Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz

Həyatımız, reallığımız özü cansıxıcıdır. Bəlkə, ona görə müasir gənclərin yazdıqları hekayələr ürəyimizi bu qədər sıxır? Biz işıqlı, sonu nikbinliklə bitən, nikbinlik aşılayan əsərlər gözləyirik. Onlarsa ancaq dərddən-qəmdən, məişətdəki davalardan, çətinliklərdən, insanların pozulmuş münasibətlərindən yazırlar.
Nərmin Kamalın “Müharibə qurtardı” hekayəsini oxuyanda mənim də ürəyim sıxıldı. Ancaq bu sıxıntı acığıma gəlmədi. Bu sıxıntı hekayədən qabaq da məndə vardı. Mənim kimi ürəyi sıxıntılı bir adamın, mənə bənzər adamın yazdığı hekayə idi bu.
Deməli, məni anlayan birinin.
Anladığım birinin.

Davamı →

Bordo beretlilər

  • Hərb
Məhşur baş geyimi beret bu gün dünyanın bütün ölkələrində istifadə olunur. Beret həm də əksər ölkələrin Silahlı Qüvvələrində istifadə olunan hərbi baş geyimidir.
İlk beretin istehsalı Fransa ilə bağlıdır. Fransanın ən totemik əşyalarından biri olan beretin tarixi kökləri Pireney sıra dağlarının ətəklərində yerləşən kiçik Nay şəhərinə gedib çıxır. Bir zamanlar beret burada kişilər üçün məcburi baş geyimi imiş və regiona məxsusluğu fəxrlə nümayiş etdirirmiş.
2-ci Dünya Müharibəsindən sonra bu şəhər və onu əhatə edən regionda beret istehsalı ilə məşğul olan 50 fabrik var idi. Sonradan beret istehsalı tədricən bütün dünyaya yayılıb.
Ardı →

Sevgilim | Kazımlı Kamran

Bu gün hərbi xidmətini təzəlikcə başa vuran sinif yoldaşım Kazımlı Kamranla görüşdüm.Əsgərlikdə olan xatirələrindən danışdı və təsadüfən nömrə olan bloknotunu cibindən çıxararəkən qeyd etdi ki,boş-bekar olanda uşaqlarla şeir yazırdıq.Dedim ver oxuyum və oxudum çox maraqlı gəldiyindən sizlə də paylaşmaq qərarına gəldim.
Ardı →

Çağırsa ellər gedərəm davaya!

Ehh..Makedon ehh… İndi görən belə söz işlədənlərin sayı çoxdurmu?! Yox, haqlarını yeməyim, adamın Allahı var, özü də az da deyil. Amma, həqiqətən də əsgərlikdən qalanlarımız, müharibə olsa xarici ölkələrə qaçanlarımız da tapılar. Bilmirəm bu zəmanənin buyurduğu imkanların yetərsizliyindənmi, qorxudanmıdır nədir?! Amma, səbəb nə olur olsun belə hallara çox rast gəlinir. Həm də bu tək bizdə deyil, bir çox dövlətlərdə də bu kimi hallara rast gəlmək mümkündür. Təəssüf ki..


İsraildə qızlar da əsgər gedirlər.


Ardı →