Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir?
Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. “İşlərim çoxdur”, “Yorğunam, özümü yaxşı hiss etmirəm”, “Evdə oturanda ürəyim sıxılır”, “İclasda idim”, “Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa.
Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə..
Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, “yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə!
Ardı →