Gizli şəkil

Balaca bir qızın atası İspaniyanın “ən təhlükəli siyasi məhbuslarının” saxlanıldığı həbsxanada məhbus idi. Balaca qız atasını görmək üçün bütün imkanlardan istifadə edir, hər fürsətdə atasının yanına gedirdi.
Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara verilməsi qadağan idi.
Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul etmədilər və elə oradaca cırıb atdılar.
Balaca qız çox üzülmüşdü… Atasına da dedi. Atası da qızına dedi ki, “çox üzülmə, gələn dəfə şəkil çəkərkən daha diqqətli ol.”
Üstündən bir müddət keçdi. Balaca qız yenə atasının yanına getdi. Bu dəfə də şəkil çəkmişdi. Bir ağac şəkli… və üstündə balaca nöqtələr…
Atası maraqla şəklə baxdıqdan sonra qızına dedi: “Nə qədər gözəl çəkmisən bu ağacı”…
Sonra balaca nöqtələri göstərib soruşdu ki, bəs bunlar nədir, kiçik meyvələrdir?
Balacaq qız ağzını atasının qulağına yaxınlaşdırıb yavaşca dedi: “Atacan, onlar meyvə deyil. Budaqların arasında gizlətdiyim quşların gözləridir”….
Davamı →

sevgi,var-dövlət,ugur

Bir gün bir qadın evden bayıra çıxanda, qapısının kəndarında 3 nurani qoca ile rastlaşir...onlara baxıb deyir: — çox güman ki, biz taniş deyilik, amma sizin ac oldugunuza əminəm...
onları eve dəvət edir...amma qocalar onun ərinin evde olub olmadıgını soruşurlar..qadın ərinin evdə olmadıgını dedikdə, qocalar dəvətdən imtina edirlər...axşam qadın ərinə bunları danışanda, ər onların hələ də bayırda gözləyib gözləmədiyini yoxlamaq üçün xanımını onların ardınca yollayir...qadın bayıra cıxanda qocaların hələ də orda olduğunu görür..evə dəvət edir..bu zaman qocalar deyirlər:
Ardı →

Düşündürücü Hekayə...

Mənə demişdin ha, məni niyə sevirsən? Mən isə buna heç vaxt cavab tapa bilməyəcəm demişdim. Amma… Cavabını tapdım. Bir kəpənək varmış. Baramasından yeni çıxan, həyata yeni gözlərini açmış bir kəpənək. Zərif, incə, gözəl bir kəpənək qanadları inci dənəsi kimi tərtəmiz çiçək bağçası kimi rəngarəng. Kəpənək baramasından çıxdıqdan sonra həyata atılmış bir gündəlikömürünü gəzərək keçirmək üçün çiçəklərə qonarmış, dağları, düzənlikləri keçmiş dənizləri aşmış. Amma bir evin pəncərəsinə gəlmiş. Evdən içəri baxdığında birdə nə görsə yaxşıdı? Bir işıq… İşıq elə gözəl elə təmiz ki gözləri qamaşmış kəpənəyin. İşığa baxmış, daha sonra yanına getmək istəmiş… Pəncərədən tapdığı aralıqdan içəri girdi və dayanmadan ışıga dogru döndü. Əslində o işıq yalnız sadə bir lampa idi, amma o an kəpənək üçün elə gözəl görünürdü ki, bunu anlaya bilməmişdi.

Eləcə bütün gecə döndü dayandı, xoşbəxt idi bəlkə də bir günlük ömürünü yalnız o işığın yanında keçirə bilərdi və elədə etdi. Bütün gecə rəqs etdi işığın ətrafında, amma səhər olurdu kəpənək artıq yorulmuşdu və yavaşca aşağı dogru düşdü cəhd göstərdi havada qalmaq üçün, amma bacara bilmədi və yerə çaxıldı. Yorulmuşdu ürəyi sürətlə atırdı qalmaq istədi, amma qanadlarında güc qalmamışdı əldən düşmüşdü, ölürdü… Amma son bir səylə yüksəldi. İşığa yaxınlaşdı və yerə düşdü. Gözlərini yumdu 1 günlük həyatı bitmişdi bəlkə də boşa xərcləmişdi bir işıq uğruna, amma olsun o elə dusunmurdu. Xoşbəxt idi ən əsası xoşbəxt öldü.

Davamı →

"Mən heç dəyişmədim!"

Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış ... 
Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını 
qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış ...
Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. 
Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş
və ona «Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş» .
Gənc qız bu təklifi rədd etmişdi.
Cavan «Mən heç dəyişmədim!» deyə qışqırmış. 
«Hələ də səni çox sevirəm ...» deyə davam etmiş ...
Gənc qız bir qədər düşünmüş və belə cavab vermişdir...
"Əgər heç dəyişmədinsə… Bir gün yenə məni atıb gedəcəksən..."
 
Davamı →

Cənnətə girəcəyi anda paxıllığı imkan vermədi

Pislik etməklə keçmişdi ömrü. Yaxşılıq nədir bilməmişdi. İndi cəhənnəmin astanasında idi. Qapıda onu mələk qarşıladı. Mələk: “Əgər həyatda bircə dəfə də olsun yaxşılıq etmisənsə sən cəhənnəmə girməyəcəksən.”,- dedi. Adam uzun müddət fikirləşdikdən sonra meşədə gördüyü hörümçəyi xatırladı. Bir dəfə meşədə gedəndə bir hörümçək toru ilə qarşılaşmış, toru qırmamaq üçün yolunu dəyişmişdi. Həyəcanla bu hadisəni mələyə danışdı. Mələk gülümsədi və əllərini bir-birinə vurdu. Bu vaxt göydən bir hörümçık toru endi. Adam artıq bu tordan tutub cənnətə girə bilərdi. Sevinclə tora yaxınlaşdı. Ancaq yanındakı adamlar da tordan tutmaq, onunla birlikdə cəhənnəmdən çıxmaq istəyirdilər. Adam torun bu qədər adama dözməyəcəyini düşündü və qorxu içərisində onları itələməyə başladı. Bu vaxt tor doğurdan da qırıldı. Hamısı bir yerdə cəhənnəmə düşdülər. “Heyif “ – dedi mələk – “Həyatda etdiyin yeganə yaxşılığı da öz əlinlə məhv etdin. Halbuki o adamlara tordan tutmağa imkan versə idin, hamının xilas olacağını görəcəkdin”.
Davamı →

HƏYAT İMTAHANI

Deyirlər insan həyatı bir sınaqdır...
Bu sadəcə yaşıya bilmiyənlərin uydurmasıdır....Hanı bəs sondakı imtahanlar?!Hanı nəticələr?!
Hanı imtahannan keçən tələbələr?!Uzun bir sıra kəsilənləri görürəm ancaq...
Nə çətin imtahanmış bu belə,heç kim keçə bilmir?!

Bəlkə həyat bizə kələk gəlir,cavabların yerini düz vermir.
Çünki bu həyatdakı düz cavablar yalnız pulla alınır...

Bəs yarımçıq qalan arzular...?!Həyatdı günahkar, ya insanlar?Bəlkə biz həyatı yaşıya bilmirik,
bəlkə onun qaydalarını pozuruq bilmirəm heç...O da bizi belə cəzalandırır.
Arzularımızı həyatımız,yaşadıqlarımız yaradır.Onda deməli biz düzgün yaşamaq yolunu seçmirik,
ya da düzgün arzular seçmirik.Hər kəs daşıya biləcəyi yükü dartmalıdı,ağır yüklər altına girəndə elə 
o yükün altında qalırıq.Deməli hər şeydə həyatı günahlandırmaq olmaz.

Həyat bəs sən mənimçun nəsən?Bir sınaq deyilsən ona əminəm,çünki ancaq sən məni sınıyırsan...
Hərdən çox ədalətsiz olursan,yorğunluğumu,ağrılarımı görmürsən...Elə öz bildiyin kimi davam edirsən,bəs mən?!
Məni heç fikirləşmirsən,onda məndə səni fikirləşmiyəcəm.Əgər səhvləri mən eliyirəmsə,cəzasını mən çəkirəmsə,
peşman da mən oluramsa onda qoy mənə öz başına desinlər,onsuzda hər şeyi mən edirəm....

Həyat sevgidir,qayğıdır bəzən...Sevdiklərinizə zaman ayırmaqdır.Yaşanan xoş dəqiqələrdir həyat.
Birilərinə sevinc bəxş etməkdir həyat.Bəzən birilərinə sevginizi göstərməkdir həyat.Həyat o qədər qısa olurki,
bəziləriyçun ona görə heç nə üçün gecikmiyin.Doya-doya yaşıyın,sevin həyatı,ona dəyər verin.
O zaman o da sizi sevəcək,qucağına alacaq,qoruyacaq...

