30 yaşa çatmadan bunları edin

1. Ailənizdən ayrı bir şəhərdə yaşayın.Doyunca rəqs edin

2. Bir, ya da birdən çox xarici dil öyrənin.

3. Üzgüçülük dərsi alın və dəniz dibini kəşfə çıxın.

4. Doyunca rəqs edin.

5. Məntiqinizlə ürəyiniz bir-birinə zidd olduqda, məntiqinizi boş verin, səhv belə olsa, bir dəfə ürəyinizi dinləyin.

6. Qatarla Avropanı səyahət edin.

7. Qarşılıqlı bir eşq olmasa, bir-birinizə heç bir yolla qovuşa bilməsəniz belə, bu eşqin dadını çıxarın.
Ardı →

Sevmədiyiniz həmkarlarınızla ünsiyyət yaratmanın yolları

Korporativdə işləmək müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq deməkdir. Bəzən işləməli olduğunuz insanlarla qaçılmaz münaqişələr yaşamalı olursunuz. İşləyəcəyiniz komanda və ya şirkəti seçmək isə sizin əlinizdə deyil. Belə bir vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.

Lakin elə də sevmədiyiniz həmkarınızla yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə, aşağıdakı məsləhətlərə diqqət edin:
Ardı →

25 ildə öyrəndiyim 25 həyat dərsi

  1. Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
  2. Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
  3. Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
  4. Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
  5. Hirslənəndə kimisə dişlə
  6. Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
  7. Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
  8. Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
  9. Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
  10. Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol

Ardı →

İşdə dostluğun 4 qaydası

Bir çox insan iş yerində dostluq münasibətlərinin qurulmasında çətinlik çəkmir. Buna baxmayaraq, bu məsələ ilə bağlı əməl edilməsi gərəkən bir sıra qanunlar var. Yəqin ki, siz də “iş görüş yeri deyil” ifadəsini dəfələrlə eşitmisiniz və iş yerində problemlərinizin olmasını istəmirsinizsə, buna mütləq şəkildə əməl etməlisiniz.
İşdə dostluğun dörd qızıl qaydası:

1. İstifadə etməyin və istifadə edilməyin. Təmmənasız xeyirxahlıqlar yalnız başqalarının yox, eləcə də öz əhvalınızı qaldıra bilər. 
Ardı →

Pulu idarə etməyin 6 yolu

Pul dünyanı hərəkət etdirən və biznesimizi irəli aparan başlıca qüvvələrdən biridir. Sizlərə təqdim etdiyimiz məqalədə mərhələli şəkildə göstərilən məsləhətlərə əməl etməklə siz pulları səmərəli xərcləməyi, birinci və ikincidərəcəli ehtiyaclarınızı müəyyənləşdirməyi, gələn maliyyə axınının düzgün istiqamətləndirməyi, xərclərinizi azaltmağı, biznesinizi maliyyələşdirməyi öyrənəcəksiniz.

1. Gələcəyinizi qabaqcadan praqnozlaşdırın- Gəlirlər və Xərclər.
Pula nəzarət etmək üçün şirkətinizə daxil və xaric olan maliyyə axınını qabaqcadan müəyyənləşdirmək vacibdir.

 


Ardı →

Yaxşı dost olmaq

Əgər siz bir insanın qayğısını çəkirsinizsə, ona bu və ya digər şərtlər altında əlinizdən gələnin ən yaxşısını etmək istəyirsinizsə, siz artıq çox yaxşı bir dostsunuz. Yaxşı dost olmaq üçün bəzi müddəalar vardır:

Dinləmək. Dostluq münasibətlərində dinləmək etməli olduğunuz çox vacib bir hərəkətdir. Dinləməyin ən yaxşı yolu, mövcud vəziyyəti, dostunuzun pəncərəsindən görməyə və anlamağa çalışmaqdır. Əgər siz bunu məqsəd kimi müəyyənləşdirsəniz, siz özünüzü ona düzgün suallar verən biri kimi görəcəksiniz. Yalnız bu yolla siz dostunuzun qayğılarını öyrənə bilərsiniz. Sizin verə biləcəyiniz bir cavabınız yoxdur, ancaq dostunuz sizdən məsləhət gözləyir. Belə bir vaxtda məsləhət verməkdənsə, yaxşı bir dinləyici ola bilərsiniz.

