Sevilən insan sevgisini insanlara verən insandır

Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmaq çox çətin olduğunu anlayır. İkisinin də şəxsiyyəti tamamilə fərqlidir, bu da onların tez-tez mübahisə etmələrinə gətirib çıxarır. Bu Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin reaksiyasına səbəb olur.

Bir neçə ay sonra bitməz tükənməz gəlin-qayınana döyüşləri onun və qayınanası ilə arada qalan yoldaşı üçün də cəhənnəm əzabına çevrilir. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qadın atasının köhnə yoldaşı olan ədviyyatçıya qaçır və dərdini danışır. Yaşlı adam ona bitkilərdən bir dərman hazırlayır və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün hazırladığı yeməklərin içinə qoymasını söyləyir. Zəhər az-az veriləcək, beləcə onu gəlininin öldürdüyü müəyyən olunmayacaqdı.

Yaşlı adam gənc qadına heç kimin və yoldaşının şübhələnməməsi üçün qaynanasına çox gözəl davranmağı, ona ən gözəl yeməkləri bişirməyini söyləyir. Sevinc içində evə qayıdan Li-Li yaşlı adamın dediklərini eynilə tətbiq edir.

Hər gün ən gözəl yeməkləri bişirərək qayınanasının qabına damla-damla zəhər damladırdı. Heç kəs şübhələnməsin deyə ona çox yaxşı davranırdı. Bir müddət sonra qaynanası çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Gənc qadın özünü ağır bir yük altında hiss etdiyi üçün peşman bir vəziyyətdə ədviyyatçının dükanının gedir və yaşlı adama bu ana qədər qayınanasına verdiyi zəhərləri onun qanından təmizləyəcək bir dərman üçün yalvardı. Yaşlı qadının ölməsini artıq istəmirdi.

Yaşlı adam yaşlı gözlərlə qarşısında dayanan Li- Li -yə baxdı və qəhqəhələrlə gülməyə başladı. Sevgili Li- Li dedi: ” Sənə verdiklərim ancaq vitaminlərdi. Əsl zəhər isə sənin beynində olan idi. Sən ona yaxşı davrandıqca o da dağıldı və yerini sevgiyə verdi, beləcə siz gerçək bir ana qız oldunuz “.
Köhnə bir Çin atalar sözü belə deyir; Gül verən əldə gül qoxusu qalar. Sevilən insan sevgisini insanlara verən insandır.
Davamı →

Sevginin növləri

  • Sevgi

Ən geniş yayılmış sevgi tipologiyalarına daxildir Dimitri  Li tərəfindən  irəli sürülmüş tipologiya nəzəriyyəsi. Nəzəriyyədə irəli sürülən  tipologiyalar təxminən  807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə,  aşağıdakı növ tiplər  göstərilir:

Eros – ehtiraslı, yalnız əylancə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik.

Lyudus – gedonostik oyun-sevgi,  heç də daimi olmayan  müvəqqəti xarakter daşıyır, xəyanətə meyllik.

Storqe – sakit, etibarlı və xoş dostluq -sevgi tipi.

Praqma – lyudus və storqe tiplərinin birləşməsindən  təşkil olunub. Şüurlu şəkildə idarə olunan, hesablı sevgi tipi.

Maniya – eros və lyudusun birləşməsindən əmələ gəlib. irrasional sevgi, sevgi obyektindən asılı olmağa meyllik, inamsızlıq və sılılıq nümayiş göstərən tip.

Aqape  – eros və stroqenin sintezi, təmənnasız sevgi, özünüqurban tipi.

Belə fərz  olunur ki, qadınlar üçün daha çox storqi, praqmatik və maniakal tip sevgilər mövcuddur.  Kişilər üçün isə daha çox eros və lyudus sevgi tipləri xarakterikdir.


Ardı →

Sevginin müxtəlif dilləri

  • Sevgi
İnsanlar sevgini təkcə söz diliylə ifadə etməzlər. Sevgini ifadə etmə tərzləri müxtəlif şəkillərdə ola bilər. Sevgini sözlərlə ifadə edə bildiyimiz kimi, toxunaraq, maraqlanaraq, onun üçün nəsə edərək, yəni xidmət göstərərək, bir yerdə vaxt keçirərək də anlatmaq olar.

