Diqqətli olaq: Şübhə sevgini yox edən səbəblərdəndir

Şübhə insana psixoloji  zərər vuran ən əsas amillərdən biridir. Bu elə gizli təhlükədir ki, insanı daxilən yeyib-bitirir, qəlbini, beynini məşğul edərək, ətrafına qarşı sevgisizlik və güvənsizlik yaradır, pessimizmə sürükləyir.  Şübhə hər zaman və hər mövzuda ortaya çıxa bilər və ən geniş yayılan növlərindən biri, insanın özünə duyulan sevgidən şübhə duymasıdır. Bəs bu nədən qaynaqlanır? İnsan hansı hallarda ona göstərilən sevgidən şübhə duyur?


Ardı →

Əsl sevgi

Bütün insanların ortaq bir arzusu var:  xoşbəxt olmaq.  Hər kəS xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin sirri isə əsl sevgidə gizlənmişdir. Həyatdan almaq istədiyimiz çox şey olsa da, əslində bizi xoşbəxt edəcək tək şeyin əsl sevgi olduğunu bilirik. Bu gözəl duyğunu yaşamaq istəsək də, bir çoxumuz buna heç vaxt nail ola bilmir. Çünki əsl sevgi bizi Yaradan Allah çox sevildikdə yaşana bilər. Qəlbində zərrə qədər Allah sevgisi olmayan bir insan nə qədər cəhd etsə də, məqsədinə çatmaz. Əsl sevginin ləzzətini duya bilməz. Əsl sevgi Allah sevgisidir. Bir qadına, körpə uşağa, gülə-çiçəyə, ümumiyyətlə gözəl varlıqlara yönəldilən sevgi təməlində Allah sevgisi yoxdursa, heç nə ifadə etmir.

 Allah'a səmimi inanan insanın qəlbində Allah sevgisi olur. Bu sevgi tərtəmizdir, məsumdur. Səbirlidir, güclüdür, səbəblərə görə dəyişmir, azalmır, zəifləmir. Getdikcə artır...

Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allah'dır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. İnsanın bütün hüceyrələri Allah sevgisinə görə yaradılıb. Buna görə Allah aşiqlərinin üzündə onları başqalarından fərqləndirən nur olur.  Baxışları donuq, cansız, təbəssümləri belə süni görünən, ruh kimi gəzən insanlar isə həqiqətən Allah sevgisini yaşamayan bədbəxt insanlardır.  


Ardı →

RUHUMUZUN SEVGİYƏ EHTİYACI VAR, NİFRƏT İLƏ ÖZÜMÜZƏ ZÜLM ETMƏYƏK

Bütün insanlar fitrətən sevgi ilə bərabər doğulurlar. Allah sevməyi və sevilməyi sevdiyi üçün bizi də sevgi ilə yaradıb. İnsan dünyaya gəldikdə fitrətində sevgi olduğu üçün tərtəmiz və məsum olur. Uşaqlara diqqət etdikdə bunu daha yaxşı anlayırıq. Kin, nifrət nədir, qəzəb nədir bilmirlər. Sadəcə ətrafa sevgi saçırlar. Böyüdükcə isə insan nifrəti, zülmü, önmühakiməni, kini, düşmənçiliyi öyrənir. İnsana zərər verən, ruhunu qaraldan bu hissləri ona öyrədən şeytandır.


Ardı →

Bir gün mənsiz qalacaqsan...

      Əgər istəsən...
      Bir gün qaranlıq gecə səni darıxdırsa ,işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm.

      Xatirələr olar əl ağacım, əgər istəsən...


      Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm. 
      Bəlkə onda yalqızlığımla barışam.... 
Ardı →

Tükənməz eşqin beş sirri

  • Sevgi
Beş qaydaya riayət etməklə, məhəbbət sonsuza qədər sürərmi? Amerikanın məşhur psixoloqları bu barədə öz qənaətlərini açıqlayıblar. Hər yaş qrupundan olan qadın və kişilərin münasibətlərinin araşdırılması çoxlu faktlar ortaya qoyub. Axtardığını tapmaq, hətta sevmək xüsusi şəraitin olmasından asılıdır.

Cütlüklər arasındakı məhəbbətin uzunömürlü olmasını kim istəməz ki? Sosioloqlar, psixoloqlar və bir sıra başqa peşə sahibləri sevənlər ayrılmasın deyə illərdir ki, tədqiqatlar aparırlar. Bu tədqiqatlarda cütlükləri boşanmağa aparan problemləri axtarıb müzakirə etməyə yox, çox zaman özünü xoşbəxt sayanların üstünlük verdikləri bir üsula müraciət edilib.

Hər bir şəxsi münasibəti araşdırarkən, problemləri öz süzgəclərindən keçirib ayırd etməyə çalışıblar. Bu üsuldan istifadə edən cütlüklər digərlərindən heç də daha ağıllı, daha imkanlı, ya da daha təhsilli deyillər. Sadəcə, daha həyəcanlı eşq həyatı yaşamaqla bərabər, bir-birilərini daha yaxşı başa düşməyə çalışır və bir-birilərinə hörmət edirlər.
Ardı →

Oyuncaq

  • Sevgi

OYUNCAQ

(MƏKTUB 2)

O sevgilər ki, əbədidir, o sevgilər ki, təmiz hislər üzərində yaranıb,  hər zaman acı verir, nifrətlə anılır, təəssüratları daim hiddət doğurur. O sevgilər ki, müvəqqətidir, o sevgilər ki, ötəri həvəslərdən doğur, hər zaman  xoş təəssüratlarla yadda qalır, daim təbəssümlə xatırlanır. Sevginin anormallığı da məhz bundadır...

