Sevgi hər şeydir!

  • Sevgi

Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli olan varlıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da duyğudur sevgi…

Yağmurlu havada yağış torpağa döyərkən kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir sevgi. Daşın istisinə sığınıb, onu qoruyacağına əmin və inamlı, etibarlı, güvənli bir duyğu kimidir sevgi…

Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o minicik quşun şükür duyğusudur sevgi…

Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.

Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.

Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini hədiyyə bilməkdir.
Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız danışmaqdır sevgi…

Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək ürəkdədir ki, yalansız və ixtiyarsız.
Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.

Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sevməkdir, sevə bilməkdir.
Sevgi insanın dünyada tərkinə öz Yaradıcısını axtardığı halda, gözlə görüb, əllə tuta biləcəyi varlıqda tapdığı duyğudur həm də…

Müəllif: Vüsalə Vətənxan


Davamı →

Sevgililər gününü özəl etməyin yolları

“Sevgililər günü”nü xüsusi və unudulmaz qeyd etmək üçün ilk öncə plan qurmalısınız. Sevgilinizlə birlikdə şam yeməyinə gedə, hətta  gecəni fərqli məkanda keçirə bilərsiniz. Ayrıca sevgilinizə verəcəyiniz hədiyyəni, üzərinə yazacağınız arzuları, o gün geyəcəyiniz paltarları də əvvəldən planlaşdırmalısınız. 

“Sevgililər günü”ndə sevgilinizə xüsusi bir hədiyyə ilə yanaşı  öz fantaziyanızla hazırladığınız kiçik bir hədiyyə verməniz də çox xoş sürpriz ola bilər. Hər kəs onun üçün vaxt və əmək sərf edildiyini görməkdən məmnun qalar, sevgiliniz də onun üçün xüsusi bir şeylər etdiyinizi gördüyündə çox təsirlənə bilər. Əlinizdən heç bir şey gəlmirsə, ya da vaxtınız yoxdursa, ən azından hədiyyə kartını özünüz hazırlayın.  

“Sevgililər günü”nə kiçik sürprizlə başlamaq mükəmməl ola bilər. Bütün günü birlikdə keçirəcəksinizsə, sevgilinizin günə gözəl sözlərlə başlamasını təmin edə bilərsiniz. Əgər axşam görüşəcəksinizsə, ona səhər çatacaq romantik bir məktub göndərə bilərsiniz. Gün ərzində ümid etmədiyi anlarda qarşısına çıxacaq romantik mesajlar, notlar, fotolar günü xüsusi hala gətirə bilər.


Ardı →

İki qum dənəsinin hekayəsi

Günün birində səhrada iki qum dənəsi qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun bir müddət çox yaxın olmuşlar. Bir-birlərini yanlarında, canlarında olaraq sevməyi öyrənmişlər. Və bir gün külək əsir, qum dənələrindən birini yerində saxlayıb, digərini bir az uzağa atır. Çox uzaq deyillərmiş, amma yenə də bir-birilərini görə bilmirlərmiş. Sevgiləri isə heç azalmamış, yenədə bir-birilərini sevməyə davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq görmədən səsləri ilə sevməyi öyrənmişlər.

Bir gün biri digərinə «sevgimizin sonsuz olması üçün eyni anda bir arzu arzulayaq» demiş. İkisi də eyni anda bir arzu arzulamış və tam o anda fırtına başlamış. Bu qovuşmamız sevgimizin sonsuza qədər davam etməsi ola bilər deyə ikisi də özlərini fırtınaya atmışlar. Gözlərini bağlayıb fırtına dayandığında sevgilərinin yanında olmasını arzulamışlar. Fırtına o qədər qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən tərpənməyən qumlar belə başqa yerlərə sovrulmuşlar.

Fırtına günlərlə davam etmiş, qum dənələri də dayanmadan sovrulumuşlar. İkisində də bir səbirsizlik baş qaldırmış. Fırtına dayanmamış əksinə artırmış. Fırtına dayanmaq bilmədikcə onlar da səbrlə sevməyi öyrənmişlər. Günlər keçmiş sonunda fırtına dayanmış gözlərini açdıqlarında ikisi də özlərini başqa aləmdə tapmışlar. Bu fırtınanın onları birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini yanlarında tapa bilməyincə ürəklərində dərin bir kədər hiss etmişlər və kədərlə sevməyi öyrənmişlər. Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla başqa-başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir an ölmək istəmişlər, amma sonra bir-birlərini heç görmədən, məsafələrə, maneələrə baxmayaraq sevməyi öyrənmişlər.
Ardı →

