Puldan daha əhəmiyyətli olan...

    Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. — Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, — «Düşünürəm ki, sizə yardım edə bilərəm». O, sahibkardan adını soruşdu, bir çek imzaladı və «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» deyərək, onu (sahibkarın) əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.
Ardı →

Uğurlu insanların 45 xüsusiyyəti

1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.

4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
Ardı →

Qorxu motivasiyası

Məni kim tulladı?
Bir gün varlı bir kişi öz qızını ərə vermək istəyir. Bütün şəhərdən cavan oğlanlar yığışıb  gəlir. Varlı kişi elan edir ki, mən öz qızıma həyat yoldaşı seçmək istəyirəm .Kim bu hovuzu üzüb keçsə, mən ona öz qızımı və var-dövlətimin yarısını  verəcəm. Bircə məsələ var ki, bu hovuz timsahla doludur.Hamı susur. Qəflətən, şappıltı eşidildi və bir neçə saniyə sonra cavan oğlan hovuzda üzməyə başladı.
Hər kəs cavan oğlanın qəhramanca davranışına sevindi. Varlı kişi ona yaxınlaşıb onu təbrik etdi Cavan oğlan, bağışlayin mən sizin qizinizla evlənmək istəmirəm mən sadəcə bilmək istəyirdim ki, məni suya tullayan kim idi.
Motivasiyanin novləri çoxdurnlardan  və onlardan biri yuxarıdakı hekayə ilə əlaqəli olan qorxu motivasiyasidir. Bəzən,ən yaxşı şeyi yerinə yetirmək üçün ,biz qorxu motivasiyasindan istifadə etməliyik. Bizim hər birimizin potensialımız var, lakın bunu üzə çıxartmaq üçün motivasiyaya ehtiyacımız var. Bundan əlavə, qorxu motivasiyası  qisa müddətli olur.
Davamı →

Tək qollu çempion

Bir çox insan əksik olduğu yönlərini göstərmək istəməz. Əksikliklərini hərkəsdən gizlətmənin daha böyük əksiklik olduğunu başa düşməz. Aşağıdakı hekayəni oxuduğunuzda bir əksikliyin necə üstünlüyə çevrilməsini görəcəksiniz.


Ardı →

Motivləşdirmə funksiyası

1. Motivləşdirmə nədir?
2. Daxili və xarici mükafatlar.
3. Motivləşdirmə nəzəriyyələri və onların mahiyyəti.
4. Motivləşdirmə nəzəriyyələrinin müqayisəli təhlili.
5. Porter-Louler motivləşdirmə modelinin şərhi.


Ardı →

86400 Saniyə...

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul qoyulur, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən, sabahısı günə transfer edilə bilməz. Pulu istifadə etsən də istifadə etməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan; Hamımız, Zaman adlı bu bankın müştəriləriyik;


Ardı →

Özünüzə inanırsınız? Özünəinamın 15 şərti

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın.
Davamı →

Bazar ertəsi günü sindromu

Çalışanlar bazar ertəsi günləri böyük bir stress yaşayır. Edilən araşdırmalara görə illərdir iş həyatında müvəffəqiyyətli olan kəslərdə belə bu stress görülür. Hər kəsin kabusu halına gələn ‘Bazar ertəsi sindromu' olaraq təsvir edilən iş günü stressini atmaq artıq çox asandır!

İçinizdəki mənfi enerjini atıb bədəninizdə yenidən sevinc qaynağı meydana gətirməniz üçün budur mütəxəssislərdən 5 təklif!
2. Sevinc qaynağı-İdman: Yarım saat boyunca gəzmək depressiyaya qarşı alınacaq ən yaxşı dərmanlardan biridir. Xüsusilə günəş şüaları bədəndə xüsusi enerji yaradır.
3. Sevinc qaynağı-Davranış: Sizləri güldürəcək bir şeylər oxuyun və ya seyr edin. Sarı bir şey geyin və ya büronuzdakı vazanızın içinə sarı çiçəklər qoyun.
Davamı →

12. Həyatınızı kökündən dəyişə biləcək doqquz söz

Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“


Ardı →

11. Yonqarı "mişarlamağa" cəhd göstərməyin

Nə vaxt evimin pəncərəsindən bağçama baxıramsa mən orada gil və daş üzərində həkk olunmuş dinozavr izini görürəm. Bu izləri mən Yelsk universitetinin Pibodi muzeyindən satın almışam. Məndə muzeyin mühafizəçisinin məktubu vardır, orada deyilir ki, bu izlər yüz səksən milyon il bundan qabaq həkk olunmuşdur. Hətta ən sarsaq adamın ağlına belə gəlməz ki, yüz səksən milyon il keçmişə qayıdıb bu izləri dəyişəsən, lakin yüz səksən saniyə bundan öncə vaqe olmuş hadisəni dəyişdirmək arzusu ilə narahatçılıq keçirmək daha axmaq hərəkət sayılmazdımı? Əfsus ki, bizim əksərimiz məhz belə hərəkət etmək arzusunda oluruq.


Ardı →