Yaşayan ölülər

yaşayan olulərƏtrafınızdakı insanları müşahidə edirsinizmi? Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar.


Ardı →

İnamsızlıq

Batil inanclara inamınız yoxdur, lakin bütün tərsliklərin sizin başınıza gəldiyini düşünürsünüz, eləmi? O zaman özünüzü bu yazıda axtarın...
   
Deyirlər, ilanın zəhləsi yarpızdan gedər, o da onun yuvasının ağzında bitər. Sizdə də belədir? Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə hər dəfə mən aldadılıram?”, yaxud “Niyə istədiyim kimi iş tapa bilmirəm?” və s. bu tip suallarla qarşı-qarşıya qalırsınız. Xalq arasında “dəvəsi ölmüş ərəb” kimi adlanan bu durumları gündəlik həyatımızda da yaşayırıq. Bəzən bütün günü işlərimiz yaxşı getmir, sanki qara buludlar başımızın üstünü alıb. 
 
Belə hallar adətən psixoloqlar tərəfindən müxtəlif formada qiymətləndirilir. Hadisəyə necə yanaşırıqsa, elə də yaşayırıq. Psixoloqların məsləhətlərinə görə, belə halları yaşamamaq üçün hər səhər yerinizdən qalxanda “Bu gün necə də gözəl gündü” — deyib, ətrafınızda pozitiv enerjini formalaşdırmalısınız. Məhz gününüzün yaxşı keçəcəyi qərarını da elə o andan etibarən özünüz verməlisiniz. Hətta gün ərzində mənfi hallarla da rastlaşsanız belə, bu, sizə o qədər də pis təsir etməyəcək. Çünki siz artıq hadisələrə müsbət tərəfdən yanaşmağa qərarlısınız.
Ardı →

"Evcik-evcik" oynayın

həyatı uşaqlardan oyrəninHeç uşaqların oyandıqları “evcik-evcik” oyununa tamaşa etmisinizmi? Ya da ən azı uşaqlıqda oynadığınız “evcik-evcik” oyununu xatırlayırsınızmı? Bu yazıda sizə “evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən bəhc edəcəyik…

Bu iki xüsusiyyətdən birincisi uşaqların oyun vaxtı öz aralarında problem yaşasalar belə, bir qədər sonra heç bir şey olmamışmış kimi eyni oyunu davam etdirmələri, ya da, necə deyərlər, oyuna sıfırdan başlamalarıdır. Bu, çox vaxt evli tərəflərdə çatışmayan və evli tərəflərin yaşadıqları problemlərin böyüməsinə səbəb olan bir xüsusiyyətdir.

“Evcik-evcik” oynayan uşaqların bu “yanaşma tərzi”ndən məhrum olan evli tərəflər günlərlə, hətta aylarla bir-birilərindən incik (və ya küskün) qala bilirlər. Evli tərəflər arasında yaşanan bu cür incikliklər (və ya küskünlüklər), nəticə etibarı ilə, tərəflər arasında soyuqluq meydana gəlməsinə səbəb olur. Hətta bir qədər sonra bu, evli tərəflərin istər sözlərinin, istərsə də hərəkətlərinin bir-birilərinə “anormal” görünməsinə gətirib çıxarır.

Şübhəsiz ki, hər bir evli tərəf problem yaşaya bilər. Ancaq əsas məsələ, evli tərəfin problemə necə yanaşması və incikliyə (və ya küskünlüyə) necə nöqtə qoymasıdır. Təbii ki, burada da ən yaxşı misal yenə “evcik-evcik” oyunudur.

