Qadın xəyanət edə bilərmi?

Biz hər zaman kişi 'xəyanət edər' deyərik. Halbuki, əksər qadınlar da xəyanət edə bilirlər. Hansı şərtlərdə? Nə vaxt? Necə?

 

Ümumiyyətlə, ruh boşluğu olduğu halda xəyanət edir (eynilə kişilərdə olduğu kimi). Ərindən sevgi, şəfqət, yaxınlıq; oxşama, öpmə, tərif görmədiyi zaman; ruhi, romantik ünsiyyət görmədikdə və ya ərini sevmirsə; ondan xoşlanmırsa, toxunmasından nifrət edirsə; əri onu anlamır, dinləmir, ruhuna xitab etmir və ya heç nə ilə razılaşa bilmirsə, qadın xəyanətə yönələr. Qadınlar yuxarıda saydığımız vəziyyətlərdə, insan olaraq boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər. Amma xəyanət mexanizmini, çox nadir olaraq ruhlarını təmin etmək üçün seçirlər. Çox vaxt mümkün olmayacaq insanlara aşiq olurlar. Ərlərində əskik olan şeyləri axtarırlar (entelektüalizm, yaraşıqlılıq, gülər yüzlülük, pul və s.).


Davamı →

Münasibətləri qoruya bilmirsiniz?

Əgər sizin şəxsi həyatınızda daimi partnyorlar kaleydoskopu varsa və siz heç cürə ikinci yarınızı tapa bilmirsinizsə, bunda sizin ananızın günahkar olması mümkündür. ABŞ-ın Ohio Universitetinin alimlərindən ibarət qrup bu nəticəyə gəlib. Bu məlumatlar Plos One elmi saytında dərc olunub.
24 il ərzində 7 min adam arasındakı romantik münasibətləri araşdıran sosioloqlar yetkin kişi və qadınların həyatları boyu sahib olduqları partnyorların, onların analarının sevgi əlaqələrinin sayı ilə əlaqəli tendensiya aşkar ediblər.

Davamı →

Münasibəti necə qururuq?

Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur. İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu prosesdə də formalaşır.
Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.
Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. «Müəllim-müəllim», «direktor-müəllim», «baş həkim-tibb bacısı», "şöbə müdiri-elmi işçi" və s. arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar, valideynlər və b. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə də keçə bilər. Çox vaxt bu cür münasibətlər simpatiya üzərində qurulur.
Davamı →

SEVGİ MƏSƏLƏSİNDƏ HƏR KƏSİN DÜŞDÜYÜ SƏHVLƏR

(Mütləq oxuyun, xüsusən gənc qızlar oxusun!)

Əslində bu haqda-ailə və sevgi ilə bağlı, ayrıca bir kitab yazmağa, xüsusi bir kitab yazmağa ehtiyac var və belə görürəm ki bunu məndən başqa edəcək olanlar çox azdır. Çünki yazarlarımızın ya başı daha ciddi məsələlərə qarşıqdır, ya da gücləri çatmır. Çünki, sevgiyə dair hər cür roman, bədii əsər yazılsa da nədənsə bu məsələyə dair psixoloji kitab yazmaq, çox nadir haldır.
Hər nəysə, məsələnin çox aktual olmasını nəzərə alaraq, bundan sonra da çalışacam ki bu məsələyə tez-tez toxunum.


Davamı →

BOŞANMA VƏ SOYUMA HALLARININ SƏBƏBLƏRİ NƏDİR?




