Qanlı bir səhradı bu......

Göz yaşım leysan olub səhrada bir dəryadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Xatəmin övladına yas tutmaga Adəm gəlib, 
Adəmin fəryadına Peyğəmbəri-Xatəm gəlib,
Kərbəla torpağına göydən bütün aləm gəlib,
Carı çək başsız Hüseynə, baş çəkən Zəhradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.


Ardı →

Özünə öyrətmə məni | Aygün Rəhimli

Arxandan ağlayan, göz qalacaqsa,
Qəlbimi dağlayan, söz qalacaqsa,
Bir də, alışmayan, köz qalacaqsa,
Sən Allah, özünə öyrətmə məni.

Arzularım donacaqsa gözümdə,
İzin qoyacaqsa, həsrət üzümdə,
Durmayacaqsansa, və'dən-sözündə,
Sən Allah, özünə öyrətmə məni.
Ardı →

YEMƏZ

Dəvələr qaban yeməz,
Qabanlar aslan yeməz.

Aslanlar ilan yeməz,
İlanlar qulan yeməz.

Qulanlar ceyran yeməz,
Ceyranlar dovşan yeməz.

Dovşanlar siçan yeməz,
Siçanlar toplan yeməz.

Toplanlar məstan yeməz,
Məstanlar tərlan yeməz.

Tərlanlar insan yeməz,
İnsan nə heyvan yeməz?!.

Müəllif: Rəfiq Zəka

Davamı →

Baba Pünhan - Sizmi deyim?

Sizmi deyim?


Sənə mən siz deyərəmsə, özümə biz mi deyim,
O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?

Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?

Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana aciz mi deyim?

Ayaq altında salar iz, deyilən söz havada,
Biri vardır, biri yox, iksinə də iz mi deyim?

Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?



Davamı →

Əlvida dağlar | Məmməd Araz

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Ardı →