Göygöl haqqında
– Bura niyə Yevlax avtovağzalı deyirlər ki?
– Salam, qaqa. Xoş gəlmisən!
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Azərbaycan ərazisində xristianlıq yeni eranın ilk əsrlərində yayılmışdır. Burada ilk xristian icmalarının yaranması da bu dövrə təsadüf edir. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (suriyapərəst) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Aqvan diyarının Kiş adlı yerində Qafqazda ilk xristian kilsəsini inşa etmişdir.
Vasili Blajennı kilsəsi — Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.
O, son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.
Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən Moskvanın mərkəzində Qızıl meydanda rus memarlığının fəxri sayıla biləcək bir abidə kimi Vasili Blajennı kilsəsi fərqliyi ilə göz oxşadırdı. Bu abidə yerləşdiyi əraziyə verdiyi gözəlliyi və memarlıq zənginliyi ilə seçilir. Həmin abidə, dünya memarlığı tarixində rus memarlığının rəmzinə çevrilmişdir.
Müqəddəs Pyotr kilsəsi — Romada, Vatikanın ərazisində yerləşir.
Bura dünyanın ən böyük kilsələrindən biri olmaqla bərabər, həm də katoliklərin döyünən ürəyidir. Kilsə Roma şəhərinin ən əsas dörd məbədindən biri sayılır. O, üç hektara yaxın ərazini əhatə edir və 60 min nəfərlik tutuma sahibdir.