Bu kimi hallar yəni tərəflərin bir-birindən soyuması və boşanması durumlarının bir çox səbəbləri ola bilər. Bütövlükdə götürdükdə isə əsas amillər bunlardır:
1)Ümumiyyətlə bu, bir az da təbii bir şeydir ki evlənəndən sonra, yəni arzuya çatdıqdan sonra, məqsədə yetdikdən sonra, hər iki tərəf bir-birini artıq əldə etdiyini düşünüb bir mənada mübarizədən soyuyurlar. Yəni əlçatmaz olan bir şey, insan üçün hər zaman maraqlıdır; əlçatmaz olan, əlçatan olduqdan sonra bir az maraqsızlaşır.
2)Başqa bir mühüm səbəb, sevgi anlayışına olan baxış və yanaşma ilə əlaqədardır. Bəzi insanlarda belə bir yanlış inanc var ki sevgi elə ancaq evliliyə qədərki proseslərdən ibarətdir; evləndinsə vəssəlam artıq sevgi bitmiş olub başqa bir proses başlayır. Əslində isə sevgi, eynilə günəşin hər gün doğması kimi, hər zaman olmalı olan, hər an yenilənməli olan bir duyğu və prosesdir.
3)Digər bir faktor da evliliyə, adi bir şey kimi baxmaqdır. Yəni bir çox insanlar üçün (xüsusən də bəzi kişilər üçün) evlilik, sadəcə formal və adi bir şeydir, yəni hansısa sənədə qol çəkmək kimi bəsit bir davranışdır; beləliklə də onlar zatən önəm vermədiyi bir şeyə də ciddi yanaşmırlar və bu da labüd olaraq qarşı tərəfdə əks-təsir yaradır. Nəticədə də normal bir münasibət və ailə mümkün olmur.




4)Aradakı münasibətlərin qırılmasının ya da zatən olmamasının digər bir önəmli səbəbi də elə bu laqeydliklə bağlı olan bir durumdur-xəyanət. Xəyanətə uğradığını düşünən tərəf, əksər hallarda bunu özünə təhqir bilir və hisslərinin və zəhmətinin boşa getdiyini düşünür. Beləliklə də bəzi hallarda xəyanətdən sonra ya münasibətlər əvvəlki kimi olmur ya da tamamilə qırılır. Digər tərəfdən də, xəyanət edənin suçluluq duyğusu da önəmli məqamdır. Yəni qarşı tərəf, xəyanətdən xəbərdar olmasa belə, xəyanəti edən tərəf, yanlış və pis bir şey etdiyini bildiyi üçün suçluluq hissinə qapıla bilir və nəticədə də bu hissin təsiri ilə qarşı tərəfə özü soyuq yanaşa bilir. Yəni bir kəsə qarşı yanlış bir şey etdiyin zaman, həmin kəs, səninçün, günahını sənə xatırladan bir varlığa çevrilə bilir.
5)Digər bir səbəb isə ideal insan axtarışıdır; yəni tərəflərdən biri ya da hər ikisi əslində ideal bir insan axtarmış olub lakin hansısa səbəbdən (və ya məcbur qaldığı üçün) ideal hesab etmədiyi birisinə razı olur; və evləndikdən sonra da ideal axtarışı, şüuraltı olaraq davam edə bilir. İdeal hesab etmədiyi ya da qüsurlu hesab etdiyi birisini tam olaraq sevgi tərəfdaşı kimi qəbul edə bilmir və hətta bəzən ona ümumiyyətlə bir təhqir obyekti kimi baxa bilir; "öz səhvinin bədəli" ya da «fələyin gərdişinin bir sonucu» olaraq görə bilir.
6)Başqa bir səbəb isə boşanma ehtimalını hər zaman açıq tutmaqdır. Yəni xüsusən də boşanmanın az qala normal və adi bir hal olaraq görüldüyü bir dövr və şəraitdə, bu fikirdən təsirlənən insanlar, bəribaşdan yəni hələ əvvəlcədən ya da elə sonradan, «bir problem olsa uzaqbaşı boşanaram» deyə bir ehtimalı hər zaman aktual görürlər. Beləliklə də, əslində çox da böyük olmayan hansısa bir problem zamanı bu fikir dərhal araya girib vəziyyət boşanma ilə nəticələnə bilir ya da hətta birbaşa və təkbaşına, problem yaradan səbəb rolunu oynaya bilir.
7)Digər bir amil də başqalarının-yaxın qohum və ya tanışların təsiri və müdaxiləsi faktorudur. Xüsusən də qaynana, bəzən birbaşa olaraq ailəyə müdaxilə edir və beləliklə də öz fikir və ya meyillərini ailəyə diqtə etdirir. Təbii ki iradəsi güclü olan və ya ata-anadan birbaşa asılığı olmayan bir durumda, heç bir kənar təsir söz konusu ola bilməz. Amma əgər tutaq ki kişinin iradəsi zəifdirsə ya da yetkin bir insan deyilsə və ya ailənin kənardan asılılığı varsa bu ehtimal, hər zaman açıqdır.
8)Başqa bir səbəb isə iqtisadi, maddi amildir. Yəni, ailəni maddi olaraq təmin etməyə cavabdeh olan kişi, əgər bu baxımdan problemlərlə qarşılaşırsa və ailənin normal keçim ehtiyacı təmin olunmursa, bu, xüsusilə, artıq müəyyən çatlar vermiş ailələrdə ciddi sarsıntılara səbəb ola bilir. Çünki, kişinin ailənin maddi ehtiyacını normal qarşılaya bilməməsi həm qadının ona münasibətinin, bir çox hallarda hətta ciddi şəkildə mənfiyə doğru dəyişməsinə gətirib çıxarır, digər tərəfdən də, bu, kişidə özünə inam məsələsində əlavə problemlərə səbəb olur.
9)Digər bir səbəb də cinsi problemlər ola bilir. Tərəflərdən birində, cinsi zəiflik və sair cinsi sorunlar varsa bu, həm onun daxilində özgüvən problemi yaradır həm də qarşı tərəfin ona olan münasibətinin soyumasına səbəb ola bilir.
Boşanma və ya soyuma hallarında bu sadalanan faktorların biri və ya bir neçəsi birlikdə rol oynaya bilər.
Psixoloq Yunis Dürüst
 
