Vitaminlər

A vitamini – bu vitamin orqanizmin toxumalarının çoxalmasına, boyun artmasına şərait yaradır və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Deməli, A vitamini insanın həm bətndaxili, həm də doğulandan sonra normal inkişaf etməsi üçün vacibdir.Bu vitamin kərə yağı, pendir, yumurta sarısı, ciyər və balıq yağında daha çox olur. Bir çox meyvə və tərəvəzdə (yerkökü, kahı, soğan, şüyüd, pomidor ərik və itburnu) xüsusi maddə olan karotin vardır ki, bu da insan orqanizmində A vitamininə çevrilir.
Ardı →

K vitamini nədir? K vitaminin bədəndəki vəzifələri.


Yağda əriyən vitaminlərin sonuncusu K vitaminidir.K1 və K2 olmaq üzrə 2 növü vardır.K1 xüsusilə yaşıl tərəvəz və taxıllarda olur.

K vitaminin vəzifələri:

• Qanın laxtalanmasını təmin edən protrombin sintezi üçün lazımlıdır.

• Sümüklərin minerilizasyonu və qırıqların yaxşılaşmasına kömək edər.

K vitamini qaynaqları:

Ən zəngin qaynağı yaşıl yarpaqlı tərəvəzlərdir. Gül kələmi, kələm, ispanaq, kahı, qaraciyər, yumurta, süd məhsullarında olur.
Qidalarda kafi miqdarda olur. K vitamini əskikliyinə çox rast gəlinmir. Həzm sistemi pozuqluqlarında, qaraciyər və öd kisəsi xəstəliklərində, uzun müddət antibiotik istifadəsində, uzun davamlı diyetdə, xərçəng müalicəsində çatışmazlıq əlamətləri ortaya çıxa bilir.

K vitamininin çatışmazlıq əlamətləri:

Qanamanın dayanmaması, qanamalar ( burun qanaması, dəri altında mavi və qara nöqtələr) görülür.

Yeni doğum edən qadınlar ilə yeni doğulan körpələrə K vitamini enjeksiyon yolu ilə verilir.
Davamı →

Vitaminlərin sirləri

Qış və erkən yaz mövsümlərində insan orqanizmində vitaminlərin çatışmazlığı baş verir. Demək, xüsusən bu zaman orqanizmin vitaminlərə olan ehtiyacını ödəmək üçün tərəvəzlər və meyvələrdən mümkün qədər çox istifadə edərək, onların tərkibindəki mineral maddələrdən və vitaminlərdən faydalanmaq vacibdir. Bunun üçün qış və erkən yazda qəbul edilən tərəvəzlərin nə dərəcədə faydalı olduğunu seçmək, onları termiki işləmədən keçirərkən tərkibindəki faydalı maddələrin qoruyub saxlanmasına çalışmaq lazımdır.


Ardı →

Gündəlik normal qidalanma

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır?
Ardı →