Balın 7 faydası nələrdir?

Bal, təbiətin bizə bəxş etdiyi ən dəyərli məhsullardan biridir. Bu qızıl rəngli, şirin nektar həm dadı, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınır. Bu yazıda balın sağlamlığımız üçün 7 əsas faydasını ətraflı şəkildə araşdıracağıq. 


Davamı →

Balın xarlanması nədən olur?

Balın xarlanması

1. Xarlanan bal xalis və təbii bal sayılırmı?
Təbii bal zamanla xarlanmalıdır və tam təbii prosesdir. Xarlanma, balın tərkibindəki qlükozannın sudan ayrılaraq bərk kristallar əmələ gətirməsidir. Bəzi bal növləri, tərkibindəki qlükozanın və temperatur və saxlama şəraiti kimi digər amillərdən asılı olaraq digərlərindən daha çox kristallaşmaya meyllidir.

Davamı →

Viruslardan qoruyan bal

“Son günlər koronavirus pandemiyası artmaqda və insanlarımızı psixoloji cəhətdən sındırmaqda davam edir. Bir çox insanlarımız depressiv hallar keçirir… Bu günlərdə həm özümüzü psixoloji cəhətdən müalicə etməli, həm də immunitetimizi artırmaqla mübarizəyə hazır olmalıyıq”.
Bunu həkim-fitoterapvet Fizuli Hüseynov açıqlayıb.

Davamı →

Peyğəmbərimizdən (s.a.v.) müalicəvi məsləhətlər

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz.
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.

Davamı →

Şabalıd balının faydaları

Azərbaycanda bu bal növü, əsasən Qəbələ və Zaqatala rayonlarında çox olur. Şabalıd balı, özünəməxsus dadına və rənginə görə, digər bal növlərindən fərqlənir. Bir qədər acı dadı var. Tünd-qəhvəyi rəngdə olur. Uzun müddət xarlanmır.
Şabalıd balını, varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdlr.
Davamı →

Badamlı, çiçək tozu tərkibli ballı qarışım

İnsanlar birinci növbədə düzgün qidalanmalıdırlar, çünki düzgün qidalandıqda nə bitkisəl,  nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq. Badam uşaqların sümük — əzələ, yəni dayaq hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa 3 qaynağıdır.
Davamı →

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.
Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər.

Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır.

Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq. 
Davamı →

Şəkəri əvəz edən faydalı qidalar

1. Bal
Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. Banan
Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. Duz
Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. Şirin ədviyyatlar
Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.
Davamı →

Ballı kəsmik

Kəsmik və bal birlikdə dəyəri və vitamin tərkibinə görə ən möcüzəvi ikilidir. Orqanik, yağsız kəsmiyin üzərinə 1-2 qaşıq bal töküb yemək immuniteti möhkəmləndirir, müxtəlif səbəblərdən zəifləmiş orqanizmi bərpa edir. 

Ona görə bu iki ərzağı mütləq və birlikdə yemək lazımdır. Bu qarışımı ya səhərlər, ya da axşam yuxudan əvvəl qəbul edin.

O, vitamin ehtiyatını artırır, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır, antistress təsir göstərir, yuxunu bərpa edir. 
Davamı →

Bal damarları xolesterindən təmizləyir

Vaşinqton Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, balın tərkibində olan maddə damarları xolesterindən təmizləyir və bununla da infarkt və insultun riskini azaldır.

Xolesterinin yığılması nəticəsində damarlar daralır, zəifləyir, öz elastikliyini itirir. Belə damarların partlaması riski çox yüksək olur. Bu isə öznövbəsində infarkt və ya insulta səbəb ola bilər.

Araşdırma göstərib ki, balın təsirindən damarlarlarda yığılmış xolesterin 30% qədər azalır. Bunun səbəbi balın tərkibində olan şəkər treqalozadır. Məhz treqaloza damarların xolesterindən təmizlənməsi proseslərini stimullaşdırır.

Bal qanın ürəyə axmasını gücləndirir ki, bu da damarları genişləndirir. Balın tərkibində olan antioksidantlar isə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Davamı →