Davamı →

Həyatda kiçik şey yoxdur...

Nəhayət həyat yoldaşını razı sala bilmişdi.Bu gün ikisi də ilk dəfə idi ki, “ailə həkiminə” gedəcəkdi...


Gözləmə otağında oturar-oturmaz adi bir şey üçün mübahisəyə başladılar.Bu dəfə də həmişəki kimi bir-birlərini incidib susdular.Sonra da həkimlə görüş saatlarının çatdığını görüb içəri keçdilər. “Ailə həkimi” hər birindən o birində gördüyü gözəl şeylər haqqında yazmağını xahiş etdi.Həkimin ağzından söz qurtarmamış otağa dərin bir səssizlik çökdü.Hər birinin əlində bir kağız,bir qələm olsa da,heç biri qələmini kağıza toxundurmurdu.


Ardı →

Artıq dəyişəcəyəm!

Oğlum, sən indi yatmısan, mən sənə bunları sən yuxuda olan zaman deyə bilirəm. İndi sən yanağını kiçicik, toppuş əlinə söykəmisən. Mən də ki, sənin otağına gizlincə, sanki bir oğru tək girmişəm. Bir neçə dəqiqə öncə divanda əyləşib, qəzet oxuyurdum və bu an məni vicdan əzabı bürüdü. Buna dözə bilməyib, günahkar biri kimi  durub sənin çarpayının yanına gəldim. Bilmək istəyirsənmi ki, mən qəzet oxuyan zaman nə düşünürdüm?


Səhər əsəbləşmişdim. Sən səhər üzünü nəm dəsmalla necə gəldi quruladığın üçün səni danlamışdım.
Ayaqqabıların da çirkli idi. Səni məcbur etdim ki, onları yaxşı-yaxşı təmizləyəsən. Sonra da sən bəzi əşyaları yerə dağıtdığın zaman sənə hirslənib, qışqırdım.
Hələ səhər yeməyində də süfrə arxasında bir çox nöqsanlarını gördüm. Yediklərini ətrafa da tökürdün, tikələri yaxşı-yaxşı çeynəmirdin, bütövcəsinə udurdun.


Ardı →