Cütlüklərin işlətdikləri sevgi dillərinin müxtəlif olması bəzən insanlar arasında sevginin anlaşılmamasına gətirib çıxara bilər. Əgər tərəflərdən biri sevgisini fərqli bir səkildə ortaya qoyursa, bunu anlamayan digər tərəf xəyal qırıqlığına uğrayaraq sevilmədiyini düşünə bilər.

Əgər bir uşaq hər an “Səni sevirəm” sözləri ilə böyüdülürsə, o uşaq böyüyüb evləndiyində həyat yoldaşından da eyni şeyi gözləyə bilər. Və həyat yoldaşının sevgi dilini öyrənənə qədər sevilmədiyi düşüncəsinə qapılıb özünü də, sevgisini də ifadə etməyə bilər.

Təqdir etmək və ya təsdiq etmək də bir növ sevgi dilidir. “Nə gözəl geyinmisən”, “Hazırladığın yeməyi bəyəndim”, “Bunu nə gözəl eləmisən” və s. bunlar da sevginin bir ifadəsidir. Ancaq bəzi insanların sevgi, təsdiq sözcüklərinə o qədər ehtiyacları olur ki, bunu həddindən artıq gözləyirlər. Bu isə artıq valideyn-övlad münasibətlərindəki bəzi səhvlərdən irəli gəlir. Belə bir insanla evli olanlar sevgi sözcüklərini az istifadə etdikləri təqdirdə həyat yoldaşlarını xoşbəxt etməkdə çətinlik çəkəcəklər. Həmin həyat yoldaşı da böyük ehtimalla dəyər verilmədiyi, sevilmədiyi duyğusuna qapılacaq. Belə vəziyyətlərdə yoldaşının o ehtiyacını anlayan insanın sevgi sözcüklərini daha çox işlətməsi lazımdır. Bu insanlar yoldaşlarının yaxşı cəhətlərini bol-bol tərifləməli, ancaq yanlış olduğunu düşündükdə də bunu onlarla paylaşmalıdırlar.
Ardı →

Sevginin 10 sirri

  • Sevgi

Birinci sirr – Sevmək düşünməkdir. Sevgi düşüncədən başlayır. Biz özümüzü düşüncələrimizdə əks etdiririk. Və sevgi haqqındaki düşüncələrimiz bizim sevgimizi və sevgi münasibətlərimizin yaradıcısıdır.

İkinci sir — Sevmək hörmət etməkdir. Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır. Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.

Üçüncü sirr– Sevmək özündən hədiyyə verməkdir. Əgər siz xəyal etdiyiniz (arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız.
Sevginizi nə qədər çox versəniz, bir o qədər çox sevgi alacaqsınız. Sevmək — heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir. Sevginin gizli sirri ondadır ki, heç vaxt ondan nə ala biləcəksiniz deyə düşünməyin, her zaman sevdiyinizə nə verə biləcəyinizi düşünün.


Ardı →

İtalyan ehtirası: Frenk Sinatra

  • Sevgi
Frenk SinatraFrenk Sinatra – Amerika üçün həm “XX yüzilliyin ən məşhur müğənnisi”, həm Hollivudun “qızıl dövrü”nün, həm də şou–biznes aləminin simvolu hesab edilir.

Bir sözlə, Frenk Sinatra bir əfsanə olaraq yaddaşlarda qalmış və onun həyatı dünya mədəniyyətinin ən parlaq səhifəsi sayılır.

Məşhur mafiya ocağı hesab edilən Siciliyada onu “XX əsrin ən arzuolunan kişisi” adlandırmışlar. Frenk Sinatra yaşadığı dövrdə neçə-neçə prezidentlərlə, məşhur siyasətçilərlə, dünyanın 1 nömrəli gözəlləri ilə, hətta kriminal avtoritetlərlə belə yoldaşlıq – dostluq etmişdir.

