Vudi Allenin həyatdan öyrəndikləri

Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm.

Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən.

Qorxu deyilən hiss olmasaydı, yaşaya bilməzdik.

Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır.

Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.


Ardı →

10 ən maraqlı qısametrajlı film

  • Kino

Bəzən bir cümlə ilə fikrini izah etmək böyük bir roman yazmaqdan daha çətin olur. İstedadlı insanlar hər zaman konkret danışmağı sevir. Bəlkə də məhz bu səbəbdən son zamanlar qısametrajlı filmlər daha çox sevilir və ən böyük mükafatlara layiq görülür.

«Həqiqət»
Tom Tikverin ssenarisi əsasında çəkilmiş 7 dəqiqəlik kiçik süjet ilk dəqiqədən izləyicinin diqqətini çəkir. Kiçik hissə «Paris, mən səni sevirəm!» filmindən götürülüb. Film gənc aktrisanın telefonda sevgilisinə «Yazımız gözəl idi, amma yayımız geridə qaldı!» deməsi ilə başlayır. Filmdə kor fransız və gənc aktrisanın reallıqla dolu, çılğın sevgisinə şahid oluruq. «Mən səni görürəm!», — deyir kor aşiq. İzlədikcə: «Korlar da görə bilərmi?», — deyə bir sual yaranır. Həqiqət isə budur ki, biz sevdiyimiz insanları hər zaman görürük.


Ardı →

Faşist diktaturasının kino sənətinə təsiri

  • Kino

Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxır. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.

Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.

Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir.


Ardı →

Hacı Qara

  • Kino

Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan.

 


Ardı →

İnsanları vampirə çevirən filmlər

  • Kino
Tez-tez real həyatda baş verən müxtəlif hadisələr film ssenarilərinin yaranmasına səbəb olur. Bəzən isə bunun əksi baş verir.

İnsanlar filmlərdə gördükləri səhnələri real həyatda yaşamaq, film qəhrəmanının yerində özünü görmək istəyir.


Ardı →

Həyat gözəldir | Life is beautiful

  • Kino

La Vita è bella

Orijinal adı: La Vita è bella
Rejissor: Roberto Benini
Janr: Dram/ Melodram/ Komediya/ Hərbi
Ölkə: İtaliya
İl: 1997
İMDB xalı: 8.5

Mükafatlar
Qoya:
— Ən yaxşı Avropa filmi

Oskar:
— Ən yaxşı aktyor: Roberto Benini
— Dram janrında ən yaxşı sountrack
— Əcnəbi dildə ən yaxşı film

Britaniya Kino Akademiyası:
— Ən yaxşı aktyor: Roberto Benini

Sezar:
— Əcnəbi dildə ən yaxşı film

Kann Film Festivalı:
— Böyük Jüri mükafatı

Avrora Kino Akademiyası: 
— Ən yaxşı film
— Ən yaxşı aktyor: Roberto Benini 
Ardı →

Kino tarixinin 15 dahi rejissoru

  • Kino
15. Vudi Allen

Amerikalı rejissor, prodüser, aktyor, yazar və musiqiçi Vudi Allen. 1 dekabr 1935-ci ildə Nyu-Yorkda anadan oldu. Əsərlərində əsasən insan münasibətləri və qara yumor qabarıqdır. Hardasa 50 ildir ki, film sektorunda yer alır və bir maşın kimi çalışan zəkası sayəsində hər il bir film çəkmək və ssenari yazmaqdan qalmır.

Ardı →

Rasim Ocaqov vs Vaqif Mustafayev


1.
Ocaqov əjdahadır, Mustafayev div. 

2. Ocaqov rəssamdır. Mustafayev memar. 

3. Mustafayev gülüşü acıdır, Ocaqov gülüşü şirin.

4. Mustafayev ağlatmaq istəməyib, ağladır. Mustafayev güldürmək istəyib, güldürür. 

5. Ocaqov kinoda Manafovdur. Mustafayev Mamuka. 
Ardı →

Kinomagiya

  • Kino
Fizikada «enerjinin itməməsi» qanunu var. Bu qanuna görə, enerji heçdən yaranmır və heçə getmir. Bir şəkildən başqa şəklə düşür. Kino nə qədər material sənətdirsə, o qədər də ideoloji, psixoloji hadisədir. Və baş verən əhvalatın enerjisi yalnızca lentlərə yox, aktyorlara, məkana və hətta zamana hopa bilər. Bu yazıda o kino teyfi (teyf — ruh, kabus) haqqında danışacağıq.

Təqlidin lənəti
Ölümündən sonra postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard sosial proseslərin üç əsas tipini ayırırdı: təqlid, əks mövqe və adaptasiya. Ona görə sosial proseslər bu üç qanun-prinsiplərlə davam edirdi. O, özünün «Təqlid qanunları» əsərində bunu geniş izah edirdi. İdealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Qarşılıqlı təqlid insanların qarşılıqlı təsirindən yaranırdı. Əlbəttə, Tard dövrümüzdə yaşasaydı, televiziyanın və kinonun, vizual vasitələrin həyatda bu qədər nüfuzunu görsəydi, öz nəzəriyyəsindən bir daha arxayın olardı. Hərçənd o, belə də hər şeyi görə bilirdi. Tard «Gələcəyin tarixindən qeydlər» yazan bir fikir adamı idi.

Bu gün televiziya-kino, virtual şəbəkələr təqlidin əsas ötürücüsüdür. İnsanlarmı TV-də gördüklərini təqlid edir? Televiziyamı baş verənləri ekranda təqlid edir? Yoxsa televiziyada göstərilənlər təkrarən baş verir? Biz kinonu təqlid edirik, yoxsa kino bizi? Tək görünən nədir? Təqliddən lənətlənmiş kimi yaxa qurtarmaq olmur. Və bu «təqlid» həyatımızı məhv etmək gücünə malikdir. Kriminal xəbərlər artdıqca, təfərrüatları yayımlandıqca cinayətlər də artmaqda davam edir. Televiziya, kino, cəmiyyət, təbiət bir birini təqlid edir.
Ardı →