Dayanacaqda qəribə əhvalat

qadın bir anda necə fahişə oldu?“Neftçilər” metrosunun çıxışında — işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu “qədim peşə” sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.
Hər gün cavan oğlanların, orta yaşlı kişilərin, lap elə ağsaqqal “dayday”ların onlarla söhbətə girişməsini seyr edə-edə marşrut gözləyirik. Kişilərin arasında fahişələrə həm “ciddi”, həm də qeyri-ciddi niyyətlə yaxınlaşan var. Yəni ki, ciddi-ciddi qiymət danışıb saunaya, ya da harasa başqa yerə gedirlər. Ancaq cibində pulu olmayanlar elə-belə, sadəcə məzələnirlər.
O gün də beləydi. Yaxınlığımda durmuş iki qızın söhbətindən məlum oldu ki, fahişələrlə söhbətə girişən oğlanlardan biri bunların tanışıdır.
Ardı →

Kaktus | O.Henri

O.HenriZamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir. 
Trisdeylin öz subay ev-eşiyində masanın yanında dayanaraq etdiyi də məhz elə bu idi. Masanın üstündə qırmızı saxsı dibçəkdə qeyri-adi görünüşlü yaşıl bitki vardı. Həmin bitki kaktusun növlərindən biriydi, onun uzun, buynuzcuqlu yarpaqlarını lap azacıq meh də əsdirirdi, həmin yarpaqlar sanki insana əl uzadır, özlərinə tərəf səsləyirdilər. 

Trisdeylin dostu – gəlinin qardaşı bir az aralıda dayanıb tək içdiyi üçün deyinirdi. İkisi də frakda idilər. Sinələrindəki ulduzabənzər rozetkalar otağın qaranlığında parlayırdılar. 
Əlcəklərinin düymələrini aça-aça Trisdeylin ağlından son bir neçə saatın xəfif xatirəsi keçməyə başladı. Ona elə gəldi ki, kilsədə verilən messa zamanı hər tərəfi bəzəyən çiçəklərin ətri burnundan, minlərlə gözəl səslərin incə uğultusu, geyimlərin xışıltısı, ən çox da sözləri sanki bir-birinə calayan keşişin uzun-uzadı nitqi qulaqlarından hələ də çəkilməyib. 
Ardı →

İki alma | Cəlil Məmmədquluzadə

Mirzə CəlilAxşam vaxtları gәzmәyә çıxanda, hәrdәn bir balaca oğlumu da yanımca aparıram. Bu dәfә dә apardım.
Vә haman balaca oğlum ilә gәzmәyә gedәndә, hәrdәn bir ittifaq düşür ki, ona yemәli şey dә alıram ki, mәndәn razı qalsın. Bu dәfә dә balaca oğlum dükanlarda düzülmüş nazü-nemәti görәndә mәndәn yemәli bir şey istәdi. Mәn o әqidәdә deyilәm ki, hәr dәfә uşaqla bazara gedәndә ona bir şey almaq lazımdır vә lakin bunu da deyirәm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dәfә heç bir zad almaq istәmirdim; o sәbәbә ki, cibimdә pulum yox idi. Vә bir dә istәmәdim ki, uşağım hәr dәfә bazara çıxanda dadamal öyrәnsin.

Bir qәdәr dolandıq, sonra yolumuz dәrya kәnarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün tәrbiyә öz qaydasınca, uşağın öz tәbiәti-bu da öz qaydasınca. Vә onunçun da çox da inad etmәmәk babәtindәn dәrya kәnarında tabağa düzülmüş meyvәlәrdәn iki şahıya iki dәnә yaxşı qırmızı alma aldım vә ikisini dә verdim oğluma. Hәrçәnd oğlum almaları mәndәn aldı. Amma gördüm ki, könülsüz aldı. Mәn ondan bidamağlığının sәbәbini soruşmadım; çünki sәbәbi aşkar idi. Bazarda bir az bundan qabaq o mәndәn iki şey istәdi, heç birini almadım; bir Carco qovunu istәdi-almadım, sonra da nemsә qәnnadı dükanının qabağından keçәndә şüşәnin dalına düzülmüş rәngarәng konfet vә şirniyyatdan istәdi-almadım.

