Könüllü köləlik - Orxan Adıgözəl

Tarix boyu əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar.  Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər.

Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.
Davamı →

İnsan və Kainat/Şiringül Musayeva.(esse)

 
       Hər tə­rəf ucsuz-bu­cаq­sız dаğ­lаr, də­rə­lər, çə­mən­lər­dir. Göz iş­lə­dik­cə uzа­nаn üfüq gömgöy, səmа nə­hа­yət­siz və əs­rа­rən­giz­dir. Lаp uzаq­lаr­dа, — yа­mаc­lаr­dа kənd­lər bа­lаcа аrı pə­tək­lə­rinə ох­şа­yır. Nə­həng və əs­rа­rən­giz göy öz ətək­lə­rini dаğ­lа­rın çiy­ninə sər­miş kimi gö­rü­nür. Dаğ­lа­rın zir­vəsi sаn­ki göy üzünə, bu­lud­lаrа tо­хu­nur.
Gözəl, in­tə­hа­sız kаi­nаt və in­tə­hа­sız zаmаn! Fəzа sоn­suz bir üm­mаn ki­mi­dir — ucu-bu­cаğı, sоnu оl­mа­yаn bir ümmаn. Hət­tа sоn zа­mаn­lаr kəşf еdib­lər ki, bаş­qа qа­lаk­ti­kа­lаr, bаş­qа gü­nəş sis­tеm­ləri də vаr. Bu isə dün­yа­nın sirli, mö­cü­zəli оl­mа­sını bir qə­dər də аr­tı­rır və ru­hu­muz bir qə­dər də аr­tıq sаr­sı­lır. Kаi­nа­tın əs­rа­rən­giz­liyi və in­tə­hа­sız­lığı məni qоr­хu­dur. Bu in­tə­hа­sız kаi­nа­tın və zа­mа­nın fо­nun­dа öz ki­çik­li­yim və gе­dəri оl­mа­ğım dəh­şət­li­dir.
Davamı →

Tənqid və tərif haqqında

Elnur Astanbəyli demişkən, adını unutduğum bir müəllifin əla bir sözü var. Söz belədir: “Səni hər tənqid edən düşmənin, səni hər tərifləyən dostun deyildir.” Yəni, bir nəfər səni tənqid edirsə, bu, o demək deyil ki, həmin adam sənin düşmənindir. Bir nəfər də səni tərifləyirsə, bu, o demək deyil ki, o adam sənin dostundur. Bu zaman bizim qarşımızda bir neçə sual dayanır. Həqiqi tənqidi qərəzdən necə ayırmaq lazımdır? 

Tərifin ürəkdən, yoxsa mədədən gəldiyini necə müəyyən etmək, hansı vasitələrlə ayırmaq olar. Hər şeydən əvvəl onu deyək ki, insan özünü tənqidə bağlamaqla sonunu sürətlə yaxınlaşdırır. Tənqidə bağlı insan mütləq deqredasiyaya uğrayır. Karikaturaya çevrilir. Öz mənbəyini mədədən götürən, mədədən qidalanan təriflər də insan üçün çox zərərlidir. Mədədən gələn tərif qədər insanın evini asanlıqla yıxan çox az şey tapmaq olar. Bəs, nə etməli? Qərəzi tənqiddən necə seçməli? Tərifin ürəkdən, yoxsa mədədən qaynaqlandığını necə müəyyən etməli? Mədədən qidalanan tərifdən necə qorunmalı? 

Bəli, həyatın hər sahəsində olduğu kimi, bu məsələdə də, insana yalnız müdriklik kömək edə bilər. Biz burada Milan Kunderanın o möhtəşəm sözünü bir daha təkrar etməkdən ancaq zövq ala bilərik. Bu, işimizi həm də xeyli asanlaşdırar:“Sözün kim tərəfindən deyilməsi çox vacib şərtdir. Kantın dilində hətta “Sabahınız xeyir!” sözləri də fəlsəfi səslənirdi.” Deməli, tənqidin, tərifin kimin dilindən səslənməsi çox vacib şərtdir. Biz bu yolla tərifin ürəkdən, yoxsa mədədən qidalandığını müəyyən edə bilərik. Biz bu yolla qərəzi tənqiddən ayıra bilərik. 
Davamı →

Yağış(esse)/Şiringül Musayeva.

