Necə Müdrik olub xilas olmaq barədə pritça.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin müxtəlif mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.
KİTABDAN SEÇMƏLƏR:
“Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?
Çox az adam tapılar ki, məşhur xəfiyyə Şerlok Holmsı tanımasın və ya onun haqqında eşitməsin. O, sirli və çox dolaşıq cinayət hadisələrinin üstünün açılmasında mahir usta olub.
Onun haqqında neçə-neçə povestlər yazılıb, seriallar çəkilib.
İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır: “ Məşhur xəfiyyə Şerlok Holms 1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir.” Lövhədəki bu yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub. Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmamışdır. Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.
Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olmuşdur. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak etmış və bu cinayətlərin üstünü çox məharətlə açmışdir.
HƏQİQƏT
Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.
Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.
Daha kimlər var şəhərdə...
Böyük kiçik bilməyənlər… qır-qır keçib gülüşənlər… bir-birinə sürtüşənlər...
Sübhdən gecəyədək nəvəsini oxutmaqçün..küçələrdə limon satan nənələrin şaxta vurmuş çöhrəsi var...
__________________________________________________________________
İkili cizgilər var..şəhərin küçələrində...
Xalq acından küçələrə tökülərkən… «kreslo» sahibləri pulları küçələrə tökür...
Cəmiyyətin sadə vətəndaşları yeni günə yeni ümüdlə başlamağa çalışarkən… “mürəkkəb vətəndaşlar” yeni ümüdləri qırmaq üçün yeni planlar cızmağa başlarlar...
və yenə lent yazısı tək təkrarlanar hər şey....
Bu günə..bu ana bağlılıq..vicdansızların vicdanına möhür olmuş...
kreslona möhkəm yapış..bir gün geri çəkilib də..yıxıldığın da..gülüşlərim boğar səni..
yaşatma bu həzzi mənə..möhkəm ol oturduğunda...
Bu dəfə «tost» demək növbəsidə məndə...
qaldırılsın qədəhlər… ŞƏRƏFSİZLƏRİN ŞƏRƏFİNƏ..!
müəllif: (Laməkan)