***Məmməd Əmin Rəsulzadənin kulturoloji göruşləri***

Qeyd edək ki, M.Ə.Rəsulzadənin kulturoloji fəaliyyətini  analiz etmək moderin kulturologiya elmi nöqteyi-nəzərdən məqsədəuyğun hesab etmək olar.Kulturoloji fəaliyyəti-özunu onun ədəbi-publisist və ictimai-mədəni aspektlərində təzahür etdirir.

   «Müxəmməs» adlı ilk əsəri  "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunmuşdur.1904-cü ilin axırlarında  «Müsavat» cəmiyyəti«nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində „Hümmət“ təşkilatı» yaradılmışdır. Bu təşkilatın banilərindən  biri Məhəmməd Əmin Rəsulzadə (1884-1955) olmuşdur. Təşkilatın «Hümmət» adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cəmi 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

    Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından «Təkamül» adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan «Dünya» qəzeti M.Ə.Rəsulzadənin «Stalin ilə inqilab» adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir.


Ardı →

Misir memarlığı

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.
Misirin b.e.əvvəl XXVIII-I əsr memarlığında aşağıdakı əsas mərhələləri ayırmaq qəbul edilib; sülaləyə qədərki dövr (b.e.əvvəl IV minillik); Qədim şahlıq (b.e.əvvəl XXX-XXIII əsrlər); Orta şahlıq (b.e.əvvəl XXI-XVIII əsrlər); Yeni şahlıq (b.e.əvvəl XVI-XI əsrlər); Son dövrlər (XI əsr – b.e.əvvəl 332 il).
Ardı →

Memarlıq

Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.
Ardı →

Mezoamerika mədəniyyəti

Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları əhatə edir. Zəngin və rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və d. dil qrupundandır. Bunların hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Mədəniyyət sahəsində xüsusi nailiyyətləri ilə seçilənlər Mezoamerika(Bu anlayışı elmə gətirən meksikalı alim P.Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır: yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın 2/3 hissəsi, Qvatemala, Beriz, Salvador, Qondurasın bir hissəsi, Nikaraqua, Kosta-Rika aiddir.) adlanan ərazidə yerləşən əhalidir. Buranı Qədim Şərq sivilizasiyaları səviyyəsinə çatmış müstəqil yerli mədəniyyət beşiyi hesab edirlər. Bu mədəniyyətlərin hər biri özlüyündə nə qədər fərdi olsalar da, onları birləşdirən ümumi cəhətlər də mövcuddur. Bu cəhətlər, ilk növbədə təsərrüfatın idarəedilməsində, eyni təsərrüfatla məşğulluqda, ticarətin inkişaf səviyyəsi və digər ictimai-sosial məqamlarda təzahür tapır.


Ardı →

Mədəniyyətin qorunması və müdafiəsi

Mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları təkcə olduqları formada, ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda onlardan istifadə etməyi bacarmaq təşkil edir.
Mədəni irs müasir mədəni hadisələrin funksiyalarını özündə cəmləşdirir. Bütün bunlarla yanaşı mədəni irs, bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri mədəni irsin qorunması və müdafiəsinin təminidir. Bütün cəmiyyətlərdə bu prosesə diqqətlə yanaşılır. Bütün başqa ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə, əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, 1972-ci ilə Yuneskonun tərkibindəki ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya (1972-ci il) və Tarixi ansamblların qorunması üzrə tövsiyələr (1976) hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni əməkdaşlıq sisteminin yaradılması oldu.


Ardı →

Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər

Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən ənənə üzərində mümkün olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv insan sürülərinin düşünülmüş, sistemli dövlət quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada varislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi formasında çatdırılması deməkdir.


Ardı →

Maddi və mənəvi mədəniyyət

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir. Həmçinin buraya insanların bir-birilə əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti dəşamil edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki, mədəni fəaliyyətin iki növü – yaradıcı və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tiracını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi istehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər.


Ardı →

Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr

İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur. İnsanı digər canlılardan fərqləndirən də məhz mədəniyyətdir.


Ardı →

«Mədəniyyət» anlayışının tarixi və müasir yanaşmalar

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin — antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.
Beləliklə, «mədəniyyət» -latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» — «təzədən işlənmiş» mənalarını ifadə edir.


Ardı →

Kulturologiya və mənəviyyat


Kulturologiya elmin aktual məsələlərindən biri də mənəviyyatdır.Kulturologiya mənəviyyatı cəmiyyətin əsası sayır. Deməli, əsassız cəmiyyət mənəviyyatsız cəmiyyətdir.Mənəviyyat anlamının kulturologiya elmi-nöqteyi nəzərdən şərhini vermək günun aktual problemləri sırasında gedə bilər.

  Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur.Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur.Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir.

   Mənəviyyat mövzusuna müraciət etməkdə məqsəd müasir Azərbaycan cəmiyyəti konteksində mənəviyyat anlamının yeri, əldə edilməsi,  elit təbəqə və mənəviyyat problemləri olmuşdur.


Ardı →