Yıllar geçti yardan hala gelmedi haber - Nazım Hikmet

Yıllar geçti yardan hala gelmedi haber 


Yıllar geçti yardan hala gelmedi haber
O vefasız yad ellerde acep ne eyler?
Rüzgar ona dertlerimi bari sen anlat
Git kaygısız şen gönlüne biraz elem kat

Ayrılmıştım ben onunla bir karlı gece
Hatırlamaz o geceyi belki iyice
Yıldızlarla parıldayan bir sema gibi
Yaş dolmuştu pek sevdiğim siyah gözleri

Yıllar var ki o bakışı düşünerekten
Aşkımızı ölmeyecek zannetmiştim ben
Bu hissimde yanılmamak ümidi bugün
Beni biraz yaşatıyor işte onunçün:

Rüzgar ona dertlerimi ne git ne anlat
Ne de gelip hasta ruha daha elem kat


Davamı →

Dahilərdən müdrik aforizmlər

Napolyon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanırlar.

Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.

Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.

Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.

Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.

Honore de Balzac
Bugünkü qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.

Goethe
Mal itirən bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.

Phyllis Bottome
Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirərsiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü.

Friedrich Holderlin
Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər də alçala bilməz.


Ardı →

“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.


Ardı →

Parisdəki Sevgi divarı

  • Sevgi

Je t’aime…I love you… Te amo… Mən səni sevirəm. Bütün dillərdə bu ifadə sevgililər üçün həzin bir melodiya kimi səslənir. Bəs əgər 311 dildə birdən? Düzdü, səslənməsə də görsənə bilər. Məhz bu sayda sevgi etirafı Parisin Monmartresində yerləşən sevgi divarında yazılıb.


Ardı →

JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”

Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.

KİTABDAN SEÇMƏLƏR: 

Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?


Ardı →

Tanışlıq zamanı kişilərin etdiyi səhvlər

  • Sevgi

Sevgi oyunlarında hər kəs bir nöqtədə rədd edilir. Təbii ki, nədən rədd edildiyinizi və  nəyi yanlış etdiyinizi bilmirsizsə, şansızını necə dəyişdirə bilərsiz?

Yaxşı ki, rədd edilən tək siz deyilsiz.

Kişilər qadınları ovlamağa çalışdıqları ilk gündən bəri rədd edilmək qorxusu ilə qarşı-qarşıya qalırlar. Çox kişi geyindiyi geyim və pulun qadınların diqqətini çəkdiyini düşünər,  ancaq əsas yol bundan daha sadədir. Problem siz deyil, özünüzü tanıtma tərzinizdir. Ailem.az kişilərin özünü tanıdarkən etdiyi səhvləri təqdim edir.

Bədən dilini anlamaq. Özgüvənin qadınları cəlb etdiyi doğrudur. Ancaq nə qədər rahat olmanız özünüzü tərifləməkdən daha üstündür. Axtardığınız açar bədən dilidir.


Ardı →

Sevgidə bədən dili

  • Sevgi

Mütəxəssislər sevgiliniz, ya həyat yoldaşınızın sizi sevib sevmədiyini hərəkətlərinə baxaraq anlaya biləcəyinizi deyirlər.

Cütlüklər bir-birinə bədən dili ilə “Səni sevirəm”, “Səni sevmirəm”, “Səndən asılıyam” kimi mesajlar verir. Yəni sevgi bədən dili ilə başlayır, sonra danışıq dilinə keçir. 

Sizə marağı varmı?
Araşdırmalar zamanı qadın, ya kişinin siqaret çəkərkən ovuc içinin çevrilmiş olduğu insana qarşı marağının olduğu müəyyənləşib. Bir qadın 5 kişinin içində siqaret çəkərək o tərəf, bu tərəfə baxarsa, ancaq ovcunun içi bir insana qarşı yönəlibsə, həmin kişi özünü “seçilmiş” hiss edə bilər.

Sevgilinizə sizi aldadıb aldatmadığını soruşduğunuzda burnunun ucunu qaşıyırsa, aldadıldığınızı düşünməkdə haqlısız! İnsanlar doğrunu deməkdə çətinlik çəkdikləri zaman qan təzyiqləri yüksəlir və burundakı kapilyar damarlar təzyiq gördüyündən qaşınır. Əlbəttə, hər burun qaşınması yalan deməyə işarə deyil.

Bəzən isə münasibətlər sübut kriteriyaları ucbatından bitə bilər. Məsələn, tərəflərdən biri digərinə “Gözlərimə uzun-uzun baxmırsan, deməli, artıq məni sevmirsən” deyir.

Bədən dili bədənimizin əlcəyinə bənzədilir. Bədən dili ilə yalan demək, özəlliklə sevgi kimi duyğusal bir məsələdə çox çətindir. 


Davamı →