Artıq yarım saatdan çox idi ki, öz oyuncağı ilə oynayan, hərdən isə çevrilib ehtiyatla ona baxan uşağa gözlərini dikərək xəyala dalmışdı. Uşaq hər dəfə ona baxanda öz oyuncağını əlində daha möhkəm sıxır, oyuncağının əlindən alınacağından ehtiyat edirdi. Uşaqlar necə də qəribə olurlar – onlara yalnız sevdikləri oyuncaq və güvəndikləri, heç bir zaman onları atmayacağına əmin olduqları insan lazımdı. Başqa heç nə istəmirlər. İtirəcəkləri yeganə şey oyuncaqlarıdı. Və bu kiçik, adi, bəzən bir tərəfi qırılmış oyuncağı itirərkən, ya da əllərindən alınarkən uzun-uzadı ağlayaraq göz yaşı axıtdıqları zaman yaratdıqları mənzərəyə baxanda sadəcə gülümsəyirsən. İnsan yaşa dolduqca çox şeylər itirir. Bunları öz səhvləri üzündən, qürurundan, zəifliyindən, hərdən də əlacsızlığından itirir.  Bəzən bu itirdikləri arasında o qədər dəyərliləri olur ki, uşağın itirdiyi sadə bir oyuncağa görə axıtdığı göz yaşları sadəcə təbəssümə səbəb olur…


Ardı →

Səni çox sevirəm

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinfindəki şagirdlərini mükafatlandırmağı qərara almışdı.

Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...

Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Sonra da əlavə iki lent verərək: “Sinfimizdə bir layihə həyata keçiririk. Əgər mümkünsə, siz də istədiyiniz bir adamı mükafatlandırın və ona əlavə bir lent verin. Qoy, o da başqasını mükafatlandırsın”, — demişdi...

O gün həmin vəzifəli şəxs acıdilliyi ilə tanınan müdirini mükafatlandırmağı qərara aldı. Müdirinin otağına girərək, “dahi bir insan olduğu üçün” onu mükafatlandırmaq istədiyini bildirdi. Sonra da mavi lenti yaxasına sancmaq üçün icazə verib-vermədiyini soruşdu.


Ardı →

Mən məhəbbətin tərəfindəyəm | Oşo

  • Sevgi
Mənə tez-tez sual verilir:
-Mən məhəbbətin tərəfindəyəm! Məhəbbət ehtirasdır, yoxsa bağlılıq?
Cavab verirəm: Məhəbbətdə hər ikisi labüddür. Ola bilər ki, kimisində bağlılıq daha çoxdur və ya əksinə.

Bilmək lazımdır. Məhəbbət, boynuna özü qədər ağırlığı yükləyib uçmaqdan məhrum edilmiş sərçə deyil. Və ya məhəbbəti qızıl qəfəsdə yerləşdirilərək uçmaqdan və azadlıqdan məhrum etmək də doğru yol deyil. 

“Məhəbbət” söz deyil, kəlmə deyil. Özündə böyük anlam daşıyır. O sənin üçün bir pətək bal ola bilər, həmçinin acı zəhər də ola bilər. Əlbəttə onun necə olması sənin özündən aslıdır. 

Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədi ilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.
Ardı →

Kişilər sevəndə

kişi sevirsə...
Qarşıdakı kişinin aşiq olduğunu hərəkətlərindən bilmək olur. 

Xeyirxahlıq mələyi – Sevgi kişiləri xeyirxah mələk halına gətirir. Sevdiyini itirmə qorxusu kişiləri davamlı olaraq əlaqə saxlayıb ünsiyyət qurmağa təhrik edir

Gülümsəyən bir üz – Kişilər tənqid edilmədən dinləyi sevir. Gərgin iş günündən sonra yorğun kişi üçün gülümsəyən qadın mükafat kimidir. Həmçinin sevdiyi qadını hər zaman güldürmək istəyir.
Ardı →

Münasibətlərinizə zərər verən davranışlar

  • Sevgi
Sevgilinizin dostları ilə yaxşı münasibət quraraq onun dünyası ilə daha yaxından tanış ola bilərsiniz. Lakin bu əlaqədə ehtiyatlı davranmaq lazımdır. 

Diqqətsizlik
Bəzən özünüzə baxmamağınız onun sizə qarşı olan diqqətini azalda bilər. Məsələn, geniş köynəklər, idman papaqları və köhnə geyimlər kişilərin sizə olan diqqət və qayğısını azaldır. 

Bir çoxları hesab edir ki, kişilərin makiyajsız və sadə geyinən qadınlardan xoşu gəlir.  Lakin bu nəzəriyyə doğru deyil. Kişilər normal makiyaj edən və gözəl geyinən qadınları daha çox bəyənir. Kişilərin saf və duyğusal qadınlarından xoşu gəlmədiyi məlumdur. Bu qadınların xarici görünüşünə də aiddir. 

Dürüst olun
Sevgilinizə yalan söyləmək düzgün deyil və çalışın mümkün qədər yalan danışmayın. 
Sizin sevgili olmağınız o demək deyil ki, onun hər sözünə əməl etməlisiniz. Fikirlərinizi və etirazlarınızı bildirməkdən çəkinməyin. Unutmayın ki, sizin sevgilinizdən başqa da şəsxi həyatınız mövcuddur.
Davamı →