Frenk Sinatranın sevgi – məhəbbət tarixçəsinə nəzər salsaq görərik ki, onun yalnız bir həqiqi istəklisi olub. O qadına olan sevgisinin ucbatından, Frenk özünün o cür məlahətli səsini belə, itiribmiş. Hətta bir neçə dəfə özünə qəsd etməyə də cəhd edibmiş. Ətrafında məşhur Hollivud gözəlləri olan Merlin Monro, Lana Terner və digərləri olmasına və onlarla yaxın dostluq etməsinə baxmayaraq, Frenk yalnız bir qadının vurğunu idi. Bu qadın 1940-1950-ci illərdə Holluvudun ən gözəl aktrisası Ava Qardner idi. Ava Qardner çox cəlbedici, füsunkar və gözəl bir qadın olub.
Ardı →

Sevgisizlik xəstəliyinə tutulmuşuq…

Hər gün yolda, iş yerində, televizorda, internetdə rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz donuq, mənasız, boş, hüzünlü və davakar üz ifadəsinin ardında sevgisizlik ruhu gizlənmişdir. Sevgisizlik əvvəl insanın qəlbində bir tənhalıq arzusu, hüzursuzluq, bikefliklə özünü göstərir, sonra da stres, depressiya, laqeydlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, aqressivliyə qədər gedib çatan bir xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bəziləri “inteligent”, millətə üstdən aşağı baxan, çox bilmiş, lovğa-lovğa danışan, heç kimi bəyənməyən, heç kimi sevməyən, hər kəsə ağıl verən insanlardır. Belə düşünək: bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşlığı təqdir etdiyinə, bir insana hörmət göstərib könül aldığına, gözəl sevgi cümlələri istifadə etməsinə rast gəlmək mümkün deyil. Ruhları təkəbbürdən, eqoizmdən bərkimişdir. Amma həmin insanlar qəzəbə, nifrətə, kinə gələndə özlərini bu hisslərə ən yüksək səviyyədə qapdırırlar.


Ardı →

Soyuducudakı qartopu

Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.

— İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.

Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.

— Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.

O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…


Ardı →

Sevgi faktları

  • Sevgi
Səhərlər həyat yoldaşını öpən kişilərin ömrü, öpməyənlərdən 5 il daha uzun olur.

Ən köhnə sevgi mahnısı 4 000 il bundan əvvəl yazılıb. Bu mahnı Dəclə və Fərat çayları arasındakı bölgədən tapılıb.

Qadınların ilk gün cinsəl yaxınlığı qəbul etməməsinin ən böyük səbəbi, azı 78 faizinin səbəbi istənməyən tüklər olurmuş…

Feminist qadınlar həmcinslərinə görə, daha romantik olurlar.

İnsanların 70 faizi yeni tanış olduqlarından daha çox uzun müddət tanıdıqları insanlara vurulduğunu söyləyir.

Necə aşiq olduğunu izah edən insanlar özlərinə nəzarət edə bilmirlər.
Aşiq olmaq bədən və zehin üzərində sakitləşdirici təsirə malik olur ki, bu da bir il ərzində sinir sistemini inkişaf etdirir. Dolayısı ilə eşq insanın hafizəsinə də güclü təsir göstərir.
Ardı →

Hollivuddakı əfsanəvi sevgi, xəyanət və intihar

  • Sevgi

Natali Vud və Robert VaqnerHollivudun almaz kimi bərq vuran parlaq həyatının içində unudulmaz eşq hekayələri hər zaman olub və indi də yaşanmaqdadır.  XX əsrin əvvəllərindən kino sahəsinin sürətli inkişafı bu həyatı daha gözəgəlimli və cəlbedici hala gətirdi.

Dünyanın hər yerindən aktyor və aktrisalar «arı pətəyə yığışan kimi» Hollivuda can atmağa başladılar. Belə yerdə deyərlər… «Ehh Hollivud, Hollivud… Nələr gördün, nələr yaşadın, kim bilir...» Bilinənlər və göz qabağında olanlar, hər kəsi maraqdan çatladan eşq hekayələri vardı, əlbəttə. Sevgiləri ilə çoxlarına misal olan belə cütlüklər sırasında Natali Vud və Robert Vaqnerin xüsusi yeri olduğunu vurğulamasaq, ədalətsizlik etmiş olarıq...

Gənclər görüşdülər, sevdilər və evləndilər. Onlar ən ideal cütlük idilər. Tək ailədə yox, həm də filmlərdə. On il ayrılıqdan sonra onlar yenidən bir-birini dəlicəsinə sevməyə başladılar. Bu dəfə birliklərinin həmişəlik olmasına söz verdilər. Amma həyat onlara ağır günlər vəd edirdi…


Ardı →