Hər işdə bir xeyir var!!!

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral vəziri ilə ova çıxdı.Vəziri tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Vəziri həmişəki kimi yenə “Bunda da bir xeyir var”, – dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi vəzirini zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi vəzirini zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və “Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, – dedi.Vəziri isə həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, “Seni zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı.Vəziri isə halını pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim.Sizin yerinizə mən orda ola bilerdim ve… sonrasını siz məndən yaxşı bilirsiniz” – dedi…

Çalışıb həmişə ətrafımızda baş verənləri nikbinliklə qarşılayıb hər işdə bir xeyir var -deyə düşünək!;)
Davamı →

Ibrətamiz hekayə

Hz.Əli bir neçə gün sabah namazına qalxa bilmir. Həmin günlərin birində Hz.Əli durur ki, namazın vaxtı yənə keçib. Hz.Əli dərindən bir AH çəkir və yatır. Onun sabahı günü şeytan Hz.Əlini qaldırır və deyir: Dur namazını qıl. Hz.Əli təəccüblənib deyir: Ola bilməz sən məni namaza qaldırasan nə olduğunu de. Şeytan yenə deyir: Dur namazını qıl vaxtdı. Hz.Əli yenə soruşur və şeytan deyir: Sən dünən namaz qılmağa dura bilmədin və ürəkdən bir AH çəkdin və bu AH-la sənin savabına bütün həmin vaxtı namaz qılanların savabı yazıldı. İndi səni qaldırıram ki, birdə o qədər savab qazana bilməyəsən…
Davamı →

Ailə sevinci

Ana, Ata və onların 7yaşlı kıçik oğlu.Sabah onun 8yaşı tamam olacaq.Ana və ata hər gün işə getdikləri üçün öz kiçik oğulları ilə  maraqlana bilmirdilər.Buna görə də  öz övladlarına dayə tutmuşdular.Ana və ata öz övladına lazımi qədər vaxt ayırmadığını başa düşüb onu sevidirmək üçün ona gözəl bir hədiyyə almağı planlaşdırırlar.Beləcə onlar mağazaya yollanırlar.Mağaza işçisi ona yaxınlaşıb nə istədiyini soruşur.Valideynlər sabah kiçik oğlunun ad günü olduğunu deyir.Mağaza işçisi onları uşaq hədiyyələri bölməsinə aparır.Uşağın anası satıcıya müraciət edərək deyir:


-Bilirsiniz burda olan hər şeydən onun otağında var,bizə elə bir şey lazımdı ki,onda olmasın və onu xoşbəxt etsin.Mağaza işçisi gülümsəyərək deyir:


-Bağışdıyın xanım,bizdə ailə sevinci yoxdu.


 


Davamı →

Bakıya bugün yağış yağıb

Hər şey həmişə olduğu kimi idi. Yağışın damcıları pəncərədə görünürdü, bu mənzərəni hər zaman sevmişəm. Yerimdən qalxıb dərhal eyvana qaçdım. Saat 5:00 olardı. Prospektin görünüşü: Qara asfalt yağışdan biraz da tündləşmişdi. Sarı işıqlar isə təkcə küçəyə yox həm də duyğularıma işıq salırdı. İçimnən hamını və hər şeyi sevmək keçirdi. Bakıya bu gün yağış yağıb. Yarpaqlar üzərində kiçik gölməçələr sərçələr üçün böyük bir hədiyyə idi. Sərçələr heç vaxt Vətəni tərk etmir, Təbiət də onları bu cür xırda gözəlliklərlə sevindirir. Dərindən nəfəs aldım. Sanki ilk dəfə nəfəs alırdım. Çətinlikləri görmüş hüceyrələrim məhv olur, sevgi oduyla alışanları isə yenicə doğulurdu. Əynimə qalın bir şey atıb gəzməyə çıxdım. Bu küçənin doğmalığını hər addımda hiss edirdim. Yol boş olsa da, ürəyim doluydu və hər addımı atdıqca sanki sənə yaxınlaşırdım, nə qədər uzaqda olduğunu dərk etsəm də Uzaqdan eyvanımıza baxdım, qaranlıq idi, hamı yatırdı. Küçədən keçənlər isə mənə fikir vermirdilər. Hər halda ya sərxoş idilər ya da fikirli. Mən də fikirliydim, daim səni düşünürdüm. Biraz keçdikdən sonra isə bir qəribəlik fikrimi səndən ayırdı. Bakıya yağış yağırdı. Amma damcılar nədənsə mənə toxunmurdu, həyəcanlandım və biraz qorxdum. Yerdəki gölməçədə əksimi görməyəndə isə nə hiss etdiyimi belə anlamadım. Hər şey mənə bir səsdən sonra aydın oldu: BÖLÜK QALXXX! Ehh… Bu yuxu imiş… Axşam xəbərlərdə eşitmişdim ki, Bakıya bu gün yağış yağıb. Özüm bacarmasam da, ruhum Bakının yağışına olan sevgisinə sadiq qaldı. Səhər isə ruhum mənə pıçıldadı: Bakıda artıq yarpaqlar saralmağa başlayıb, yaşıllaşanda sən də evdə olacaqsan.
Davamı →

Bir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Ardı →

İnamın gücü

Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........
Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır… «Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri» dedi o yaşlı. :
Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, «Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm..»
Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, «Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman», dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER...
Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi.


Ardı →