”Evcik-evcik” oyununun iki əsas xüsusiyyətindən ikincisi isə uşaqların vaxtaşırı da olsa, rollarını dəyişmələridir. Belə ki, uşaqlar bir gün əvvəl “ata” rolunu ifa etdikləri halda, ertəsi gün “uşaq” rolunu ifa edə bilirlər.
Ardı →

Zaman - bizdə olmayan əsas şey

Bizim gecikmələrimiz — bizim problemimizdir, lakin bizim etmədiklərimizin bir səbəbkarı var — özümüz

Zaman- bizdə olmayan əsas şeyDost tanışlarımızdan, iş yoldaşlarımızdan tıxaclarda ilişib qalmaları barədə, bir neçə dəqiqə ərzində qəbul olunan onlarla məktub, fasiləsiz müşavirələrin nahar etməyə imkan verməməsi, işin şəxsi həyatlarına zaman ayırmağa imkan verməməsi barədə şikayətlərini çox tez-tez eşidirsiniz?
Mən daim bu haqda eşidirəm. Bundan başqa, mən özüm hər gün öz iş yoldaşlarım, dostlar və tanışlarıma bundan şikayətlənirəm. Və ən pisi də odur ki, mən özümə haqq qazandıraraq israr edirəm ki, alınmadı, müvəffəq olmadı və.s.

Siz mənə taym-menecment haqqında kitablar oxumağı məsləhət görəcəksiniz? Lazım deyil. Mən bu cür kitablara inanmıram, mən ədəbiyyata inanmıram. Buna görə də, insan mahiyyətinin korporativ mədəniyyətin səmərəli elementinə çevrilməsi barədə kitablar mənim üçün mənasız görsənir.

Lakin etiraf edim ki, qadınlar üçün taym-menecment haqqında kitab oxumuşam. O kitab «Növbəti 50 il. Qocalığı aldatmağın yolları» adlanırdı. Mən o kitabı oxudum və anladım ki, qocalığı aldatmaq mümkün deyil. Həmçinin mən onu da anladım ki, kimisə aldatmaq zamanı boşuna sərf etməkdir.

Bu tipli nəzəriyyələr xaricində mən dəqiq bilirəm ki, bizim zamanımız bizim məsuliyyətimizdir. Bizim gecikmələrimiz — bizim problemimizdir, amma bizim edilməmiş işlərimizin yalnız bir səbəbkarı var — özümüz.


Ardı →

Texnoloji inkişaf: itirdiklərimiz və qazandıqlarımız

Texnologiya bu gün “olmazsa olmaz” dediyimiz bir çox növləri ilə (üstəlik də, hər gün yenilənərək) hər birimizin evinə daxil olmaqdadır. Ancaq bu texnologiyaların bəzilərinin bizə necə faydalı olduğunu bildiyimiz halda, bəzilərinin də necə zərərli olduğunu bilmək istəmirik.

Yeni texnologiyalar içərisində, demək olar ki, hər kəsin istifadə etdiyi soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və digərləri işlərimizi asanlaşdırır. Təbii ki, əvvəllər bütün bu işlərin insan əli ilə görüldüyünü, ancaq indi bu işləri texnologiyaların görüb, bizə xeyli güc və vaxt qazandırdığını nəzərə alsaq, bunların hamısı çox gözəl bir haldır.
Lakin buradan “qalan” gücünü və vaxtını faydalı işlərə sərf etmək əvəzinə, faydasız işlərlə keçirənlər, işini texnologiyaya həvalə edib, vaxtını televizor qarşısında, kompyuter arxasında və s. “öldürən”lər isə başqa bir müzakirə mövzusudur.
Ardı →

Yuxu və dərs

yuxu və dərsTəhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.

Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.
Ardı →

İşdəki problemlər

Peşənizi sevirsiniz. Amma hər gün getmək məcburiyyətində olduğunuz ofisdə önəmsiz hesab etdiyiniz problemlər dağ kimi böyüyərək dözülməz vəziyyət yaradıb.
Maaşınız yüksək deyil, üstəlik iş yoldaşlarınız dedi-qodularıyla başınızı ağrıtmaqdan başqa heç nə etmirlər. Yaşadığınız gündəlik stress bəs deyilmiş kimi dayanmadan ultimatum verən müdirlə də əlləşirsiniz.