Əslində o qədər gözəldiki həyat...Yaşadıqca heç kəs doymur.Amma unutmuyunki bu həyata 
ölmək üçün gəlmişik,yaşamaq üçün yox...Yaşıyın amma ölümünüzə layiq...

Həyatdan tək aparacağımız şey hörmət,sevgi və bizə olunacaq rəhmətdir...

Yaşamaq-həyatla ölümün müqaviləsidir.İnsan isə onun bədbəxt qurbanı...

Davamı →

Gecənin ən qaranlıq vaxtı idi...

Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi «ah» idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc «ah»ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.

Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur'anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.

«Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.»

Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.

Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.

Davamı →

Qaçırılmış nişanlı qızın hekayəsi

Mən 22 yaşında cavan bir qız idim.Hər gün tezdən durub işə gedirdim.Və hər gün yolda bir yaraşıqlı oğlanla qarşılaşırdım.İçimdən həmişə'kaş bu oğlan mənim qismətim olaydı'deyərdim.Mən ona heyran idim,bir başqası isə mənə.Həmin oğlanla da hər gün qarşılaşırdım.Və bir gün o mənim qarşımı kəsib,məni sevdiyini söylədi.Bu oğlan mənim heç xoşuma gəlmirdi.Və mən onu heç düşünmədən rədd etdim.O isə buna baxmayaraq,məni həmişə sevəcəyini söylədi.Mən isə bəyəndiyim o oğlanı düşünürdüm.Bir gün isə o mənə yaxınlaşıb mənimlə tanış olmaq istədiyini söylədi.Mən inana bilmirdim,mənim üçün möcüzə baş vermişdi.O mənim qarşımda idi və mənə sevən gözlərlə baxırdı.çox keçmədi,ailələrimiz də razılıq verdi və biz nişanlandıq.Hər gün məni evin qarşısından götürürdü və biz birlikdə işə gedirdik.Bir gün yenə mən evin qarşısında onu gözləyirdim.Zəng vururdum,telefonuna zəng çatmırdı.Birdən bir qız mənə yaxınlaşdı və dedi:
Ardı →

O qəlbini sevdi...

Kevinin 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və bir cavan oğlan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma, ölkəsindən ayrılmaq çətin gəlirdi ona.
Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu

Ardı →

Ilanin qiza mehebbeti (Azerbaycanda olmus hadise)

İnanılmaz bir hadisə bu dəfə Azerbaycanın ən gözəl rayonlarından biri olan Ağdaşda baş verib. Yəginki bu hadisəni Tv kanallarında izləmisiniz.
Ağdaşın “Qaradağlı” kəndində İlan gözəl bir qıza vurulub. Hər gün həyətə gələn ilan qızın həyətdə gördüyü bütün işləri izləyir onun yanında gəlib dayanır, qız sakit dayananda isə onun boynunasarılır yanaqından dişləyir, ancaq zəhərləmir.
Qorxusundan ilanı hər dəfə üstündən atan qızdan ilan əl çəkmir. Gah əlinə gah ayağına sarılan ilanın qorxusundan qızın hər dəfə ürəyi gedir. Yerə uzanmış qızın yanında dayanan ilan sadəcə qızın sifətinə baxır və onun ayılmasını gözləyir.

Qəribəsi odur ki, İlanı qızdan başqa heç kim görməyib. Rayon icra hakimiyyəti xüsüsi ilantutan gətirib, yerə qum səpərək ilanın izini tapa bilən ilantutan ilanı tutmağın çətin olacağını deyib. İlan qırmızı rəngdədir və digər ilanlardan bir az seçilir.
Dəfələrlə özünü öldümək istəyən qız qorxu içində yaşayır. İlan sadəcə qız tək olduğu anda onu yanına gəlir.
Hesab edilir ki, vaxtı ilə həmin qızı sevən bir oğlan olub, qızı oğlana vermədikdən sonra oğlan çıxıb gedib və bir daha o oğlanı görən olmayıb. Kənddəki dedi-qoduya görə bu həmin oğlanın sevgisidir.

Bu qəribə hala qarşı fikriniz nədir?
Sizcə İlan masum bir qızı necə sevə bilər?

Davamı →