Ədəbiyyatımızı əruzdan xilas etmək lazımdır

Azərbyacan şairi Mirzə Ələkbər Sabirin 1910-cuildə Salman Mümtaza verdiyi ilk və yeganə müsahibəsini təqdim edir.
1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi...

Davamı →

Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», "İkinci il", «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», "Əskik alıb, artıq satan tacir", «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa  və  Tülkü» təmsilini qələmə almışdır.

Davamı →

Sabir əzabı

Dostumuz Seymur Baycan illər öncə “Sabir dünyanın ən böyük şairidir” yazmış və əlavə etmişdi: “Çünki onun qəhrəmanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər. Rüşvətxor rektorlar, şeir yazan polis rəisləri, ədəbiyyat vurğunu olan prokurorlar, bütün ömrünü fəxri xiyabanda basdırılmağa xərcləmiş qələm adamları Sabirin şeirlərini əzbərdən deyir və onun yaradıcılığına yüksək qiymət verirlər. Halbuki, Sabir elə onlar haqqında yazırdı”.
Seymurun amansız həqiqətlə yüklənmiş bu cümlələri xeyli adamda acıq və qıcıq doğurmuşdu; dodaqaltından donquldanan kim, bağırıb-çığıran, donunu, şalvarını başına keçirən kim…

Davamı →

Mirzə Ələkbər Sabir - Amma, millət a!

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!….
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!….
Varlığın mərdanə elam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..
Davamı →

Neylərdin, ilahi?!

Mirzə Ələkbər SabirDaş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,
— Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış,
— Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış,
— Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
— Töxm əkməyə dehqanları neylərdin, ilahi?!
Davamı →

M.Ə.Sabir - Nə yazım ?

 Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni ta yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!


Ardı →

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! / Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!


Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi — cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılmna!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!


Davamı →

Mən belə əsrarı qana bilmirəm,

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..
M.Ə.Sabir

Davamı →