Sizə sevgili lazımdır? 160 dollara göndərərik!

Son səkkiz il ərzində Yaponiyada saxta dost, qohum, hətta sevgili xidmətləri təklif edən firmaların sayı xeyli artıb. Bunun başlıca səbəbi — bənzər xidmətlərə müştəri marağının, tələbatının günbəgün artmasıdır. Hazırda ölkədə bu cür xidmətlər göstərən 10 firma mövcuddur.

Firma əməkdaşları müştərilərin toy, yas, ad günü, uşaqlar üçün keçirilən əyləncəli gecə və sair tədbirlərinə qatılır, oradakı digər dəvətlilərə özlərini tədbir səbəbkarının dostu, qohumu və ya iş yoldaşı kimi tanıdırlar. Bundan əsas məqsəd — həmin məclis sahibinin dost-yoldaşsız, tənha və özünə qapanmış (introvert) biri olduğunu gizlətmək, ört-basdır etməkdir.

Məsələn, sözügedən firmanın kişi əməkdaşı ad günü keçirilən uşağın müəlliməsinə özünü doğma əmi kimi təqdim edə bilər. Özünün bu məclisə hazırlıq ərəfəsində işdən çıxarıldığını açıb-ağartmaqdan çəkinən ev sahibi firma əməkdaşını məclisdəkilərə öz şirkətinin şefi kimi tanıdır. Məclisin təşkilatçısı başına topladığı dost-tanışın onun şəxsi həyatındakı uğursuzluqlarına acımasını istəmirsə, onda firmadan gələn cavan və yaraşıqlı qız onun sevgilisi rolunu görünməmiş səmimiyyətlə oynamağa çalışır.


Ardı →

Yalnızların gücü

«The Boston Globe”da maraqlı bir yazı çıxdı, ola bilsin nəzərdən yayınıb. Adı belə idi: “Yalnızların gücü”

Məqalədə, başda Harvard Universiteti olmaqla, hal-hazırda aparılan müxtəlif elmi araşdırmaların nəticələrinə görə, yalnız uşaqların, yalnızlığı sevən gənclərin, ümumiyyətlə yalnız insanların empatiya gücü yalnız olmayanlarla müqayisədə daha yüksəkdir.

Başqa bir ifadəylə, fasiləsiz olaraq qrup psixologiyası ilə hərəkət edən, özünü hər-hansı kollektivin üzvü hesab edən, müstəqil bir şəxsiyyətə malik olmayan insanlar, hansı sosial statusa malik olursa olsun, arada bir tək qalmağı sevən insanlarla müqayisə edildikdə, başqasına anlayış göstərməkdə, tolerant olmaqda, digərlərinə nəvaziş göstərməkdə daha geridə qalırlar.

O halda yalnız insanlar zənn etdiyimiz kimi, asosiyal, bacarıqsız və kədərli deyillər. Müxtəlif universitetlərdə keçirlən təcrübələr yalnız insanların, digərlərinə nisbətən daha xoşbəxt olduqlarını göstərir. Tez-tez başqalarıyla vaxt keçirməyin insanı yoran, insanı narahat edən bir tərəfi var.

Bu cümləni çox eşitmişik “İnsan sosial varlıqdır”. Sosial həyatda aktiv olmağa, tez-tez başqalarıyla vaxt keçirməyə ehtiyac duyuruq. Görəsən belədirmi? Bu iddia bir az qəribə görsənə bilər, fəqət düşünməkdə xeyir var. Bəlkə də biz, Türkiyədə həddindən artıq sosiallaşırıq?
Ardı →

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.


Ardı →

Tənhalıq

tənhalıqElm adamları asılılığın yeni növünü aşkarlayıblar – tənhalıqdan asılılıq.
Çoxsaylı əlaqələr (əlaqədə olduğu insanlar) insanı tədricən daha çox ətraf mühitdən izolyasiya olmağa sürükləyir.

Müasir insan – qəribə varlıqdır: eyni zamanda, həm sosial, həm də özünə qapanan. O, özünə bənzərlərə can atır, sonra isə onlardan yorulur. Tək qalıb dincəlmək eşqi ilə yanır, amma az bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Bizim əcdadlarımızda vəziyyət tamamilə fərqli idi. Onların əksəri öz doğma və yaxın insanlarının əhatəsində həm yaşayır, həm də işləyirdilər. Bir təsəvvür edin, əgər siz gün ərzində bir neçə dəfə öz iş yoldaşlarınızla qucaqlaşıb, hal-əhval tutsanız necə olar?! İndi biz ətrafdakı insanlarla aramızda məsafə saxlamağa çalışırıq. Müasir texnologiyalar isə artıq daha sıx-sıx bizi ətraf mühitdən izolyasiya olmağa sürükləyir: internet bütün dünya ilə əlaqədə olma, televizor isə sanki biz bütün talk-show və xəbərlərin aparıcılarını öz qohum və dostlarımız kimi tanıma illuziyası yaradır.

