Kəpənək və Çobanyastığı

Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmağa başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşı qoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur.
Bu çiçək bir çobanyastığıdır. «Salam sizi uzaqdan gördüm amma yaxından çox daha gözəlmişsiniz» deyir kəpənək. Utanır çobanyastığı bütün utancaqlığı ilə «xoş gəldin məndə təklikdən çox sıxılırdım yaxşı ki gəldin» deyir. Və aralarında xoş bir söhbət başlayır bir-birlərinə özləri haqqında danışırlar və axşam olur.Gecəni birlikdə keçirirlər səmaya dalıb ayı ulduzları seyr edirlər, dalıb eləcə yatıb qalırlar.

Ardı →

Hz.Əli-nin 4 əsas suala cavabı...

Bir adam Hz.Əliyə (ə) gəldi və:
«Sənə soruşmaq istədiyim dörd sualım var» dedi.
Elm Şəhərinin Qapısı:
«Buyur, soruş!» dedi.
Adam soruşdu:
«Vacib nədir? Vacibdən daha vacib nədir?»
Hz.Əli cavab verdi:
«Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir.»
Adam soruşdu:
«Yaxın nədir? Yaxından daha yaxın nədir?»
Hz. Əli cavab verdi:«Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır.»
Adam soruşdu:
"Əcaib nədir? Əcaibdən daha əcaib nədir?"
Hz.Əli cavab verdi:
«Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir.»
Və adam son olaraq, bu sualı soruşdu:
"Çətin nədir? Çətindən daha çətin nədir?"
Və Hz.Əli, bu son suala da, belə cavab verdi:
«Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir.»

Davamı →

"Gözəl" | Əlabbas

Bibimin kəndə qayıtmağı camaat arasında bərk səs-küyə səbəb oldu. Az qala bütün kənd ondan danışırdı.
Yazıq qadın küçəyə çıxmağa peşman idi, dərhal xısınlaşma başlayır, bibim gözdən itənə qədər arxasınca tamaşa eləyirdilər.
Qonşumuz Şayəstə xalanın birinin də üstünə beşini qoyub danışanda elədiyi kimi, onların dəridən-qabıqdan çıxmalarından hiss eləyirdim ki, bibim bu adamların nəzərində çox qorxunc və idbar bir varlıqdır.
Amma əslində belə deyildi. Bunu aləmdən-aləmə hamı bilirdi ki, bibimin gözəlliyi bütün ətraf kəndlərdə də adla deyilir.
Hələ qız vaxtı tay-tuşunun, lap elə ondan böyüklərin də bibimə necə bəxtəvərçilik verdikləri indi də yadımdadır.
Küçə-baca bir yana, o heç evdə də bir gün görmürdü. Atamla anam sanki gün-gündən bu adama qarşı daha qəddar olurdular.
Ardı →

"Gəlin" | Əlabbas

Ucları gərilmiş qanadı xatırladan hündür, gümüşü elektrik dirəklərinin gur işığında gündüz olduğundan heç də az parıldamayan qara rəngli iri avtomobilin qapısı açıldı.
Ordan düşən adam — o, şıq geyimli, ucaboy, gənc bir qadın idi — yaxşı işıqlandırılmış kimsəsiz xiyabanı ötüb hündürmərtəbəli iki təndürüst binanın arasındakı qaranlıq, ensiz keçidə doğru yönəldi və çox çəkmədi ki, yaraşıqlı, qısaboğaz çəkmələrinin taqqıltısı ilə birlikdə gecənin zülmətinə qarışıb yox oldu. O, qonşuların o qədər də dərindən bələd olmadığı, bu yerlərə təxminən dörd il əvvəl köçüb gəlmiş xəstə Fəzlin gəlini idi.
Maşın yalnız o, gözdən itəndən sonra gediş-gəliş olmayan yolda tükürpədici fitəbənzər xırçıltı ilə geri döndü və yağ içində hərəkət edirmiş kimi səssizcə, amma iti sürətlə şəhər camaşırxanasına doğru istiqamət aldı.
Ardı →

"Heykəltaraş" | Zərdüşt Şəfizadə

“Bu nədi belə düzəltmisən?”
“Heykəl...”
“Görürəm heykəldi. Nə heykəli?”
“Adam...”
“Hə, Adam...bəs bunun sifəti hanı?”

