Ağac ək...

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.
Davamı →

Həyat

  • Esse
“Görürsünüzmü, həyat nə biz düşünən qədər yaxşı, nə də pisdir...” Bu cümlə fransalı yazıçı Gi de Mopassanın ilk romanı olan “Həyat”(‘Une Vie’) əsərində yazılıb. Roman həmin cümlə ilə sonlanır.

Mopassan ən sevdiyim yazıçıdır. Onun kitabı daim yatağımın yanında olur və ara-sıra, təkrar-təkrar Mopassanın novellalarını oxuyur və xoşbəxt oluram. Dilimizdə 1989-cu ildə çap olunmuş 'Həyat’ romanını böyük həvəs və hərisliklə oxumuşdum. 1883-cü ildə yazılmış həmin əsər möhtəşəmdir və onu oxumağı hamıya məsləhət görürəm.

Həmin şedevr romanı bu yaxında Bakı kitab klubu cəmi 50 tirajla yenidən çap edib. Yəqin ki, nəşriyyat bunu maddi vəziyyətə görə elə az çıxarıb. İstənilən halda bu, mənim üçün ağır və dəhşətdir.
Davamı →

Müasir İblis

 
"İblis nədir? 
                  — Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar — yerin altına.

Cavidan Hacıyev
Davamı →

Hər insanın bacarmalı olduğu 50 şey

Sağlam və məhsuldar bir həyat yaşaya bilməyin yolu, yeni bacarıqlar inkişaf etdirmək və öz-özünüzə kifayət edə bilməkdən keçir. Davamlı olaraq yeni şeylər öyrənmək, eyni zamanda özgüvəninizi də artırmağın ən təsirli üsullarından biridir. Başqalarına ehtiyac duymadan, bəzi işlərinizi praktiki yollara həll edə bilmək üçün təməl mövzularda bilgi sahibi olmalı, əlinizdən bir çox işin gəlməsini təmin etməlisiniz. Bu, həyatınız asanlaşdırar.

1. Od qalamaq – Od qalamağı öyrənmək; çətin vəziyyətlərdə, isinmə və işıqlanma kimi təməl və həyati ehtiyaclarımızı qarşılamağımızı təmin edə bilər.

Davamı →

Həyatı ciddiyə almaq

“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” — deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat — biz onu gördüyümüz yerdədir.

Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini — “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var; müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiz? Nələr sizi xoşbəxt edir?”

Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır. “Mən cemli bulkanı, kişmişli şəkərçörəyinı, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı… sevirəm”.
Davamı →

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
Davamı →

ƏN BÖYÜK SƏHV HANSIDIR?

Belə bir kritik bir sual ortaya çıxır: həyatda insanın ən böyük səhvi nədir?...Hansı səhv, ən böyük və nəticəsi ən ağır səhvdir?..

Cavab: Həyatda insanın ən böyük səhvi, öz səhvini qəbul etməməsidir!..Bəli, bəli, ən böyük səhv, məhz budur!...Bütün səhvlərin başlanğıcı məhz, budur-öz səhvini qəbul etməmək və ya görməzdən gəlmək!...

İzah edək.


Tutaq ki məsələn mağazadan bir əşya almısan. Amma bu əşya, keyfiyyətsiz çıxıb...Və məlum olub ki sənin, tutaq ki texnologiya barədə biliklərin yetərli deyil...Amma bu, sənə xoş gəlmir...Yetərsiz olduğunu, savadının bu sahədə az olduğunu qəbul edə bilmirsən, deyirsən ki «yox e, mən hər şeyi bilirəm, həmçinin də texnologiyanı da..» Və öz yetərsizliyini də evdə belə əsaslandırırsan ki «bu əşya, özü zavodskiy defektdir, problem məndə deyil»…
Davamı →

Sizin üçün ən dəyərli olan nədir?

Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan.
Charles Buxton

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.
Davamı →

50 yaşlı "mən"in peşmanlıqları

«Quora” saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:

Siqaret çəkməyin. „Siz indi məni görəydiniz kaş… imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!” — siqaret istifadəçilərdən biri belə deyir.Bəlkə, tərgidəsiniz?

Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.

Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın.  Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. “Bu məsələyə sonra bir də qayıdaram” deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.
Ardı →

Həyat da bir marafondur

Bir gənc bir müdrikə yaxınlaşıb deyir:
— Mənim 23 yaşım var problemim isə həvəssizliyimdir. Bir işə başlayanda həvəslə başlayıram, amma bu işi qurtarmamış həvəsdən düşürəm. Sizcə nə edə bilərəm?

Müdrik deyir:
— Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə Con Stiven Akvari 1968 – ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonar dediyi sözlər idi.

— Ona sual verdilər ki, onsuz da qalib gələ bilməyəcəkdiniz niyə davam etdiniz?
— “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”
Həyat özü də bir marafondur. Və əsas məsələ yarışa başlamq yox, yarışı başa vurmaqdır. Hətda yolun yarısında qəzaya düşsəniz belə…
Davamı →