Kəpəkli çörəyin faydaları nələrdir?

Tam buğda çörəyi son illərdə sağlam pəhrizin bir hissəsi kimi populyarlıq qazanmışdır. Bu çörəyin əsas xüsusiyyəti təmizlənmiş ağ un əvəzinə unun ən xarici təbəqəsi olan tam buğda unu və kəpəkdən istifadə edilməsidir. Kəpəkli çörək daha lifli, daha qidalı və glisemik indeksi daha aşağı olan bir çörək növüdür. Bundan əlavə kəpək çörəyi az yağlı və kalorili olması ilə pəhriz saxlayanların üstünlük verdiyi qidadır. Kəpəkli çörəyin istehlakı ürək xəstəlikləri, diabet və piylənmə kimi bir çox sağlamlıq problemi ilə mübarizə aparmağa kömək edə bilər. Bununla belə, unutmaq olmaz ki, kəpək çörəyinin hər hansı qida elementi tək başına möcüzəvi həllər təklif etmir. Sağlam pəhrizin bir hissəsi kimi kəpək çörəyinin istehlakı faydalı ola bilər.

Kəpəkli çörəyin faydaları nələrdir?


Davamı →

Çörəklə yeməməli olduğunuz qidalar

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. 

Davamı →

Göz oxşayan çörəklər

Hər sahədə olduğu kimi, mətbəxdə də yeməklərin estetik görünüşünə xüsusi diqqət edirik. Bəzən elə gözəl qidalar hazırlanır ki, insan onu ancaq bir rəsm əsəri kimi seyr etmək istəyir. Bunlardan biri də Şimali Karolina ştatının sakini Xannanın bişirdiyi ən qeyri-adi çörəklərdir. Fərqli rənglərdən və formalardan istifadə edən çörəkçi Xannanın əl işlərini sizə təqdim edirik.

Baxın ruhunuz qidalansın :)


Davamı →

Ən faydalı çörək hansıdır?

Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir.
Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu «ağ zəhər» adlandırırlar.

Davamı →

Çörəkdən imtina üçün 8 səbəb

Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər tarixinin möcüzələrindən biri sayılan çörək nə vaxtsa sağlamlığın düşməni elan olunacaq. Son vaxtlarda qlütensiz çörək dəbdəbir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.

Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?
Davamı →

Çörəyi uzunmüddətli saxlamaq üçün belə edin

Çörəklə bağlı hazırda israfçılığa çox yer veririk. Hətta ən acınacaqlısı budur ki, zibil qablarının yanında yığın-yığın kiflənmiş çörəklərə rast gəlirik. Bəs çörəyin kiflənməməsi və əbəs yerə zibilə atılmasının qarşısını necə almaq olar?

Evdə mətbəx işləriylə məşğul olmasanız belə, bu məlumatları bilməyinizdə fayda var:

Əgər çörəyi çox almısınızsa, yeyə biləcəyiniz qədərini ayırıb qalan hissəsini soyuducuda saxlayın. Soyuducuda saxladığınız çörəyi istifadə edən zaman sobada isidərək, təzə kimi olmasını təmin edə bilərsiniz.
Davamı →

Çörəyin «bacıları»

Adi çörəkdən, yəni tərkibi un, duz, maya və sudan ibarət olan çörəkdən başqa, ayrı-ayrı xalqların öz xüsusi çörəkləri də vardır. Bu çörəklər bir-birindən adına və hazırlama üsuluna görə seçilir. Adətən belə çörəkləri hazırlayanda xəmirə yağ, süd, yumurta vururlar. Buna ən bariz nümunə «Şərq şirniyyatı»dır.
Çörək ətir saçsın deyə qədim İtaliyada xəmirə dəfnə yarpağı əlavə edirdilər.
Başqırdlar darını yağda qızardır, həvəngdə əzir, qoğal (ontan) hazırlayır və onu bala batırıb çayla içirdilər.
Təzə çörək nə qədər dadlı olursa, boyat, xüsusilə də keyfiyyətsiz və ya köhnə undan bişirilmiş çörək o qədər xoş gəlmir.
Təzə çörəyi təknəyə yığıb süfrəyə bükməklə bir neçə gün saxlamaq mümkündür. Bunu Zaqafqaziya xalqları çoxdan təcrübədən keçirmişlər. Çörəyi uzun müddət qurumaqdan və kiflənmədən qorumaq üçün başqa üsullar da var.
Ardı →

Çörək alarkən nələrə diqqət etməli?

Çörək insanların gündəlik tələbatını ödəyən ərzaq məhsuludur. Lakin çörək alarkən son dərəcə diqqətli olmaq vacibdir. Çünki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Belə ki, çörəklər ticarət şəbəkələrinə bu məqsəd üçün nəzərdə tutulan xüsusi maşınlarla daşınmalıdır.

Qeyd edək ki, çörəк əsasən buğda və covdar unundan hazırlanır. Əsas хammal кimi un, duz, su, maya; əlavə хammal кimi şəкər, süd, yumurta, yağ, кişmiş, хaş-хaş, müхtəlif ədviyyat və s. götürülür. Çörəк-bulкa məmulatının çeşidi çoхdur, laкin bunlardan 100-ə qədəri daha çoх yayılıb. Çörəк-bulкa məmulatı unun növünə (buğda, çovdar və buğda-çovdar), bişirilmə usuluna (qəlibdə və кurədə bişirilən), хəmirin hazırlanması üsuluna görə, resept və formasına (baton, bulкa və s.) görə qruplara bölünür. Ən geniş yayılan I və II sort buğda unundan hazırlanan adi çörəкlərdir.

Çörəyin tipi istifadə olunan unun əmtəə sortu ilə muəyyən edilir. Buğda çörəyinin – əla, 1-ci, 2-ci sort, кəpəкli və ya кəpəкli unla 2-ci sort unun qarışığı ilə bişirilən; çovdar çörəyinin – кəpəкli, кəpəкsiz çovdar unundan; çovdar-buğda çörəyinin – çovdar-buğda və buğdaçovdar unundan və 2-ci sort buğda unu ilə кəpəкsiz çovdar unu qarışığından hazırlanan çörəк tipləri vardır.
Ardı →