Uşaqlar və televiziya

Məhdud televiziya təması uşaqlar üçün niyə vacibdir? Televiziya mövzusu uşaqlarda necə olmalıdır? Rəqəmsal dövrdə doğulan uşaqların ekrandan tamamilə təcrid olunması düzgündürmü?
Uşaq nə vaxt ekran qarşısında vaxt keçirə bilər?
Əvvəla, rəqəmsallaşdırma və texnologiyanın sürətlə yayıldığı bugünki dünyada uşaqları ekrandan tamamilə uzaqlaşdırmaq əlbəttə ki, mümkün deyil. Onları müasir texnologiyaları yaşamaqdan məhrum etmək də düzgün deyil. Əlbəttə ki, övladınız televizoru nəzarətli bir şəkildə izləyə və ağıllı bir cihazdan istifadə edə bilər. Ancaq burada iki çox vacib detal var: Yaş və müddət.

Davamı →

Çoban qardaş, gəl bizimlə çörək kəs

Televiziyalarda təmiz Azərbaycan dilində danışacaqlar. Daha «dilimizin başına» indiki kimi min bir oyun açmayacaqlar. Ciy-ciy səsli, adamın beynini qılınc kimi kəsən qadın aparıcılarının əvəzinə ekrana, efirə məlahətli səsi olan, mədəni, savadlı, danışıq qabiliyyətinə malik aparıcılar çıxacaqlar
Danışmağı bacarmayanlar, müstəqil fikri olmayanlar daha xalqa ağıl verməyəcəklər, uzun-uzadı «nitq» irad eləyib, camaatı bezdirməyəcəklər. Fikri qısa şəkildə bildirmək dəbə düşəcək. Çünki hamı başa düşür ki, «geniş», "ətraflı" danışanlar qarşısındakılara öz fikirlərini zorla «yeritmək» istəyirlər və elə bilirlər ki, onlardan çox bilən yoxdur. Bəzən bir kanal dəyişib, üç-dörd qısametrajlı filmə baxıb, həmin kanala qayıdanda görürsən ki, əvvəl danışan adam hələ də danışır.

Davamı →

Azərbaycanda cizgi filmlərinin yaranma tarixi


Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.
Davamı →

Nəyə görə televizora baxmamalıyıq?

Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər. 

Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.

Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.

Televiziya bizim vaxtımızı alır

Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.

Televizor bizi kütləşdirir

Televiziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.

Televiziya bizə pis təsir göstərir

Müasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.

Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.

Məlumat çoxluğu

Televiziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizorlar qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.

İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.

Reklamlar

Həblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.

Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.


Davamı →

Televiziya aparıcısı

XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.
Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.
Davamı →

Radio və televiziya

Elektron kütləvi informasiya vasitələri hər hansı yeniliyi milyonlarla insana eyni zamanda çatdırmaq gücünə malikdir. Radio və televiziya — olduqca dinamik kütləvi informasiya vasitələridir və bu, onların ən üstün cəhətidir. İctimai əlaqələr üzrə mütəxəssislər həmişə bunu nəzərdə saxlamalı və efirdə yayılmaq üçün hazırladıqları materialların yığcam olmasının qayğısına qalmalıdırlar. Efir vaxtı ciddi şəkildə məhdudlaşdırılır. Buna görə də televiziyada və radioda yeniliklər mümkün qədər sürətlə təqdim olunmalı, təqdimat üçün seçilmiş janrın tələblərinə tam riayət edilməlidir.

Daha bir cəhət  PRmeni efir vaxtına xüsusi ehtiyatla yanaşmağa vadar edir: televiziya tamaşaçılarının  və radio dinləyicilərinin bir düyməni basmaqla kanalı çevirmək və sizin materialınızdan birdəfəlik imtina etmək imkanı vardır. Bu səbəbdən də təqdim etdiyiniz mətn və süjetlər auditoriyanı daim cəlb edə biləcək səviyyədə maraqlı olmalıdır.


Ardı →

Televiziya müsahibəsi

Televiziya müsahibəsi mükəmməl hazırlıq və analiz tələb edir, bu zaman diplomat aşağıda göstərilən məqamları nəzərə almalıdır:
Müsahibə alanın məqsədi: onlar diplomatdan hansı məqsədlə müsahibə götürürlər, nə almaq istəyirlər? cavab belə ola bilər: gündəlik «xəbərlər deşiyini» doldurmağa kömək edə bilən tarix lazımdır, — bu onların işidir. Diplomatın məqsədi: o, nəyə görə müsahibə verməyə razılaşmalıdır, o, nə almaq istəyir? Əgər diplomat müsahibə verməkdən imtina edirsə və televiziya məlumat verir ki, diplomat müəyyən bir mövzu üzrə müsahibə verməyə razılıq vermədi, bu zaman elə görüntü yaratmaq olar ki, imtina etmənin arxasında uğursuz bir səbəb vardır. İntervü müsbət tərəfdən milyonlarla tamaşaçıya müraciət etmək və ölkəsinin televizual «prezentasiya»sını təmin etmək və bu qayda ilə onun imicini yaxşılaşdırmaq imkanı yaradır. Müsahibəyə həm diplomat üçün həm də müsahibə alan üçün əlverişli təklif kimi baxılmalıdır: bundan hər ikisi udur.


Ardı →

Diplomat və kütləvi informasiya vasitələri

«Biz XIX əsrə seçkilərlə başladıq: bizim milləti sahildən sahilə genişləndirməli yoxsa yox. Biz XX əsrə seçkilərlə başladıq: sənaye inqilabını və bizim dəyərlərimizi necə əlaqələndirməli? Biz hazırda XXI əsrin başlanğıcında seçim etməliyik: İnformasiya və Qlobal birlik Əsrinin imkanlarından necə istifadə etməli?»

Bu sözləri Klinton Birləşmiş Ştatların ikinci müddətə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təntənəli çıxışı zamanı söyləmişdir: XIX və XX yüzilliklərdə ölkəsinin qarşısında duran iki mühüm problemin tarixi təhlili və onun fikrincə gələcək yüzilliyin onun ölkəsinə etdiyi əsas çağırış İnformasiya və Qlobal Birlik Əsrinə daxil olmaqdır. Prezidentin bu fikrindən belə nəticə çıxarmaq olar: dünya birliyinin mövcud üzvləri — müstəqil, suveren dövlətlər arasındakı əlaqələr daim artan ustalıqla və anlayışla idarəetmə tələb edir; bu idarəetmədə həm adaptasiyanın, həm də informasiya əsrinin əlavə məhsullarının, xüsusilə də televiziyanın diplomatiya xidmətində istifadəsi mümkünlüyünün dərk edilməsinin eyni dərəcədə vacibliyi nəzərə alınmalıdır.


Ardı →