   Bayırda  xırda- xırda aramsız yağış yağır. Ta  uşaqlıqdan bu yağışı sevirəm, ta uşaqlıqdan belə  aramsız, soyuq  yağış  yağanda  sirli bir  qəmə  qərq oluram. Külək  vıyıldayır ,yağış  pəncərəmə  çırpılır.  Hava  tutqun,  bozumtuldur. Özümü  əsir  düşmüş   vəhşi  kimi  hiss edirəm, içimdə  sanki  tənha  bir  yalquzaq  ulayır. Hara isə  qərib-qərib ellərə  getməyim gəlir, qərib-qərib duyğular  içimi  bürüyüb, xəyalım  uzaq bir  şəhərin  küçələrini  gəzir.
O  şəhərin  yağışdan  islanmış  otları sanki  ayağım  altındadır;  pəncərəsinə yağış  çilənmiş  mağazalar,   başı  üzərində  çətir tutmuş  adamlar ,  budaqlarından  su  damcılayan  al- qırmızı  bəzənmiş  quşarmudları...
  Nə  istəyir içimdəki  tənha, qərib  yalquzaq?  Dünyadan  istədiyi  nədir?  Nə  üçün  belə  dərdli-dərdli  soyuq, yağışlı  Moskva  meşələrini, Medvedko  bazarını  xatırlayır? Nə  üçün  həmişə  quru  meyvə  aldığım  o özbək  qadının  siması xatirimdə  belə  əziz  bir  surət  kimi  qalıb ? Nə  çoxdur  Bakıda  bazarlar və  quru  meyvə  satan  qadınlar...
  Nədəndir  könlüm yalnız o  Medvedko  bazarını,  o qadını  istəyir nədən ?
  Nədəndir  ürəyim  belə  dərdli- dərdli  çırpınır; ağlamaq  istəyirəm, lap  elə  bayırda əsən  külək  kimi ulamaq  istəyirəm.
   Nədən  ?  Hara  gedir  bu  günlər,  ömür- gün  niyə  belə  tələsir  axı ?
   Niyə görə  uşaqlığımın  bir  səhnəsi  bu  gün  gəlib  ğözümün  önündən  asılıb;  cəpərə  ayağımı  keçirib  durmuşam, çəpərin  o  üzündəki  Güləsmə  ilə  yumurta  döyüşdürürəm. Nədəndir  ikimərtəbə  daş  evimiz, böyük  bağçamız   xəyalımda  belə  aydın  canlanır?  Hətta  nənəmin  uzun, qara  tumanının  qırçınları, əmim  arvadının  nazik  biləyindəki  qızıl  saat ,əmim  qızının  güllü, uzun,  narıncı  donu  lap  elə  bil  gözümün  qabağındadır.
   Elə  bil, bu  xatirələr  elə  aramsız  yağış  damlalarıdır  xəyalıma  damcılayır. Yağış  güclənir,  xatirələr  çoxalır.
  Ah,  elə  belə  yağışlı  bir  gün  idi;   qızılca  çıxartmışdım  və  anam  məni  bayıra  buraxmırdı; pəncərənin  qarşısında  oturub  bayıra  baxırdım. Elə  o  vaxt  da  içimdə  tənha,  balaca  bir  yalquzaq  var  idi. Və  mən  onda  da  beləcə  darıxırdım,  amma   o vaxt  o  darıxma  hələ  özümə  belə  aydın  deyildi ;  elə  bilirdim  həyətdə  oynamaqdan  ötrü  darıxıram.  Bu  gün  də  həyatımın  həmin  darıxdırıcı,  soyuq ,  aramsız  yağışı  yağır; bu  damlalara  qarışıb   mənim  də  yağmağım,  ağlamağım ,nəyisə  nəql  etməyim  gəlir. Nənəmi  könlüm  istəyir,  Vəfanı  könlüm istəyir,  Güləsməni,  Süsəni  könlüm  istəyir.  Yağışdan  sonra  boy  atıb dada  gələn  qanqal  zoğları  istəyir  könlüm. Bağçamızdakı  beşinci  ağacın  şirin, dadlı  alçaların  duza   batırıb  yemək  istəyirəm. Sonra  da Moskva  düşür  yadıma...Oğlumun  Moskvada  getdiyi  bağça  yadıma  düşür; yeni il  bayramı, Şaxta  baba, Qar  qız  yadıma  düşür,  oğlumun  şeir  deməyi,o günkü  təzə  geyimim  yadım düşür.
  Nədəndir  belə  darıxdırır  bu  yağış məni? Bəlkə, hardasa  keçmiş  illərdə , günlərdə  yaşayan  ruhum bu  yağışda  islanıb  boy  atır, hardasa  uzaq- uzaq  şəhərlərdə ,  kəndlərdə  qalan  günlərim  bu  yağış  damlalarına  qarışıb  xəyalıma  damcılayır. Ya  bəlkə, bu  yağış  mənim  və  mənim  kimi  neçə- neçə  insanın  taleyinə tökdüyü  göz  yaşıdır- zaman-  zaman yaranan, yaşayan, duyan ,  düşünən, həyatla  barışa  bilməyən  insanın. Bəlkə,  Təbiət  də  hərdən ovuna  bilmir,  için-için ağlayır belə?
Mənsə  yağışa  düşmüş ,əzilmiş,  bürüşmüş  bir  çiçək  misalındayam.  Həyatımı  özüm  yox,  bu  yağış  damlaları  idarə  edir. Damlalar  başıma  döyür ,  göz  yaşlarım  aramsız  axıb  bu  soyuq   yağış  sularına  qarışır.  Nə  bilim...
Davamı →

