Çətin münasibətlər

  • Esse
«Facebook» da tez-tez qadın-kişi münasibətlərindən yazıram. Bu sahə üzrə araşdırmalar aparır, çoxlu insanla və cütlüklərlə görüşür, onların aralarında yaranan böhranları təhlil edirəm. Həmçinin, o insanlara böhrandan çıxmaqda əlimdən gəldiyi qədər yardımçı oluram. Çalışıram xoşuma gələn bu sahə üzrə özümü daha da inkişaf etdirim. Məqsədim insanlara faydalı olmaqdır. İnsan mürəkkəb varlıqdır. Bizim cəmiyyətimizdəki insanlar isə ağır sosial-iqtisadi məngənəsində daha çox mürəkkəb varlığa çeviriliblər. İnsanlar bir-biri ilə normal dil tapıb, dolana bilmirlər. Təəccüblü deyil ki, son statistikaya görə, ölkəmizdə bir ayda 1000 boşanma halı qeydə alınır.

Ola bilər, kimlərsə deyə bilər ki, ölkəmizdə sonsuz sayda problem olduğu halda niyə qadın-kişi münasibətlərindən yazırsan. Cavabım çox sadədir. Bəlkə də, bütün problemlərimizin kökü münasibətlərdəki böhranlara bağlıdır. Baxın, bir ailə təsəvvür edək. Həmin ailədə ata və ana öz funksiyasını yerinə yetirmirsə, yəni öz övladlarına düzgün tərbiyə vermirsə, pis nümunə olursa, qorxu, təzyiq içində və ya ərköyün, eqoist şəkildə böyüdürsə, sabah cəmiyyətin bir parçası olan həmin vətəndaşlar daim problemlər ifraz edən bir qüvvəyə çevriləcəklər.
Davamı →

''Kişilər sevə bilmir'' deyən qadınlara xitab!

  • Esse
İngilis yazıçısı Virciniya Vulf-un "Özünə aid bir otaq" kitabından yadımda qalan bu misraları sizlərlə bölüşmək istəyirəm:

«Xəyali planda qadın son dərəcə əhəmiyyətlidir, həqiqi həyatda isə tamamilə əhəmiyyətsiz. Şeiri bir başdan digər başa əhatələyər, tarixdə isə heç görünməz. Uydurma yazıda kralların və fatehlərin həyatlarına hökm edər, gerçək həyatda ailəsinin barmağına bir üzük keçirdiyi hər hansı oğlanın köləsidir. Uydurma yazıda ən ruhlandırıcı sözlər, ən dərin düşüncələr onun dodaqlarından tökülər, gündəlik həyatda, demək olar ki, heç oxuyub-yaza bilməz və ərinin malıdır. Tarix qadından demək olar heç söz etməz».
Davamı →

Məhdudiyyətsiz münasibət

  • Esse
Bir ildən çoxdur ki psixologiyanın qadın-kişi münasibətləri sahəsini mənimsəyirəm. «Facebook»da da bacardıqca tez-tez bu münasibətlərdən yazıram. Bildiyim informasiyaları insanlarla bölüşməyi özümə borc bilirəm. Hər zaman aktual olan bu münasibətlər barədə maariflənmək ölkəmizdəki insanlara bu gün hava və su kimi vacibdir. Niyə?

Çünki üzülərək və böyük təəssüflə bildirməliyəm ki, bu gün Azərbaycandakı ailə inistitutu qəzalı vəziyyətə düşüb. Statistikaya görə, hər ay 1000 ailədə boşanma hadisəsi yaşanır. İnsanlar bir-biri ilə yola gedə bilmir. Hörmət və anlayış kimi təməl prinsiplər münasibətə girən həmin şəxslərə yaddır. Bax, o cütlüklərin əksəriyyətində mədəni yanaşmaların heç bir halına rast gəlmək olmur. Sosioloqlar həyəcan təbili çalırlar. Bütün bunlar dəhşət doğurur.

Məhz buna görə bu münasibətləri bacardıqca daha çox öyrənməyə və bilgilərimi paylaşmağa çalışıram. Hətta müraciət edən cütlüklərə fərdi və birgə dəstək vasitəçiliyi də edirəm.
Davamı →

Əbədi sevgi mümkündürmü?

  • Sevgi
Meksika alimləri bu suala cavab tapmaq üçün xüsusi araşdırma aparıblar.
Eksperiment zamanı məlum olub ki, əbədi sevgi yoxdur. Təxminən 4 ildən sonra hətta ən böyük sevgi tədricən azalır və bir çox hallarda dostluq, hörmət, bağlılıq kimi hisslərlə əvəz olunur. Alimlər bunu insan beyində gedən kimyəvi reaksiyalarla əlaqələndirir.

Sevgi yarananda insan beynində adrenalin, dofamin kimi maddələrin ifrazı kəskin şəkildə artır ki, nəticədə insan öz sevgi obyekti haqqında daim fikirləşir, onun yanında olmaq istəyir, onun mənfi cəhətlərinə, səhvlərinə göz yumur və s. Daha sonra beyində xoşbəxtlik hormonların ifrazı tədricən azalır ki, romantik «kor» sevgi də azalmağa başlayır.

Lakin bu o demək deyil ki, sevgi tam ölür. Bir çox insanlarda romantik sevgi daha etibarlı formaya — bağlılığa, doğmalığa keçir.
Davamı →

Dostumsan, yoxsa sevgilim?

  • Sevgi
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın.

— Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

— Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.
Davamı →

İlk görüşdə necə davranmalı?

  • Sevgi
Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması maraqlandırır. Araşdırmalar internetdə tanış olan kişilərin daha tələskən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

Kişilərin 90%-i tanış olduqdan sonra görüşmək üçün 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90%-i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.

İlk görüşdə mənfi hiss yaradacaq 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30%-i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20% isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.
Davamı →

Keçmiş sevgilimi necə geri qazanım?

  • Sevgi
Keçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır. 

İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun.

Bağışlamağı öyrənin
Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin.
Davamı →

Sevgi tərbiyə edir

Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imtahanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi.

Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən «Armudun yaxşısını ayılar yeyər» düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş, kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda?

Bir gün koridorda qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
Davamı →

Niyə onu əvvəlki kimi sevmirəm?

  • Sevgi
Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?

“Onsuz da mənimdir” düşüncəsi
İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük “onsuz da mənimdir, mənə məxsusdur” kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin “birlikdə olmağımızın artıq mənası qalmadı” deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra “onsuz da öz-özünə böyüyəcək” deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.
Davamı →

Eyni anda neçə nəfərə aşiq olmaq olar?

  • Sevgi
Türkiyəli psixoloq Kamal Yücesoy “Rəqəmsal dünyada eşq” mövzusunda maraqlı çıxış edib. Psixoloq bildirib ki, depressiyadan tutmuş bir çox psixoloji problemlərin yaranmasına səbəb insanların çox olduğu cəmiyyətdə yaşamaqdır. Məhz bu psixoloji çətinliklər səbəbindən də böyük şəhərlərdə bir çox insanın sevməsi, aşiq olması çətinləşib.

Psixoloqun sözlərinə görə, aşiq olmaq üçün ilk növbədə limbik sistemin xəbərdar edilməsi lazımdır. Limbik sistemin bizim 5 hissimizdən yalnız qoxuyla əlaqəsi var, digər duyğularımızla təsirlənmir: “Bu səbəbdən də təkcə görmək, toxunmaq heç bir şeyi həll etmir, mütləq o qoxunu almaq lazımdır.
Davamı →