Ardı →

İbrətli hekayə


Bir azdan professor mühazirəyə başlamalı idi. Salonda 200-ə yaxın adam oturmuşdu. Professor, 100 dollarlıq bir kagız pulu götürüb salondan, 

«Bu 100 dollari kim istəyir?», — deyə soruşdu. Əllər bir-bir havaya qalxmağa başladı. 
Professor, «Yaxşı mən bu 100 dolla¬rı sizə verəcəyəm. Ancaq əvvəlcə icazə verin bir iş görüm», — deyib pulu əlində əzməyə başladı.

Sonra üzünü salona tutub bir də soruşdu: «Indi necə, bu 100 dolları istəyən varmı?» 
Yenə əllər havaya qalxmağa başladı.

Professor, «Yaxşı, görək indi nə deyəcəksiniz», -deyib pulu ayaqlarının altında tapdalamağa başladı. Sonra əyilib pulu götürdü. Pul həm əzilmiş, həm də toza bulaşmışdı.

Professor bir də, «Hələ də bu pulu istəyən varmı?», -deyə soruşdu. 
Əllər yenə havaya qalxdı.

Artıq yekun sözü demək vaxtı gəlib çatmışdı: 

«Inanıram ki, haminiz çox gözəl bir dərs keçdiniz. Bu qədər əzilməyinə baxmayaraq puldan imtina etmədiniz. Çünki yaxşi bilirsiniz ki, nə qədər əzsəm də pulun qiyməti azalmayacaq. Hayatda da belədir. Bəzən öz səhvlərimiz ucbatından əzilir, hətta ayaq altına düşüb tapdalanırıq, üstümüz-başımız toza bulaşır. Ancaq başımıza nə gəlirsə gəlsin, qiymətimiz yenə də azalmır. Hətta kirli va ya təmiz, qırışıq və ya ütülü olmağımızında bir fərqi yoxdur. Çünki biz insanıq ». 
Davamı →

Allahın varlığının sübutu

Bir xaricdə oxumuş və öz mədəniyyətinə xor baxmağa başlayan gənc Allahı tanımır. Heç bir insan ona Allahın varlığını sübüt edə bilmirmiş. Bir dəfə bu şəxsin atası onu həmən ərazidə yaşayan bir ağsaqqalın yanına aparır və deyir ki, sən suallarını denən və bu şəxs sübüt edəcək. 
Oğlan deyir ki, birincisi mən Allaha inanmıram, çünki mən onu görmürəm. Mən görmədiyim şeyin varlığını qəbul etmirəm. İkinci sual isə o olur ki, əgər şeytanı Allah oddan yaradıbsa qiyamət günü şeytan və insanları oda atan zaman necə bu şeytana pis təsir edə bilər, axı oda oddan yaradılıb.
Ağsaqqal düşünür və birdən bir saxsı qab ilə oğlanın belindən vurur. Belə pis ağrıdığı üçün oğlan qışqırır və deyir niyə məni vurdun?
Ağsaqqal soruşur: «Niyə pis oldun?»
-Belə vuran zaman adamın belə ağrıyır.
Sən mənə ağrını göstər görüm deyə ağsaqqal sual verir. Oğlan bilmir nə desin və ağsaqqal əlavə edir. Allahda belədir ona inanmaq üçün onu görmək əsas şərt deyil. Daha sonra o deyir ki, insanı Allah torpaqdan yaradıb məndə səni saxsı qabla vurdum hansı ki, torpaqdan yaradılıb. Mən əgər torpaqdan yaradılmış varlığı torpaqdan hazırlanmış əşya vuran zaman o ağrıyırsa Allah da oddan yaranmış şeytanı odla necə cəzalandıracağını yaxşı bilir.
Davamı →

"Yaşıl"

