Həyat...

Həyat… Nələr öyrənmədim ki, səndən...?! Öyrətdin ki...
Gedənə qal deməyəcəksən… Gedənə qal demək — yazıqlara, dönməyənə dön demək — acizlərə, layiq olana get demək — güclülərə yaraşar… Heç kimə layiq olmadığından artıq dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan...
Düşün… Kim incidə bilər səni, səndən başqa? Kim doldura bilər içindəki boşluğu, sən istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər sən hazır deyilsənsə? Kim sevər səni, sən özün özünü sevməsən? Hər şey səndə başlayıb, səndə qurtarır… Yetər ki, ürəkli ol! Tükənmə, tükətmə, tükətdirmə içindəki yaşamaq sevgisini...
Ya çarə sənsən, ya da çarəsizsən...
Elə bir həyat yaşadım ki, cənnəti də gördüm, cəhənnəmi də… Elə bir eşq yaşadım ki, aslı olmağı da gördüm, əl çəkməyi də… Bəziləri seyr edərkən həyatı ən qabaq tərəfdəki sıradan, özümü səhnədə tapdım və oynadım… Elə bir rol verdilər ki, mənə — oxudum, oxudum, anlamadım… Öz-özümə danışdım bəzən evimdə… Həm əsəbləşdim, həm güldüm halıma...
Sonra dedim ki, söz ver özünə...
Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən!
Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi biləcəksən!
Uçmağı bilirsənsə, yerə düşməyi də biləcəksən!
Qorxaraq yaşayırsansa həyatı, yalnız seyr edəcəksən!
Unutmayaq ki, əgər həyatın şirinliklərini qəbul ediriksə, onun aclarını da qəbul etmək məcburiyyətindəyik...

Davamı →

Qısa və ibrətlik hekayə

Ana, Ata və onların 7 yaşlı kıçik oğlu.Sabah onun 8yaşı tamam olacaq.Ana və ata hər gün işə getdikləri üçün öz kiçik oğulları ilə maraqlana bilmirdilər.Buna görə də öz övladlarına dayə tutmuşdular.Ana və ata öz övladına lazımi qədər vaxt ayırmadığını başa düşüb onu sevidirmək üçün ona gözəl bir hədiyyə almağı planlaşdırırlar.Beləcə onlar mağazaya yollanırlar.Mağaza işçisi ona yaxınlaşıb nə istədiyini soruşur.Valideynlər sabah kiçik oğlunun ad günü olduğunu deyir.Mağaza işçisi onları uşaq hədiyyələri bölməsinə aparır.Uşağın anası satıcıya müraciət edərək deyir:
-Bilirsiniz burda olan hər şeydən onun otağında var,bizə elə bir şey lazımdı ki,onda olmasın və onu xoşbəxt etsin.
Mağaza işçisi gülümsəyərək deyir:
-Bağışlayın xanım,bizdə ailə sevinci yoxdu.
Davamı →

Nəticə çıxarılası maraqlı həyat hekayəsi

Bu şəhərdə çox qala bilməyəcəkdi. Artıq hər şey onu sıxmağa başlamışdı. Olan-qalan nəyi var idisə götürüb bu şəhərdən getmək qərarına gəldi və əvvəllər tanımadığı bir ölkəyə üz tutdu. Bu ölkəyə hələ təzə alışmağa başlamışdı ki, bir gün meydanda bir səs eşitdi. Bir adam var gücü ilə:
«Teatr! Teatr! Teatra gəlin! Bu axşam teatra gəlin!» — deyə bağırırdı. Ömründə teatra getməmişdi. Odur ki, maraq onu götürdü. Əvvəlcə biletin satıldığı yeri öyrəndi. Cibindəki pul biletə ancaq çatırdı. Buna baxmayaraq, heç tərəddüd etmədən bütün pullarını verib bilet aldı. Tamaşa vaxtı gəlib çatdı. Bu doğurdan da onun üçün qeyri-adi bir şey idi. Artıq tamaşa qurtarmış, hamı dağılmışdı. Ancaq o, hələ də yerindən tərpənə bilmirdi.
Ardı →

Peşmanlıq...

