İkimizin yerinə

Bu sevgiden sen qorxursan eybi yox,
Men severem ikimziin yerine.
Bu esq ucun bir gun dara cekseler
Men gederem ikimizin yerine…

Min ezabdir sensiz kecen her gunum 
Unutmusam yaxsi,yaman ferqini.
Bu sevgiden dag eriden derdini
Men celerem ikimizin yerine'


Gul deyirem gul qelbine deyirem 
Men senincun tanri yazan seirem,
Dodaqlarin incimesin deyirem-
Men olerem ikimizin yerine.

Taleyimde son acilan gulumsen,
Suzub qara gozlerini gulumse,
Bu sevginin sonu eyer olumse
Men olerem ikimizin yerine
Davamı →

Sevgiler...

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.


Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

 

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

 

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.


Davamı →

Vətən qorudun sənindir… “Cabir Novruz”

Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın axırındır…

Vətən qorudun sənindir,
O, bayraq tutan əlindir,

Basılmaz qalan, dağındır,
Qorumadın göz dağındır…

Vətən qorudun sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür…

Vətən qorudun sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır…

Vətən qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir…

Vətən qorudun sənindir,
Qorumadın kəfənindir,
Qorumadın qübarındır,
Murdarlanmış məzarındır…

 


Davamı →

BİR DƏ BAXSAN MƏNƏ

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.

Davamı →

Hanı o ağ çəkmələrim?

Ana,
O qayğısız günlərimin paltarını istəyirəm,
Gətir yenə geyinim.
Şalvarımı,pencəyimi at bayıra,
Ya da payla ehtiyacı olanlara.
Gətir mənə, o qayğısız günlərimin paltarını.
İtən ömrün hər anını ilmələyib əlcək kimi toxu mənə,
Yenə nağıl oxu mənə,
-Ulduz göydən düşər gələr,
Apban harda bişər gələr?
-Ana bunu bilirəm,Allah Baba göndərər...
Ana, Sağ əlimə vurduğun yun çubuğu,
İllər ötdü qələm oldu,
Yazdıqları naləm oldu.
Kölgədə yazılıb talehim mənim,
Gün görmədim,göyərmədim.
Ana,gətir geyinim,
Hanı o ağ çəkmələrim?
Davamı →

Aşka sürgün

Niyə ağlayırsan başına dönüm?
Bəsdir qurtaraq da bu ağlamağı....
Ağlama, öldürmə qoy rahat ölüm,
Ağlayıb öldürmə ölümqabağı...

Ağlama, elə bil kitabxanada,-
Könlünü sən mənə açmamısan heç.
Ağlama, fərz elə dərs olanda da,
Mənimlə bufetə qaçmamısan heç.


Ardı →

....

Gəl qardaş aldanma bu dünyaya sən,
Vurulmaz o qara qaşına sənin.
Bir ömür dünyaya ...firon eyləyər,
Bir gündə daş ələr başına sənin.

Dağıtsan yaranar eyni cür yenə,
Göz dikər adicə daşına sənin.
Yansan bir zərrə də su verməz sənə,
Su qatar bişməmiş aşına sənin.

Tutmağı bilənə maşadır dünya,
Bacarsan tac olar başına sənin.
Qartalı 10ca il yaşadır dünya,
Baxmaz hər neçədir yaşına sənin.

Piyada gəzdirər can sağlığında,
Ölünü mindirər maşına sənin.
Sağ ikən əlini uzatmaz amma
Ölsən qucaq açar sənin qəlbinə

Davamı →

Sıxıntılar silsiləsi | Salam Sarvan

VƏZİYYƏT

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA! 

YAŞAYIŞ

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.


Ardı →