Yolda qarşılaşdığımızda, azan oxunurdu.
— «Gəl səni məscidə aparım,» dedim. Bu gün Cümədi bilirsən
Daha əvvəlki təkliflərimi də rədd etdiyi üçün:
— Sən də mənim məscidə getmədiyimi bilirsən, dedi.
— «Bilirəm amma, Səbəbi də mənə maraqlıdır.» dedim.
— «Nə bilim olmur,alınmır»- deyə cavab verdi. «Bəlkə ətrafın da təsiri var. Həm şalvarımın ütüsü pozulub dizləri aşınar deyə narahatlıq edirəm.»
İstər istəməz gülərək:
-" Hər halda zarafat edirsən"-dedim. «Bunun üçün məscid tərk edilərmi heç?»
— «Ciddi söyləyirəm. Geyimimə və xüsusilə „Yaşıl“a çox düşkün olduğumu bilərsən.» dedi.
Həqiqətən də elə idi. Geydiyi bir-birindən gözəl paltarları mütləq yaşılın bir başqa tonundan seçər və hər vaxt ütülü idi.
— «Yaxşı, Həyatında heç məscidə getmədinmi?» deyə soruşdum.
— «Uşaq ikən babamla bir neçə dəfə getmişdim, deyə cavab verdi. Lakin artıq gedə biləcəyimi zənn etmirəm.
Söylədikləri məni son dərəcə çaşdırmış və bu mövzunu açdığıma peşman etmişdi. Daha sonra əl sıxışıb ayrıldıq.
Onunla danışmamızdan iki ay sonra, özünün məsciddə olduğunu söylədilər. Dərhal getdim. Bağçadakı namaz saflarının ən qarşısında dayanırdı və üzərində yenə yaşıllar vardı.
Yavaşca yanına yaxınlaşdım və sakit bir səslə:
— »Bəs heç məscidə gəlməyəcəkdin?" -soruşdum.
Heç səsini çıxartmadı. çünki musalla daşının üzərində, yaşıl örtülü bir tabut içində yatırdı.
Davamı →

İri qara eynək

Rüstəm Fəvvarələr meydanına gəlib çatanda qızı həmişəki yay kafesində üzü küçəyə sarı oturmuş halda gördü. Havanın dözülməz bürküsü Rüstəmi taqətdən salmışdı və o, boğazının tamamilə quruduğunu hiss edirdi. Bakıda hər iyul ayındakı kimi yenə səmadakı buludları belə hürkütmüş əzazil hərarət hökm sürürdü. Göydən yerə odun yağdığı və küləyin qorxudan qeybə çəkildiyi bu bazar günündə şəhər mərkəzi hər şeyə rəğmən saysız-hesabsız adamlarla qaynayırdı. 
 
  Rüstəm kafedən bir qədər aralıda ağacların altındakı kölgəlikdə dayandı, dincini aldı və yaxınlıqdakı süni bulaqda boğazını yaşlayıb, üz-gözünə su çilədi. Elə ki taqətə gəldi kafeyə sarı addımladı. O, qızın oturduğu masaya çathaçatda yanından ötən ofisiant dərhal ayaq saxladı və nə buyuracaqlarını xəbər aldı. Rüstəm ofisiantın səbrsizliyinə daxilində qəzəbləndi və ilk olaraq qızın sifariş etməsini üstün tutduğundan masa arxasında yer tutana qədər bir söz demədi. Amma qız dinməyərək ofisiantın sualını cavabsız qoydu. Onda Rüstəm təsdiq gözləmədən ikisi üçün də soyuq qazlı mineral su sifariş etdi.  


Ardı →

İşlənmiş mebel

            Bu gün işə bir az tez gəlmişdi. On iki ilə yaxın idi bu küçədə işləyirdi.Doqquzmərtəbəli binanın yarımzirzəmisinin qapısını küçəyə tərəf açmışdı, birinci mərtəbədə yaşayan, fərasətli çıxıb zərzəmini özəlləşdirən «xozeyin». Bu zirzəmini də icarəyə vermişdi.Usta da bu zirzəmini mebel təmiri sexi eləmişdi.İşi yaxşı olurdu.Küçədə və yaxın məhəllələrdə demək olar ki, hamı onu tanıyırdı.«Ağdamlı Usta» deyirdilər ona.Əlindən gəlməyən iş yox idi. Yumşaq mebeldən tutmuş,şifoner,şkaf, stol,stul və sair ev əşyalarını təmir etməyi bacarırdı.Bu məhlədə 20-yə yaxın doqquzmərtəbəli bina var idi, demək olar ki, hamısında olan mənzillərdə işləmişdi.Kiminin divanını,kreslosunu təmir etmişdi, kiminin təzə mebelini yığmışdı, kimisinin köhnə mebelini söküb atmağa kömək eləmişdi və s.Həmişə də işini vicdanla, həm də münasib qiymətə görməyə çalışmışdı.Amma indi qanı qara idi. Çünki, beşinci mərtəbədə olan Ayxan adlı oğlan gəlmişdi bir az bundan qabaq,ona bir iş təklif etmişdi:


Ardı →

Fırtına

Fırtına

Hər dəfə belə külək əsəndə o anı xatırlıyram...
yaxın binanın uzaqdan gələn radio səsini, gələn bu kəlimələri heç zaman unutmadım...
Bakü`de fırtına ikazı üzerinden yayınımızı tam veremiyoruz ve sizlere...
yayım kəsilir, bəlli ki 20 dəqiqə öncə edilmiş xəbərdarlıqla Rusya şimalından gələn fırtına böyüyəcəkdi. Bu yayın`a nə olduğunu anlamadım, görəsən, yayımın kəsilməsinin sonbahar fırtınası ilə bir əlaqəsi varmı deyə düşünərkən veriliş bərpa olundu zarafat elədiklərini və kəsintinin səbəbinin fırtına olmadığı və zarafatyana ajataj yaratmaq olduğunu türçə dedilər
1993 ilinin payızı bitmək üzrədir, çoxdan anlamışdım ki bu şəhərə boş yerə küləklər şəhəri deməyiblər, noolsun ki 3 tərəfdən dənizlə sərhədlənib?! adada olan şəhərlər də var, və bu gələcək fırtına mənı çox şey deyəcəkdi, ya da dərin mənalı az şey olacaqdı...
13 dekabr həftənin birinci günüdü bir neçə aydı ki nəinki həftəyə dünyada və həyatımda olan bir yeniliyə həvəslə baxmıram.
Bu uzun binadan uzaqlaşdıqca türkçə yayımlanmaq xatirinə açılmış qısaömürlü mənasız verilişin səsi itərək məni xatirələrimlə tək qoyurdu...
Artıq fırtına xəbərdarlıqlarına öyrəşmişdim və təxminən 1 saat sonra güclü külək əsirdi sadəcə çox güclü külək....
mən isə fırtına öncəsi belə səssizlik olmayan şəhərdə qaranlıq küçələrlə bəlkə də gələcəkdə gözəl bir parka çevriləcək ama indi çox pis bir yer olan əraziyə gedirdim… niyə? dəqiq deyə bilmərəm ama sanki 6 aydır məni bura nə isə bağlıyır, gəlirəm bura… son zamanlar insanlarla danışmasam da əvvəllər mənə deyirdilər ki bura gəlməyim. Sovetlər Birliyi dağılandan sonra bura Amon adlanan hərbi birləşmənin yuvası sayılırdı. Bakıda silah tutan hər kəs kimi bunlar da özlərini ölkənin taleyini həll edən, və buna görə kefi istədiyini eləməyə haqlı olduğunu düşünən sərxoş yığını idi düşüncəmə görə ama insanlar bunların yaxşılıqlarınnan da ağız dolusu danışırdılar...
Ümumiyyətlə hər kəsi danışmağa ağzı dolu idi birzamanlar...
həmin yerə qədər bir neçə uzun bina uzanırdı və bu saat 10 qaranlığında burda insan görmək çətin məsələ olsa da qarşıdakı iki binanın arasından qara geyimli, qara çadralı bir büzüşmüş qarı gördüm. Bu yaşlı qadını da bu böyük imperiyanın böyük uçurumu çökdürüb bəlkə, bəlkə də o da ölkədəki saysız hesabsız övladını və ya övladlarını itirmiş analardan biridi. Başını aşağı salıb və və elə bil bu dünyada deyil, görəsən, fırtına xəbərdarlığını almıyıb? bəlkə o da bu gecə öləcək, ya acınnan, ya müharibədən, ya dərddən, ya da elə fırtınadan bu birdən-birə peyda olmuş azadlıq qışqırmaq illərində ölənlər kütləsinə qoşulacaq...
Hərhalda bu yaşlı qadın marağıma səbəb oldu boşluq aylarımda. Getdikcə bu uzun binanı tez yeriyib bitirib irəlidəki binanın bu tərəfə olan küncündə oturmuş qarıya çatmaq istədim, qarı isı tərpənmirdi, mən yaxınlaşdıqca külək də artırdı, ama yaxınlaşdıqca elə bil qarı böyümürdü, yəni miqysın məsafə qanunu elə bil təsir eləmirdi, uzaqdan necə görürdümsə yaxınnan da elə idi, ama ona yaxınlaşdıqca hər dəfə daha çox şey xatırlıyıram, əvvəlcə mitinqlər dalğasına qoşulamağım daha sonra baş verən dəhşətli hadisələr, ölkəmizin bütün sütunlarının birər-birər gözümüzün qarşısında məhv olması və buna qarşı heç nə edə bilməməyimiz, sonra ən doğru yolun qərbdə, Qarabağda olduğunu düşündüm və ora savaşa getdim...
