Ölüm və qız | Rey Bredberi

Uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı — nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
— Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! — qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
— Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!
Ardı →

Ən Şokedici Musiqiçi Ölümləri

Musiqiçilər ətraflarına ən çox pərəstişkar yığan sənət sahiblərindən biridirlər. Onların yaratdığı əsərlər dinləyiciləri sevindirdiyi halda, onların qəfil ölümü fanatlara əsl şok yaşadır. Aşağıdakı siyahıda fikrimcə ən şokedici olan 15 musiqiçi ölümünü göstərməyə çalışmışam.


Ardı →

Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →

Ölüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.


Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün «Fedon» dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur.


Ardı →

Yazıq bədən, yazıq can!

Bu gün ANSPRESS.com saytında bir xəbər oxudum. Xəbərdə deyilir ki, dilinə pirsinq taxdırdıqdan 48 saat sonra qanının zəhərlənməsi və ağciyərlərinin iltihablanması nəticəsində ölüb..

əslində bunu oxuduğum zaman heç də təəccüblənmədim. Belə şeyləri qəti sürətdə bəyənmirəm. Amma, bəyənməsəm də, çalışıram buna aqressiya ilə yanaşmayım, nəyimə gərək, əsəblərimi niyə korlayım ki?! Kim necə istəyir elə də rəftar edir. Amma, bildirim ki, bu mənimçün də heç də göz oxşayan bir şey deyil. Pirsinq taxanları, ümumiyyətlə, başa düşə bilmirəm ki, bu nəyə lazımdır?! İstər qız istər oğlan – bunun nəyində gözəllik görürlər? Ağız, burun dil, diş, qaş, göz, bədən – dəmir-dümür içində. Yazıq orqanlar.


Bunun nəyi ecazkardır axı? Heç başa düşə bilmirəm.
Şükr Allah ki, ölkəmizdə buna meylli olanlarımız çox deyil.


Ardı →

Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!

O ki oluree nəyəsə heç inanmağın gəlmir. Bax indi elə vəziyyətdəyəm. Ölüm -  bu kəlməni hər an anıram. Anıram ki, ona öyrəşim. Çünki, itirməkdən çox qorxuram. Doğmalarımı, əzizlərimi itirməkdən elə qorxuram ki. Amma, bir tərəfdən də bilirəm ki, bu olmalıdır. Ona görə də buna inanmamaqdansa hər an buna hazır olmağa çalışıram. Çox çətindir, düşüncəsi bel adamı üzür. Amma, dünya, daha dorusu ömür fani deyil. Hamımız bir gün köçüb gedəcəyik.  Sadəcə eşidəndə ki kimsə həyatının hələ 40-50-60 yaşlarında bu ömrə vida edir, insan çox üzülür. Düşünürsən ki, axı tez getdi. Hələ görəcəyi o qədər şey var idi ki…


Ardı →

Məad

Mühüm bir sual

Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu ölümdən qorxur?


Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).


Ardı →

Aqoniya

Aqoniya — orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü — aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.
Ardı →