Ev telefonu Sübh çağı 4-ün yarısı çaldı.Yuxulu adam telefonu götürdü...Telefondakı Səs anasına aid idi.
Həyəcanlandı,qorxdu başlarına bir şeymi gəlmişti görəsən deyə narahat oldu.
Ana:-Necəsən oğlum?yaxşısanmı? deyə soruşdu.
Oğul:-Çaşqın bir ifadə ilə :yaxşıyam ana.Xeyirdimi bir şeymi oldu?Siz yaxşısınızmı?-dedi.
Ana :-biz yaxşıyıq heçnə olmayıb.Yalnız Səsini eşitmək istədim-dedi.
Oğul :-Ana bunun üçünmü zəng etdin?Saat sübh çağı dördün yarısıdır...Səhərdə danışa bilərdik… deyincə 
Ana:Narahatmı etdim oğlum?- dedi.
Oğul:-Bəli ana narahat etdin deyərək şiddətli,hirsli bir şəkildə cavab verdi. Bu sözünə Anası kədərli bir səslə;
-25 il əvvəl Sən də məni bu Saatda narahat etmişdin oğlum,
Doğum Günün mübarək olsun deyir və telefon dəstəyini yerə qoyur.

Davamı →

İndi günah bizdədimi ???

-Uşaq vaxti Tarzani yarıçılpaq
izlədik,
-Zoluşka evə saat 12 dən sora
gəlirdi,
-Tıx-tıx xanım hamıya dostluq 
təklif edirdi,
-Pinokyo həmişə yalan danışardı,
-Betmen maşını saatda 300 km
sürətlə sürərdi
-Pamuk prenses 7 kişiylə birlikdə
yaşıyırdı,
-Red Kit həmişə ağzında siqaret
olardı,
-Temel reisdə pipo və tatu`lar
varıydi
-Pacman həmişə dərmanları
udardı
Bunlari izləyərək böyüdük indi
günah bizdədimi ???

Davamı →

Sənsiz keçən illər

Mən də hamı kimi sevdim. Amma bir neçə dəfə yox. Sadəcə bir dəfə...
Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi ...
İlk əl-ələ tutuşumuz...
Bir gün «mən evlənirəm»- dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəm deyə. Yalvardım Rəbbimə al bu hissləri içimdən deyə… Həyat davam edir dedim.Ürəyimdə sən, beynimdə sən ,yuxularımda sən yaşadım. Heç vaxt məni tək qoymadın. Tanışımın hüzrü düşdü getdim başsağlığına. İçəri keçdim divarda sənin rəsmin. Qanım dondu, kəssələr qan axmazdı.Ümid etdim nə vaxtsa səni görəcəyimə.Amma belə qarşıma çixacağını düşünmədim. Gözümdən bir damla da yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı: «Axı niyə yalan dedin ,niyə xətəliyini demədin, niyə evlənirəm dedin?
»Zaman hər bir dərdin çarəsidi "-deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27il… Heç evlənmədim, səndən başqasını sevmədim. Mən tənha deyiləm sən varsan… Hər gün məzarına gəlirəm. Sən mənə gələ bilmirsən mən sənə gəlirəm. Artıq yaş da ötür gələcəm yanına həmişəlik. Ən maraqlısı odu ki, səni düşünəndə səni ən son gördüyüm geyimdə yaşda düşünürəm. Sanki yaşasan heç yaşlaşmayaqcaqsan eyni qalacaqsan...

Davamı →

Türkiyədə olmuş hadisə

Qoca adam, çətinliklə zənbildə daşıdığı südü çadır dirəkləri arasından keçirməyə çalışarkən:
-Süüd ...!, deyə qışqırırdı.
Qoca, hələ sözünü tamamlamamışdı ki, çadırından çıxan hirsli bir adam:
-Sən deyəsən ağlını itirmisən!-deyə qışqırdı. Biz yaralılarımızla məşğul olarkən, sən pul qazanma sevdasındasan.
Yaşlı adamın gözləri dolmuşdu. Yumşaq bir səslə:
-Bu zəlzələdə dörd nəvəmi itirdim övladım, dedi. Onların içdikləri südü digər balalarmıza hədiyyə etmək istəyirdim,səhv etmişəm?!
Bu olmuş hadisəni danışanlar, «qoca adama qışqıran o adamın ağlayışını və ona sarılaraq üzr diləyişini heç unutmarıq» deyirlər…
Davamı →

Oğlum!!!

