49-cu və 9-cu ayələri birlikdə oxunduqda bu möcüzə qarşımıza çıxır:

Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. (Nəcm surəsi, 9)

«Nəcm» surəsinin 9-cu ayəsindəki «onların arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun orbitinin bir-birlərinə yaxınlaşdığını bildirir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə kəşf edilməsi qeyri-mümkün olan bu həqiqət Quranın uca Rəbbimizin sözü olduğunu göstərir.
Davamı →

JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”

Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.

KİTABDAN SEÇMƏLƏR: 

Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?


Ardı →

Müsəlmanlar Amerikanı Xristofor Kolumbdan əvvəl kəşf etmişdir

Receb TaibTürkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın  “1-ci Latına Amerika Ölkələri Müsəlman Dini Liderlərin Zirvəsində”  çıxışı zamanı söylədiyi ifadələr qısa bir müddətdə dünya meydyasının gündəminə oturdu.  Onun “Amerikanı Xristofor Kolumbdan əvvəl Müsəlmanlar kəşf etmişdir” ifadəsi İspaniyada müsbət qarşılanmadı. İspanlar türk lideri gerçəklərdən uzaq olmaqda günahlandırdı və söylədiyi bu qeyri–adi iddianı sübut etməyə çağırdı.

Ərdoğan qeyd edir ki, Xristofor Kolumb öz gündəliyində Kubada yerləşən dağın zirvəsində məscid gördüyünü yazmışdır. Bu isə göstərir ki, müsalman dənizçilər Amerika qitəsinə 300 il əvvəl çatmışdır. Ərdoğan çıxışında bu fakta əsaslanaraq Latın Amerikası ilə İslam Dünyası arasındakı əlaqələrin təməlinin 12-ci əsrə dayandığını söyləyir.  O qeyd edir ki, “Amerika qitəsinin Kolumb tərəfindən 1492-ci ildə kəşf edildiyi məlumdur. Lakin bu faktdır ki, müsəlman dənizçilər Amerikaya 314 il qabaq, 1178-ci ildə çatmışlar”. Ərdoğan bu barədə Kubadakı vətəndaşlar ilə söhbət etmək istədiyini vurğulayır. “Yəqin ki, o məscid bu gündə o dağın zirvəsində mükəmməl şəkildə qalmaqdadır” — deyə Ərdoğan əlavə edir.


Ardı →

Allah bir olduğu halda necə olur hər kəsi eyni anda görür?

      Allah-Təala birdir, bunda şüphə ola bilməz. Eyni anda təkcə insanları deyil, bütün məxluqatı, yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir möminin səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman, məkan kimi hər hansı bir şeylə məhdud deyil. O zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın əlində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz.
Ardı →