I

Məhəmməd bayaqdan bəri torpağa sıxılmaqdan sızıldayan dizlərinə əhəmiyyət verməyərək bir ovcunda partlamayan qumbaraya baxdı, bir də qarşısında əli silahlı dayanıb onun başa düşmədiyi dildə nə isə qışqıran adamlara.
Gözlərini onlardan qaçırdaraq aralıda gözünə dəyən tək-tük ağac və kollara nəzər atdı- iki gündü atışma ilə eyni zamanda dayanmadan əsən külək ağacların budaqlarını israrla sındırır, sındıra bilmədiyinin də başını yerdən qaldırmağa qoymurdu.
Ardı →

Sənsiz keçən illərim

Məndə hamı kimi sevdim, amma bir neçə dəfə yox. Sadəcə bir dəfə… Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi… İlk əl-ələ tutuşumuz… İlk utancaq öpüş, dəqiqələrlə, uzun-uzadı bir-birimizin gözlərində öz əksimizi görmək… Bir gün mən evlənirəm dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəyəm deyə. Həyat davam edir dedim. Ürəyimdə sən, beynimdə sən, yuxularımda sən yaşadım birtəhər. Heç vaxt məni tək qoymadın ki… Bir gün tanışımın hüzürü düşdü, getdim başsağlığına. İçəri keçdim divarda sənin şəklin..


Qanım dondu, kəssələr qan axmazdı. Ümid etdim nə vaxtsa səni görəcəyimə. Amma belə qarşıma çıxacağını düşünməzdim. Gözümdən bir damlada yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı. Axı niyə yalan dedin? Niyə xəstəliyini demədin? Niyə evlənirəm dedin? Zaman hər bir dərdin çarəsidi deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27 il… Heç evlənmədim, səndən başqasını sevmədim. Haqqımda danışılanda «Tənha qadın» deyirlər. Mən tənha deyiləm, sən varsan. Hər gün məzarına gəlirəm… Artıq yasda otur gələcəm bir gün yanına həmişəlik..


Davamı →

Şeytanla Möminin hekayesi

Günlərin biri bir cavan gözəl paltarından birini geyinib məscide sübh namazına gedir.
O, məscidə catmamiş yıxılır, patlatı büsbütün bulaşır. Ayaga qalxıb üst-başını cırpır,
evə qayıdır və paltarını dəyişib yenidən məscidə yollanır, bu dəfə həmin yere catanda yıxılır,
üst-başı yenə də tamam bulaşır. Yenidən evə qayıdıb paltarını dəyişir ve məscidə gedir.

Bu defə yolda qarşısına əlicarıqlı bir şəxs cıxır.
Cavan ondan adını soruşduqda deyir:«Gördüm eyni yerdə iki defə yıxıldın,
bunun ücündə cıraq gətirib ayagının altını işıqlandırmaq istədim»Cavan ona təşəkkür
edir və onlar birlikdə məscidə yollanırlar. Məscidə catanda cavan ona namaza
gəlməyi təklif edir, amma əlicıraqlı şəxs imtina edir.Cavan nə qədər israr edirsə,
hec bir nəticə vermir. Səbəbini soruşduqda deyir:«Axı mən şeytanam!»Cavan sanki yerə yapışır və bir söz deyə bilmir.

Şeytan sözlərinə davam edərək deyir: «Sənin iki dəfə yixilmagına səbəb mən oldum.
Birinci dəfə səni yıxdıqda dərhal evə qayıdıb təzə paltar geyindin,
məscidə qayıtdın və bunun ücün Allah-Təala sənin bütün günahlarını bagışladı.
İkinci dəfə bunu yenidən təkrar etdim. Amma sən bu dəfə də təzə partarından
birini geyinib məscidə döndün.

Və bu dəfə Allah-Təala sənin bütün qohum-əqrabalarının günahlarını bagışladı.
Qorxdum ki, birdən ücüncü dəfə yixilsan, yenidən evə qayıdacaq, təzə paltar
geyinib məscidə dönəcəksən.
Bu defe Allah-Təala sənin bütün həmşəhərlilərinin günahlarını bagışlayacaq…
Davamı →

Stiv Gudyer Hekayə


Hovard yoxsul bir ailənin uşağıydı. Yoxsulluğun ağrı — acısından qurtarmaq üçün qapı-qapı düşüb xırdavat satırdı. Həm özünü, həm də ailəsini öz qazancı ilə saxlayırdı.

O gün heç nə sata bilməmişdi, üstəlik də çox ac idi. Bundan sonra döyəcəyi ilk qapıdan yeməyə bir şey istəyəcəyinə qərar verdi. 
Qapını açan gənc və yaraşıqlı qadını görəndə utandı. Yeməyə bir şey istəmək əvəzinə dili topuq çaldı:
— Bağışlayın, bir stəkan su verə bilərsiniz?
Ardı →