Oğlum! O mənim hər şeyimdir. O qədər gözəldir,yaraşıqlıdır ki, gözləri, burnu, qaşları… Gecələr Oğlumu seyr edirəm gözümü qırpmadan. Birdən oyanar, qorxar, ağlayar, birdən kimsə gəlib onu qorxudar, oğurlayar. Yox!!! Yatmayacam heç vaxt,onu qoruyacam, oğlum!
O qədər tez böyüyür ki, böyük kişi olub mənim oğlum, elə mənə oxşayır. Atasına oxşamasın! Ondan zəhləm gedir onsuz da yenə gec gəlir evə, ağzındada zehrimar içki iyi, şirkətin müdirinə bax! Yenə görəsən hansı sırtıq katibəsinin yanından gəlir əclaf! Ehh… heç mənə lazım da deyil o. Mənə oğlum bəs edər, şəhzadəm! Böyüyüb, eşitdim qız istəyirmiş universitetdə… Ha-ha, nə tez böyüyür uşaqlar… Görəsən kimdir o qiz, yaraşır oğluma!?
Yox, qoymuyacam başını aldadarlar oğlumun.Həyasız qızlara imkan vermərəm oğlumu başdan çıxatsınlar. Oğlumu əlimdən ala bilməzlər, kiçik şeytanlar!
Ardı →

Kaş yanımda olardın...

Tələblərin çox idi, hətta bəzən məni bezdirərdin, ”məni bezdirdin“ deyər sənə minnət edərdim, sənin də xətrinə dəyər, məndən küsərdin. “Yaxşı bağışla”deyib üzr istəyərdim, sən də hər şeyə rəğmən yenə bağışlayardın.
Yenə əvvəlki kimi çox tələb edərdin .AmA KaS YaNiMdA OlArDiN.

Sənə acıq olsun deyə inad edərdim, sozlərinə, istəklərinə qarşı çıxardım, sən də mənə inad küsər barışmazdin.Yenə əvvəlki kimi inad edərdin,AmA KaS YaNiMdA OlArDiN.
Səhf edərkən “heç səndən gözləməzdim” deyib məni etdiyimə peşman edərdin, məsumca boynumu büküb peşmançılıq çəkərdim, sən isə nə qədər böyük səhf olsa da günahımı bağışlayıb məni qucaqlayardın.
Yenə əvvəlki kimi məni danlayaydın, AmA KaS YaNiMdA OlArDiN.
Mənimlə çox maraqlanar, telefonumda, internet səhifələrimdə dostlarımı sorğu sual edərdin, qısqanclıq göstərərdin. Mən də üzünün bu ifadəsinə baxıb həzz alar, “bu nə sifətdir “ deyib sənə gülərdim və səni daha çox əsəbləşdirərdim.

Ardı →

Hər gün buna əmin oluram

İnandıq… Güvəndik… Arxalandiq… Sirrlərimizi paylaşdıq… Canımızı qoyduq münasibətə… Əyləndik… Yıxıldıq… Vurulduq… Əzildik… Sıxıldıq… Bezdik… Məhv olduq...
Hər son bir başlanğıcdır dedik… Ümidimizi itirmədik. Hər açılan sabaha daha çox bağlandıq, daha çox ümid umduq ondan… «Hər şey yaxşı olacaq” deyib neçə günlər, aylar, illər aldatdıq özümüzü..? Yenə itirmədik ümidimizi..

Bir yandan üzümə gülən, amma gizlin gizlin sevişən dostlarımı gördüm… „Saf” dostluğumuzun “məsum” üzvlərini… Yenə də dostlarım deyib keçdim.
Var dövlətə görə özünü belə itirən „canlar”ımı gördüm… Yenə də dostlarım deyib keçdim.

Mənim məğlubiyyətimi görmək üçün min oyunlardan çıxan dostlarımı gördüm Yenə də dostlarım deyib keçdim...
Uğur qazanmamağım üçün qarşıma keçilməz səddlər çəkən dostlarımı gördüm, Yenə də dostlarım deyib keçdim.
Xoşbəxtliyimi gözə götürməyən dostlarımın bədbəxtliyim üçün dua etdiklərini duydum, Yenə də dostlarım deyib keçdim.

Üzümə gülən, qədrimi bildiklərini zənn etdiyim amma əslində məni sadəcə “yola verən” dostlarımı gördüm Yenə də dostlarım deyib keçdim.
Və, ən çətin anlarımda məni burda tək qoyan, məni prinsiplərinə qurban verən dostlarımı gördüm, Yenə də dostlarımdı deyib keçirəm…
Davamı →