Qoca ağac/Şiringül Musayeva

     Ayların , illərin , bəlkə  də, əsrlərin  kandarında  durmusan ,qoca   ağac ...Bilmək  olmur,  illər  səndən  o  yanda  qalıb,  yoxsa  bu  yanda.Kötüklərin  çalın- çarpaz  ilmələr  kimidir ,torpağın  sinəsinə  naxış  vurmusan, elə  bil.
      Qəribədir , ağac  nəyə  bənzəyərmiş;- səni  uzun-uzun  illər  yaşayıb  saç-  saqqal  ağartmış  qoca  bir  loğmana  bənzədirəm ;səni   qırçın –qırçın  tumanının  ətəkləri  yerlə  sürünən,beli  azca  bükülmüş  nənəmə  bənzədirəm; səni  neçə- neçə  sınaqlara  sinə  gərmiş,  döyüşdən- vuruşdan  qalib  çıxmış qos-qoca  bir  pəhləvana  bənzədirəm.
       Səni  özü  üçün  bir  dünya  qurmuş, dünyanın  işləklərin  seyr  etdikcə qəribləşmiş,  tənhalaşmış,  öz  sirli və  tənha  dünyasına  çəkilmiş    qoca  bir  şairə  bənzədirəm.
Davamı →

Mən ümiddən danışacağam | Sesar Valyexo

  • Esse
Mən bu ağrıdan Sesar Valyexo kimi əzab çəkmirəm. İndi mən rəssam kimi, insan kimi və hətta adi bir canlı məxluq kimi əzab çəkmirəm. Mən bu ağrıdan katolik kimi, müsəlman kimi, nə də ateist kimi əzab çəkmirəm. Bu gün mən sadəcə əzab çəkirəm. Əgər mənim adım Sesar Valyexo olmasaydı belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən rəssam olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən insan və hətta adi bir canlı məxluq olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən katolik, müsəlman və yaxud ateist olmasaydım belə, mən yenə də bundan əzab çəkəcəkdim. Bu gün mən bütün varlığımla əzab çəkirəm. Bu gün mən sadəcə əzab çəkirəm.

İndi mən izaholunmaz ağrını yaşayıram. Mənim ağrım o qədər dərindir ki, onun artıq nə səbəbi var, nə də ki, səbəbə ehtiyacı. Buna səbəb nə ola bilərdi axı? Hardan tapılar o mühüm səbəb ki, haçansa bu ağrıya səbəb olmaqdan tükənsin? Heç nə deyil bunun səbəbi; heç nə buna səbəb olmaqdan tükənə bilməz.
Davamı →

Knut Hamsun | Maksim Qorki

Adamlar var onlar üçün kitab yazmaq sənətdir, yaşam vasitəsidir. Əgər onlar adamı şərləmir, onu olduğundan daha pis göstərmirlərsə, bu, artıq yaxşıdır. Onlar kobud şəkildə olsa da, öz yaxınını azacıq bəzədikdə lap yaxşı olur. Hətta bunu yalnız oxucu rəğbətini qazanmaqdan ötrü edirlərsə də.