Bütün bunlara baxmayaraq müdirin stoluna qoymağı planlaşdırdığınız istefa ərizəsini siyirməyə atın. Əvvəlcə problemi anlamalısınız.

İşdə hər gün qarşılaşdığınız problemlərin qarşısını ala bilməsəniz də əhvalınızın pozulmasına mane olmaq mümkündür. Siqaret və ya çay fasiləsində ətrafdakı insanlarla dedi-qodu etməkdən çəkinin.
İş yerinizdə kimin maaşının çox, kimin maaşının daha az olması sizin probleminiz deyil. Daha çox özünüzə köklənin.
Ardı →

Qorxularınızla mübarizə aparın

Qorxu əslində bir enerjidir və istəklərə çatmaq üçün qorxularla mübarizə aparmaq lazımdır. 
Bəzən dünya insanlara çox qorxunc bir yer kimi görünür. Maddi sıxıntılar, dəyişən iqlim şərtləri, müharibələr hamının qorxuları arasında yer alır. Eyni zamanda bunlar insanları çox yorur. Məqsədlərə çatmaq üçün qorxulardan yaxa qurtarmaq lazımdır. 

Duyğusallıqdan xilas olmaq üçün idmanla məşğul ola bilərsiniz. qorxular

Qorxularınızı qəbul edin.
Bunun fərqində olmaq sizə seçim şansı verir. 

Bədəninizdəki qorxu mərkəzini bəlli edin.
Bu mədəniz, çiyniniz, ya da ağırlıq hiss etdiyiniz hər hansı bir yer ola bilər. 

Qorxu orqanını düşünərək dərin nəfəs alın.
Beləcə rahatlayıb gərginliyi ata bilərsiniz. Nəfəs verərkən qorxunuzu bədəninizdən atdığınızı və içinizdə huzur olduğunu düşünün. 

Gün ərzində davamlı olaraq su için. Deyilənlərə görə, su pis fikirlərin atılmasına kömək edir və insanı sakitləşdirir. 

Özünüzə davamlı olaraq dəstək verən, ruhlandıran və casarətli edən sözlər deyin.
Özünüzün ən yaxşı dostu olun və sevdiyiniz dostlarınızla necə davranırsınızsa, özünüzlə də elə davranın. 
Ardı →

Sakitləşmək üçün 5 dəqiqə

Sakitləşmək üçün apardığınız uzunmüddətli  seansları sizə unutduracaq, stressinizi nəzarət altına ala bilmək üçün aşağıdakı məsləhətləri təqdim edirik. Bu məsləhətlər sizə özünüzü daha yaxşı hiss etməyə imkan verəcək.

1.Addım: 2 dəqiqə
sakitləşmək ucun 5 dəqiqə yetərSəssiz bir yerdə saatlarla seanslar etməyinizə ehtiyac yoxdur. Bunu istədiyiniz zaman hər yerdə edə bilərsiniz. Bir yerdə oturub dərin nəfəs alın,  bədəninizin nə hiss etdiyini anlamağa çalışın. Kürəyinizi oturacağa söykəyin, ayaqlarınızı isə yerə qoyun və qollarınızı sərbəst şəkildə yanlara doğru buraxın. Gicgahdan başlayaraq gərginliyi bədəninizin hansı tərəfində hiss etdiyinizi anlamağa çalışın. Başqa şeylər haqqında düşünməyin.

2.Addım: 30 saniyə
Özünüzü ən stressli hiss etdiyiniz dəqiqələr, eyni vaxtda bütün problemlərinizi düşündüyünüz anlardır. Belə zamanlarda əhatənizdəki insanların sizi əsəbləşdirdiyini düşünməyiniz son dərəcə normaldır.
Ardı →

Özünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini  bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.


Ardı →