Birinci dünya müharibəsi

Britaniya tarixçisi Erik Hobsbaumun fikrincə, XIX əsr öz başlanğıcını 1789-cu ildən, yəni Böyük fransız inqilabından götürür və 1913-cü ildə başa çatır. Öz növbəsində, XX əsr – təqvimlə yox, tarixi olaraq – 1914-cü ildən, yəni I Dünya Müharibəsindən başlayır və 1991-ci ilə – dünyada qlobal dəyişikliklərin başladığı, 1990-cı ildə Almaniyanın birləşdiyi və 1991-ci ildə SSRİ-nin süqut etdiyi dövrə qədər davam edir.

Belə xronologiya Hobsbauma da, onun ardınca bir sıra başqa tarixçilərə də “uzun XIX yüzillik” və “qısa XX əsr” haqqında danışmağa imkan verir.

Beləliklə, I Dünya Müharibəsi qısa sürən XX əsrin bir növ proloqudur. Yüzilliyin açar mövzuları – sosial ixtilaflar, geopolitik ziddiyyətlər, ideoloji mübarizə, iqtisadi qarşıdurmalar, məhz, burada müəyyənləşib. Hərçənd XIX əsrlə XX əsrin kəsişməsində çoxlarına elə gəlirdi ki, Avropada müharibələr artıq tarixə qərq olub. Qarşıdurmalar olursa da, yalnız periferiyalarda, müstəmləkələrdə olur. Əksər müasirlərə görə, elm və texnikanın inkişafı, incə “Fin de siècle” mədəniyyəti milyonlarla insanın həyatını itirməsi və dörd böyük imperiyanın süqutu ilə nəticələnən “qanlı qırğınları” nəzərdə tutmurdu.

I Dünya Müharibəsi həm də dünyada total xarakter daşıyan ilk müharibədir: o, əhalinin bütün sosial təbəqələrinə, həyatın bütün sahələrinə toxunmuş, müharibəyə cəlb olunmamış heç nə qalmamışdı.


Davamı →

Adolf Hitler haqqında maraqlı məlumatlar

Kiminə görə tarixin ən qanlı diktatoru, kiminə görə həqiqi bir lider. Hər iki düşüncənin də kəsişdiyi tək bir nöqtə var; o da onun ağıllı bir adam olduğudur. İndi sizləri Adolf Hitler haqqında bəzi maraqlı məlumatlarla tanış edəcəyəm.

1. Adolf Hitlerin atası Alois oğlu doğulmadan 10 il əvvəl soyadını dəyişdirməmiş olsa idi, bu gün tarixdə bir Adolf Hitler deyil; Adolf Schicklgruber olacaqdı.
2. Adolf Hitler 4 yaşında ikən bir rahib tərəfindən boğulmaqdan qurtarıldı.
3. Elə ona görə də həmişə rahib olmaq istəyib.


Davamı →

Təbir elminin (yuxu yozmanın) tarixçəsi

İnsanlar ta qədimdən bu günə qədər yuxu mövzusuyla maraqlanmışlar. Bu mövzuda ilk kitab yazan «Yuxular və onların şərhlərinə aid» adlı əsərin müəllifi Arista (e.ə. IV əsr) olmuşdur. Bu gün əlimizdə olan ən qədim yuxu şərhi kitablarından biri Britaniya Muzeyində mövcud olane.ə. 2000-1800-ci illərə aidMisir dövrü kitabıdır. Eramızdan 700 il əvvələ aid, Assur Kralı Assur Banibal zamanından qalma Ninevahda Kralın yuxularından bəhs edilir. Assurlar və misirlilər yuxu şərhi mövzusunda digər millətlərdən dahayüksək səviyyədə idilər.Qədim yunanlar və romalılar da yuxu şərhində misirlilərdən təsirlənərək əsərlər yazmışlar.


Davamı →

Amerikanın kəşfi

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu dövr Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfində iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.
Davamı →

Bəsirət gözü nədir və necə açılır?


Bəsirət nə deməkdir ?

“Görmək, qavramaq, bir şeyindən xəbərdar olmaq, intuisiya” mənasını daşıyan “görmə” sözü Quranda təkcə ümumi görmək mənasında deyil, “həqiqəti aşkar etmək, üzə çıxarmaq” mənasında da işlənmişdir. doğru yolu tanımaq, haqqı batildən ayırmaq.” ifadəsi işlədilmiş və bu baxımdan mənəvi korluğun və
Davamı →

Dünyanın ən qədim xalçası

Dünyanın ən qədim xalçası hansı xalqa məxsusdur?
Sözügedən Pazırık xalçası sovet arxeoloqu Sergey İvanoviç Rudenko tərəfindən 1949-cu ildə kurqan qazıntısı zamanı aşkar edilib və onun 2500 il əvvəl toxunduğu üzə çıxıb. Alimlər Orta Asiya bölgəsində istifadə edilən və Sankt-Peterburq Ermitaj Muzeyində sərgilənən qoşa simmetrik düyünlərlə toxunmuş yun xalçanı Skanerli Elektron Mikroskopun köməyi ilə araşdırıblar. Ekspertizanın sonunda xalçanın yun liflərində fermentasiyanəticəsində əldə edilən xüsusi boyama texnikasından istifadə edildiyi qənaətinə gəlinib
Fridrix-Alexander Universitetinin Erlangen-Nürnberq Fiziologiya və Fiziopatologiya İnstitutundan həkim Karl Messlinqer 1991-ci ildə xalçanı tədqiq etmiş və bu tarixi əsərdən bəzi lif parçaları əldə etmişdir.

Davamı →

İlk bel çantası harada və nə zaman yaradılıb?

5000 ildən çox əvvəl elm adamları tərəfindən «Buz adamı Otzi» ləqəbli tək səyyah Alp dağlarını oxlarla dolu çəngəl və dəridən hazırlanmış taxta çərçivəli bel çantası ilə tanındı. Çox güman ki, daşla, oxla öldürülən və daha sonra buzlaqda donmuş Otzi ixtiraçı deyildi. Çərçivəli bel çantası ağıllı, lakin nadir arxeoloji tapıntı idi.
Davamı →

Azərbaycanın İLKLƏRİ | 10 Maddədə tarixi ilklərimiz

 MÜNDƏRİCAT:

  1. Səməd Vurğun —Azərbaycanın ilk xalq şairi
  2. Məhərrəm Mirəziz oğlu Seyidov — Azərbaycanın Milli Qəhrəmanı.
  3. Nazim Hüseynov — Azərbaycanın ilk Olimpiya çempionu
  4. Salatın Əsgərova — Azərbaycanın ilk şəhid qadın jurnalisti
  5. Ağabacı İsmayıl qızı Rzayeva — Azərbaycanın ilk qadın bəstəkarı
  6. Eksperiment OK — Azərbaycanın ilk peşəkar rok qrupu.

Davamı →