Onlardan nəyə ehtiyacları olduğunu soruşun. Əgər siz kim üçünsə narahatsınızsa və həmin insanların yanında olmağa səy göstərirsinizsə, onlardan nəyə ehtiyacları olduğunu soruşun. Yalnız bu yolla siz, qarşınızdakı insana nəyin fayda verə biləcəyini tapa bilərsiniz.


Ardı →

Sağlamlıq üçün 20 məsləhət

1. Hər gün eyni vaxt yatmaq və oyanmaq.

2. Səhər, günorta və axşam yeməyini də eyni vaxtda yeməyə çalışın- orqanizminiz bunun üçün sizə minnətdarlığını bildirəcək.

3. Ən azı 8 saat yatın.

4. Yatmazdan əvvəl gəzintiyə çıxın, təmiz hava alın.

5. Gün ərzində ən azı  1500 ml su için.

6. Hər gün meyvə, tərəvəz yeməyə çalışın.

7. Gecə yatmazdan əvvəl bir stəkan qatıq için.

8. Gün ərzində internetdən ən çoxu 2 saat istifadə edin.

9. Xarici görkəminizə fikir verin.

10. Səhərlər qaçın.

11. İdmanla məşğul olun.


Ardı →

Evliliyə zərər verən davranışlar

Xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır.

Bir atalar misalında deyildiyi kimi, “əvvəl evin içi, sonra çölü”. Amma elə insanlar da var ki, el arasında deyildiyi kimi, evə getmək onlar üçün sözün həqiqi mənasında, əzab-əziyyətdir. Bu vəziyyətin yaranmasında onları qınamaq da olar, qınamamaq da. Bəs insanları ailələrindən uzaqlaşdıran səbəblər nələrdir?

Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir. 


Ardı →

Qadını ələ alan 18 cümlə

  • Qadın

Qadını özünə aşiq etmək üçün kişilər hansı yollara əl atmalıdır? Bunun üçün gül, romantik axşam yeməyi, yoxsa sevgi haqqında filmə baxmaq lazımdır?

1. Uşaqlarla yaxşı yola gedin. Onlarla yola getməsəniz də, ən azından hər dəfə gördüyümüzdə nifrət etdiyinizi deməyin. 

2. Özünüzə gülməkdən qorxmayın. 

3. Qadınlara hörmət edin, hətta əvvəlki sevgiliniz haqqında pis söz deməyin. 

4. Gözlənilməz anlarda qəhvə ya da səhər yeməyi hazırlayın. Səhəri yataqda ləzzətli şirniyyatlarla da aça bilərsiniz. 

5. Qorxu filmlərinə baxanda, onu bərk-bərk qucaqlayın. 

6. Köynəklərinizdən biri ona verin. 

7. Köynəyinizin ona çox yaraşdığını söyləyin. 


Ardı →

Faydalı məsləhətlər

— Polad çaydanların səthindəki qaralmaları aradan qaldırmaq üçün yarım stəkan üzüm sirkəsinə 1 yemək qaşığı duz əlavə edib qarışdırın. Qab yumaq üçün süngəri bu qarışığa batırıb, çaydanın səthini yuyun. Çaydanın daxilinə yığılmış kirəc təbəqəsini təmizləmək üçün isə kartof qabıqlarını çaydanın içinə töküb, üzərinə su əlavə edin və bir müddət qaynadın.

— Mikseri istifadə etdikdən sonra təmizləmək üçün plastik qaba qaynar su əlavə edin və mikseri bu qaynar suda işlədin.

— Uzun müddət soyuducuda qalıb keyfiyyətini itirmiş yeməyin iyini aradan qaldırmaq üçün soyuducunun rəfini yuyucu vasitə ilə təmizləyib yaxşıca qurulayın. Bir ədəd limonun qabığını soymadan dilimləyin və soyuducunun ən üst rəfinə qoyun. Xoşagəlməz iylər limon sayəsində yox olacaq.

— Yeni alınan mətbəx əşyalarındakı etiketləri mebel cilası vasitəsilə təmizləyə bilərsiniz.


Ardı →