Tək qalma paradoksu
Bu gün insan ünsiyyətdən və gördüyü insanlardan yorulur. Alimlər hesablayırlar ki, gündə 2 saat ictimai nəqliyyatdan istifadə edən insan ucqar bir yerdə yaşayan kəndlinin bütün ömrü boyunca görə biləcəyindən daha çox insan görür. Ofisdə otura-otura o (yəni insan) dünya ilə 4 kanalla əlaqə qurur: elektron poçt, İCQ, mobil və ofis telefonu. Həftə sonuna qədər o ünsiyyətdən və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmaq onun üçün ən böyük mükafata çevrilir: dostlarının evlərinə qonaq getmək istəmir, qohumalarına baş çəkmək istəmir, kafe və teatra getməyə isə tənbəllik edir.


Ardı →

Tənhalıq

tənhalıqTənhalıq hissinə ancaq və ancaq əsl məhəbbət, yüksək həssaslıq, yüksək qayğı, incə, kövrək qəlb vasitəsilə qələbə çalmaq mümkündür.
İnsan çox vaxt özünü tənha hiss edir. Yanında kiminsə olmasını, ona qayğı göstərməsini, onu daim sevib, əzizləməsini istəyir. Bu zaman da sevəcəyin bir insan olmalıdır.
Özünü tənha hiss edən birisinin qohum və qardaşı, ana və bacılar bunu dərk etməlidirlər. Özünü tənha hiss edən, özünə qapılan birisini tənhalığın əlindən almaq, onu xilas etmək həmin insanların yaxınlarının borcudur. Çünk tənhalıq hissi özü də sonda hansısa xəstəliyə gətirib çıxara bilər. Bu xəstəliklərdən biri də psixi xəstəlik, depresiyadır.
Depressiya ağır ,eyni zamanda təhkükəli xəstəlikdir. Hələ çox qədim zamanlardan depressiyanın səbəbini çıxılmaz vəziyyətlə əlaaqələndirilmişdir.
İnsan orqanizmində müxtəlif depressiv xəstəliklərin yaranmasında hisslər, ehtiraslar mühüm rol oynayır.
Ardı →

Mənasız...

Sevəmədiyim günlərim oldu

İstəyibdə görəmədiyim insanı

sevəmədiyim günlərə qeyd etdim...

Sevəmədiyim günləri qeyd etdim

Tək başına

içki masasında...

Üstünə bir də siqaret yaxşı gedər

sənsizliyin...

Gözlərinə baxıb

solğun bənizimi görmədiyim günlər...

İkilikdə dinlədiyimiz mahnılar da həsrət qalıb sənə

Gözlərini gözlərimdən qaçırdığın xatirələr...

 

İçki çox şeyi xatırladır,

elə deyilmi?


Davamı →

Təklik nədir?!

Günlərlə telefonunun susması — bu təklik deyildir
Bu-pis dostların olmasıdır

Saatın əqrəblərinin səsisini eşitmən- bu təklik deyildir

Bu boş vaxtlarının çox olmasıdır
Gözlədiyin biri yoxdursa- bu təklik deyildir
Bu-pessimizmdir

Ardı →

Tənhalıq haqqında

Mən tək olan zaman fikirlərimin
Hər biri yanımda bir adam olur.   ( Bəxtiyar Vahabzadə )
Yol yoldaşın sənə tay deyilsə, üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır.   ( Françesko Dürante: İtalyan bəstəkarı )
İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.   ( İsaak Nyuton )
Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız.   ( Ernest Heminquey: Amerika yazıçısı )
Ardı →

Tənha qadın

Tənha qadın — tez-tez bu sözü eşidirik.  Dəli şairlərin, çılğın yazarların romantikalarının qəhrəmanları. Ən həzin musiqilərin həsr obyekti. Bununla yanaşı bir çox faciələrin qurbanı olan  tənha qadınlar. İntiharlar, uçurumlar, məhv olmuş həyatlar, çarəsizlər, yorulmuşlar- Tənha qadınlar. Daimi payızlar, sərin göz yaşları, yanan ürəklər-  Tənha qadınlar.  Bütün bunlar səbəbsiz deyil. Bəs səbəblər nədir? Tənhalıq hissi necə yaranır?  Necə qurtulmaq olar bu hissdən?  Elə biz də bu səbəbləri öyrənmək üçün psixoloq Könül Telmanqızı ilə görüşdük.  Könül xanım bizə bu haqqda ətraflı məlumat verdi.
Ardı →