Hesab edirəm ki, oxucuların özlərini daha az solğun görməsi onların xeyrinədir. Rəngarənglik insanla xoruz arasında oxşarlıq yaradır. Bu quş isə uçmağı bacarmasa da, hər halda yer üzərində qürur və vüqarla gəzişir, lakin təkcə dünyaya milyonlarla yumurta bəxş etdiyi üçün deyil, həm də rəqabətin mədəni mənasını yaxşı anladığı üçün.
Davamı →

Mədəniyyət və faciə | Rolan Bart

  • Esse
Zəmanənin simasını ədəbi janrların hamısından daha artıq müəyyənləşdirəni faciədir, faciə zəmanəyə maksimum ləyaqət və dərinlik verir. Ən parlaq zəmanələr ən faciəvi zəmanələrdir: Afinada beşinci əsr, İngiltərədə Yelizavet dövrü, Fransada 17-ci əsr. Bu yüzilliklərdən kənarda faciə susur. Bəs həmin dövrlərdə həmin ölkələrdə nə baş verirdi ki, faciənin yaranmasını mümkün və hətta təbii edirdi? Bu janrın yayılma sahəsi belə geniş idi, faciə müəllifləri qrup-qrup yaranır, bir-birinin səsinə səs verirdilər. Biz aydın hiss edirik ki, zəmanənin keyfiyyəti ilə onun faciə məhsulu arasındakı əlaqə təsadüfi deyil. Məsələ bundadır ki, həmin dövrlər mədəniyyətin əsrləri idi…
Davamı →

Gənclik | Tomas Vulf

  • Esse
Gənclik – heyrətаmiz vаxtdır: o, əzаblаr və sehrlərlə doludur, insаn dа ötüb-keçməmiş gəncliyini dərk eləmir. Onunlа аyrılığа dözmək iqtidаrındа deyil, ötüb-keçməsinə sonsuz kədərlə, təəssüflə tаmаşа eləyir, onu itirdiyinə ömrünün son günlərinəcən yаs tutmаlıdır, əslində isə gizli qüssə dolu sevinclə sаlаmlаyır, əgər onu müəyyən sehrli  tərzdə geri qаytаrmаq mümkün olsаydı, bu dövrü bir daha yaşamağa qətiyyən razı olmazdı.

Niyə аxı? Məhz onа görə ki, həyаtın qəribə, аcı möcüzəsi özünü gənclikdə olduğundаn bu qədər аydın heç yerdə göstərmir. Bəs bizim gənclik illərimizdə həyаtın bu qədər kəskin, bu qədər ifаdəedilməz tərzdə, belə аcı аğrıyla, sevinclə duyduğumuz bu qəribə, аcı möcüzəsinin mаhiyyəti nədir?

Bizim zəngin olmаğımızdа – kаsıblıq; qüdrətliyik – heç şeyimiz yoxdur; bu dünyаnın bütün аğlаgəlməz dəbdəbəsini, əzəmətini görə-görə, eşidə-eşidə, qoxulаyа-qoxulаyа, sehrli həyаtın binаsının, insаnın bələd olduğu ən uğurlu, zəngin, xeyirxаh, xoşbəxt həyаtın bütün bu binаsının elə indi, bu аndа, həmişəlik bizim olduğunu duyа-duyа yаlnız аddım аtmаğа, əl uzаtmаğа, söz deməyə bəndik; аmmа bilirik ki, heç şeyi götürə, özününküləşdirə, qoruyub sаxlаyа bilmərik.
Davamı →

Paxıllıq haqqında | Seymur Baycan

  • Esse
Nəyə görə qardaşları Yusiflə pis davrandılar. Onu quyuya atdılar? Paxıllıqdan. 
Gəlin, paxıllığı insan ürəyində özünə rahat yuva qurmuş iyrənc və murdar bir qurda bənzədək. Bu qurd insana bir qram da rahatlıq vermir. Onun bütün həyatını cəhənnəmə çevirir. Paxıllıq adlı bu qurd insanı içindən yeyərək onu eybəcər hala salır. Paxıl insan daima bu qurdu yemləməlidi. Qurd isə doymaq bilmir ki, bilmir. Paxıl insan nə qədər varlı, imkanlı olsa da o yenə də paxıllıq etmək üçün bəhanə tapır. Deməli problemin kökü heç də insanın varlı və ya kasıb olmasında deyil.
Bu qurd hətta ən varlı adamların ürəyində belə özünə yuva qura bilər. Paxıl insan heç nədən zövq və həzz ala bilmir. Məsələn, o başqasının gözəlliyindən həzz ala bilər? Xeyr, başqasının gözəlliyi onu dəhşətə gətirir. O başqasının işindən zövq ala bilər? Xeyr, başqasının işi onu dəhşətə gətirir. O paxıllıq etdiyi insanın hər kiçik bir uğuruna görə iztirab çəkir, can verir, məhv olur. Ürəyində yuva salmış eybəcər qurdun tərpənməsi üçün heç də böyük-böyük səbəblər, böyük-böyük hadisələr gərək deyil.
Davamı →