Artıq iki binanın arasındayam burda insan adlanan məxluqdan daha iki dənəsi var: Bir oğlan, bir qızla mazaqlaşır, sanki, bu qadını görmürlər, qəribədi bu altı ayda mən insanlara fikir vermirdima ama indi onlar mənə fikir vermirlər şəhvətdən, ama bu qarı da tərpənmir, başını aşağı salıb.
Və burda üçlük olaraq bir-birimizə fikir vermirik, görəsən fərqli səbəblər var ya elə eyni səbəbdiki nəzər yoxdu bir-birimizə.
Görən bunu istəyirdim? Külək şiddətlənir, burda neçə dəqiqədiki qaldığımı bilmirdim, anidən qarı başını qaldırıb üzümə — düz gözlərimin içinə baxdı.
O an çox pis oldum, bu baxışlar mənə çox dəhşətli şeylər deyirdi. Dərhal uzaqlaşmalı olduğumu düşündüm, Qarı ilə baxışdığım andan etibarən Yağmur başladı, mən uzaqlaşdıqca daha da pis olurdum və yağmur da güclənərək, kələ-kötür yolda gölməçələr yaratmağa başlamışdı. Dəhşətli idi, mən addımlarımı sürətləndirdikcə arxama baxmasam da qarının da arxamdan gəldiyini hiss eləyirdim, daha arxadan isə qız və oğlan gəlirdi və bu dəfə onlar tam hissiz gəlirdilər qarının arxasıyca əvvəlki şəhvət duyğularını sanki şiddətli yağmur yuyub aparmışdı, arxama baxmasam belə onların gəldiyinə əmin idim...
Mən kiməm? beynimə ildırım kimi suallar yağmağa başladı, Burda nə işim var? hardan gəlib hara gedirəm? son aylarda baş verənlər niyə mənim üçün baş vermədi? Şüurumda partlayış baş verdi… qaçmağa başlamışdım ki, gölməçəyə yıxıldım dizlərim üstünə çökdüm. Birdən qızın səsi beynimin bütün hüceyrələrini cingildətdi: SƏN YOXSAN!!!
Mən əyilib gölməçədə əksimə baxmaq istədim ama əksim yox idi, şüurum dondu sanki, altı ay öncə Qarabağda baş verən dəhşətli hadisəni xatırladım: Bir neçə həftə idi ki könüllü kimi aramıza qatılan alçaq məni kürəyimdən vurdu və cəsədimi sürüyüb ermənilərə 120 dollara satdı. Sonra Bakıya qayıtdım, O an dizlərimin üstündə qalmışdım, anam arxadan gəldi və mənnən qabağda arxası mənə tərəf(məni görmürdü) diz çökdü, və adımı çəkib növbəti dəfə fəryad elədi...
İllər keçdi, anam da öldü, ama mən hələ də burda diz üstə çöküb, 80ci illərin sonunda nələrin baş verdiyini dərk eləməyə çalışıram: Bu adi bir pislik deyildi, nəhəng dövlətimizi elə məhv elədilər ki bir tozu da qalmadı, Bizə niyə belə düşmənçilik elədiklərini anlamıram, bu sadəcə pul üçünmü idi? Böyük adamlar başımıza elə bir oyun açdılar ki, Günahımız nə idi düşünürəm...
çox şey düşünürəm ama bu saysız hesabsız ölkələrdə ölən saysız hesabsız uşaqların günahı nə idi?
İllər keçir, dünya çox qəribə olub. Burda Nefçilər metrosunun yanında keçmiş qorxulu Amon düşərgəsində park salınıb, çox az adam məni görür, danışır, cavab vermirəm… hələ də oturub düşünürəm…
Davamı →

İncəsənət, ölüm və sevgi

Bir rəssam olur. Bu rəssamın gözünün qabağında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif eliyir. Ama ressam onunla razı olmur. Əsəri dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən soruşurki, qızın səhhəti necədir? Həkim deyir… Bu qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər. Yaşlı professor.


Ardı →