Sən getdin - Afaq Şıxlı

Sən getdin… sənsizlik mənimlə qaldı,
Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin… könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, ötmək bilmədi...

Sən getdin… dəyişdi fəsillər bir-bir,
Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.
Davamı →

Bir İnsan axtarıram

Həm aşikar gəzirəm,
Həm pünhan axtarıram.
Təmiz ürək, təmiz qəlb,
Pak vicdan axtarıram.

Nə bəy, nə xan, nə nökər,
Nə sultan axtarıram.
Vallah, billah nə şöhrət,
Nə ad-san axtarıram.

Məni anlaya bilən,
Bir insan axtarıram.
Yerdən əlim üzülüb,
Asiman axtarıram.
Qəlbimi qana bilən,
Bir insan axtarıram!

Bəhmən Vətənoğlu
Davamı →

Çatlayir,Xanbaci,qəmdən ürəyim!

Çatlayir,Xanbaci,qəmdən ürəyim,
Qavuşub lap aciğimdan kürəyim!
Nola bir evdə qoyaydiz qarabaş,
Verməyəydiz məni bu əbləhə,kaş!

Mən ki,damdan bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim;
Oturub aç komasinda atamin,
Biş-düşün hazir edərdim anamin;
Davamı →

Şəhərin ən qoca fahişəsinə

Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan qucağa atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi…
Ardı →