Sənət - həqiqətə aparan yalandır

Müharibə dəhşətləri, qan, ölüm, insan qırğını, faşist diktaturası üstəgəl, Basklar ölkəsi Qernikanın bombardmanı. Yaradıcı insan baş verən hadisələrin qarşısında susa bilməzdi. Geniş zaman kəsiyində başa gələn əsərlərindən fərqli olaraq “Gernika” bir ay ərzində tamamlanır. Olduqca soyuq, rəngsiz təsvir müharibənin bütün dəhşətləri özünü ifadə etməyi bacarmışdı.

Davamı →

İsanın obrazları – LGBT, marixuana, kommunizm

Təsviri sənətdə İsa Məsih qədər obrazı yaradılan ikinci peyğəmbər çətin tapılsın. Avropa rəssamlığında İsanın doğuluşundan tutmuş son günlərinədək həyatının müxtəlif epziodlarını əks etdirən onlarla tablo çəkilib. Bir qayda olaraq, həmin rəsmlərin əsasını körpə İsanın anası müqəddəs Məryəmlə təsviri, Məcdəlli Məryəm və həvarilərlə bağlı əhavalatlardakı konkret vəziyyətlər, həmçinin, İsanın əzablarının dərinliyini, ağrısının gücünü göstərmək, İudanın xəyanəti, xaçdaşıma, çarmıxa çəkilmək, dirilmə və s. motivlər təşkil edir. Bu əsərlərdə fiziki, real dünyadan çox, ruhanilik, ilahilik, müqəddəslik əsasdır.

Davamı →

Rafael Abasov | Gerçəkliyin lirik romantik şərhi

Təsviri sənətdə gerçəkliyin qədim tarixə və bir-birindən fərqli estetikaya malik olmasının kökündə, ilk növbədə onun daşıdığı bədii yükün həm də hər bir rəssamın arzuladığı mövzulara özünəməxsus bədii görkəm verə bilməsi ilə bağlıdır. Azərbaycan rəssamlığında bunun qədim miniatürlərdən başlayaraq bu günümüzə kimi davam etməsi də romantikaya bələnmiş estetikanın zamansızlığa qovuşmasından qaynaqlanır.

Davamı →

Azərbaycan rəssamlıq sənətində Qarabağ etüdlərii

Öz zənginliyi və bənzərsizliyi ilə mədəniyyət məbədimiz adlandırılan Qarabağın əsrarəngiz təbiəti, meşələrin, dağların, gur axan bulaqların gözəlliyi əsrlər boyu incəsənət xadimlərimizi ruhlandırıb. İstedadlı rəssam və şairə Natəvanın, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın, görkəmli fırça ustası Usta Qəmbər Qarabağinin, Azərbaycanın böyük musiqiçiləri Üzeyir bəy Hacıbəyovun, Bülbülün adlarını çəkmək kifayətdir. Bu yerlərin məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması,  müxtəlif sənət növlərimizdə özünü parlaq şəkildə büruzə verib.  Qarabağın incisi Şuşa mədəniyyət ocağıdır. Şuşa kitabxanalarında xəttatlar kitablar yazır və üzlərini köçürür, rəssamlar isə şəhər binalarını divar rəsmləri ilə bəzəyirdilər. Xalçaçılıq emalatxanalarında gələcəkdə dünyanın ən yaxşı muzeylərinin fəxrinə çevriləcək xalçalar tikilirdi. Xanəndələr isə Qarabağ muğam məktəbinin bayrağını daima yüksəkdə tuturdular.

Davamı →

SSRİ realizminə zərif qarşıdurma

Sovet Sosialist Respublikasının incəsənətə tətbiq etdiyi bir neçə senzuradan artıq xəbərdarıq, buna ədəbiyyat (uşaq nağılları) və musiqi daxildir. Növbədə isə rəsm var. SSRİ tərkibində olan Polşada vəziyyətin gərginliyi və ağırlığı İkinci Dünya müharibəsindən xeyli əvvəl hiss olunur. Həmin dövrün avanqard rəssamlarından, Birinci Dünya müharibəsi veteranı Vladislav Ştrzeminski SSRİ senzurasına qarşı gəlib sənətinə və incəsənətə sadiq qalır. Həyatının bir hissəsinə çevrilən təqiblər və şəxsinə qarşı göstərilən kobudluqlar yazının davamında sizi qarşılayacaq.

Davamı →

 Rəssamların böyük dostu – Ulu öndər

Dünyaya gələn hər bir insanın həyatda qazana biləcəyi ən qiymətli şey həyatı tərk edəndən sonra onu xatırlada biləcək əməllərə imza atmasıdır. Ulu öndər Heydər Əliyev belə xoşbəxt insanlardandır.
Maraqlıdır ki, müxtəlif peşə adamları, o cümlədən də rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Onlar bu qahmarlıqda heç də yanılmırdılar. Başqalarını deyə bilmərəm, amma görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) və rəssamlıqla məşğul olması rəssamlara bunu söyləməyə əsas verir. Sonradan görkəmli siyasi xadim kimi tanınacaq Heydər Əliyevin gözəlliyi duymaq və onu dəyərləndirmək istedadı isə, yəqin ki, ona yönəli Tanrı lütfünün göstəricisi idi. 1969-cu ildən Heydər Əliyevin respublikaya rəhbərlik etməsi ona milli təsviri sənətimizin «sosialist ideoloji çərçivəsi” əhatəsində topladığı xoşagəlməz problemlərin həllinə əsaslı təsir göstərməyə imkan verdi desək, yanılmarıq.

Davamı →

Gerçəkliyə romantik baxış

Azərbaycan təsviri sənətinin müstəqilliyimizi əhatə edən inkişaf mərhələsinin  yeni adlarla zənginləşməsi danılmazdır. Bu yaradıcıların mövzu, üslub və ifadə axtarışlarında həm illərlə formalaşan bədii ənənələri qorumağa çalışanlar da var, az qala kanon şəklini almış müxtəlif bədii cərəyanlara fərqli-özünəməxsus münasibət göstərənlər də… Tanınmış fırça ustası Namidar Əliyev onların arasında ənənəyə sadiqliyi ilə seçilir...
Rəssamın bir qərinəni əhatə edən yaradıcılığı ilə tanışlıq göstərir ki, onun bir rəngkar kimi sərgilədiyi bu sadiqlik heç də olub-keçənlərin «soyuq-quru” təkrarı olmayıb, daha etibarlı hesab etdiyi realist-gerçəkçi bədii bünövrənin üzərində özünəməxsusluğu danılmaz olan  estetik keyfiyyətlər nümayiş etdirməkdən ibarətdir.

Davamı →

Cümhuriyyətə məhəbbətlə

Bu gün xəyalən hamımızın qürurla xatırladığı 1918-ci ilə qayıtmalı olsaq, onda öncə  o vaxt müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə mövcudluğunun Bakının erməni-bolşevik qoşunları tərəfindən işğalı nəticəsində sual altına alındığını, belə ağır günlərdə Türkiyədən Azərbaycana qardaş köməyinin gəldiyini söyləməliyik.  Görkəmli sərkərdə Nuru Paşanın başçılığı altında xilaskar Qafqaz İslam Ordusu çox qısa müddətdə düşmənlərin məkrli niyyətlərini alt-üst etdi və yeni hökumət üzvlərinin  Gəncədən Bakıya köçməsi ilə onun fəaliyyəti bərpa olundu.

Davamı →

Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.

Davamı →

Adil Şıxəliyev

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı.

Davamı →