Çiçəklər sevgi rəmzidir

Böyük bir hökmdarın 3 oğlu olur və onlardan birini varis seçmək istəyir. Bu isə çox çətin olur, çünki hər üçü həm ağıllı, həm də cəsur olur. Üçəm olduqları üçün də yaş fərqləri olmur və bu daha da çətinləşdirir seçimi. Hökmdar müdrik bir şəxslə məsləhətləşir və qərara gəlir.


Evə qayıdan kimi oğullarını çağırır yanına və onlara çiçək toxumları verib, bir neçə illik səyahətə çıxacağını söyləyir. Toxumları yaxşı saxlamağı tapşıraraq, səyahətdən qayıdanda toxumları geri istəyəcəyini bildirir. Hökmdar səyahətə çıxır.


Birinci oğul nə edəcəyini düşünüb, qərara alır ki, həmin toxumları dəmir seyfdə saxlasın və atası qayıdanda toxumlar olduğu kimi qalacaq.


İkinci oğul düşünür ki, əgər mən də onu kimi saxlasam toxumlar xarab olub gedəcək və mağazaya gedib satır toxumları. Atası qayıdanda da həmin pula atasının verdiyi toxumlardan da yaxşısını alıb verəcəyini düşünür.


Üçüncü oğul isə bağa gedib toxumları səpir.


Ardı →

Könlünə sevgi hakim olsun!

  • Sevgi
Kim istəməz evə gəlişi toy-bayram olmasın, sözü eşidilməsin, ağrıyanda başına pərvanə kimi dolanmasınlar, sevgi, qayğı ilə əhatə etməsinlər?
Əlbəttə ki, hər kəs istəyər. Əslində bu istəklər ailə səadəti, sevgi atmosferidir.
Amma bu səadəti qazanmaq üçün öz ətrafına lazım olan səmimiyyəti, fədakarlığı göstərməyi də bacarmalısan. Bir sözlə, sevgi uman, fədakarlıq gözləyən hər kəs gərək öz ətrafını bunlara layiq olduğuna inandırsın.

Sən başqalarından umduğun kimi, başqaları da səndən umurlar. Eyni münasibət ailədaxili münasibətlərə də aiddir.
Ardı →

Sevir yoxsa sevmir?

  • Sevgi
  1. Bəli, elədir — 4 bal
  2. Bəlkə, elədir, əmin deyiləm — 3 bal
  3. Məncə elə deyil — 2 bal
  4. Xeyr elə deyil — 1 bal
Aşağıda gördüyünüz sualları yuxarıdakı variantlardan istifadə edərək cavablandırın. Daha sonra balınızı hesablayıb nəticəyə baxın. 
Ardı →

Sevgi fədakarlıq istər

  • Sevgi

Zaur və Zərifə adında 2 gənc var imiş. Qız çox gözəl, oğlan da çox yaraşıqlı imiş… Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişlər. Hər ikisinin də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə müddətdən sonra Zaur ailəsi ilə Zərifəni istəməyə getmişlər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdir. Günlərin birində Zaur Zərifəyə zəng edir və deyir..«Həyatım neynirsən? — Heç yemək bişirirəm, yemək yeyəcəm. Onda yeməyini qurtarandan sonra hazırlaş 2 bilet almışam seni kinoya aparacam. Baş üstə, eşqim… zəng edərəm» deyib, dəstəyi asıb, yemək hazırlamağa davam etmiş. Elə bu vaxt mətbəxdəki qaz balonu partlamış..və bu Zərifənin bütün bədənini dəlik-deşik etmişdir…


Ardı →

Sevgidən nifrətə bir addım

  • Sevgi
İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.Bəs görəsən insan sevərkən düşünüb sevir? Əlbətdə ki,yox. Sevgi insan qəlbinə xəbər vermədən yol tapır,düşünmək üçün isə imkanın olmur.
Ardı →

Necə də acizsiniz!!!

  • Sevgi

Elə bil ölmüsən… Səni hətta görəndə belə mənə elə gəlir tamam başqasıdır. Həmin cizgilər də elə bil dəyişib. Elə bil birinci dəfədir görürəm səni. Tamam başqasıdır qarşımda duran.


Səni əvvəlkindən də çox istəyirəm. Həmişə əzizsən mənə, həmişə anıram səni.  Anıram səni, amma başqa səni.  Həmişə yanımda duran, xəfifcə gülümsəyən, hamıdan əvvəl məni başa düşən, məni duyan, mənə hər kəsdən əziz səni. Amma indi o təbəssümün ala- toran yaddaşımda əsir. Onu görürəm, amma hardasa uzaqda. Boylarııram ki, yaxşıca görüm. Amma təbəssüm yerindən tərpənmir. Nə yaxınlaşır, nə uzaqlaşır.


Ardı →

Sevgini qoru

  • Sevgi

Çoxlarımızın hələ də qəbul etmək istəmədiyi şeylər var. Sevgi bütün insanların heç olmasa ömründə bir dəfə qarşısına çıxan bir hadisədir. Hər bir insanı həyatda yaşadan sevgidir. Sevgisiz insan tənha və qanadsız quşa bənzəyir. Amma asan nəsə olmadığı kimi sevgini də qoruyub,saxlamaq çox çətindir. Hər kəs sevib-sevilə bilər amma hər bir insan öz sevgisinə qovuşa bilməz. Əgər həqiqətən sevirsənsə ,sevgin uğrunda mübarizə apararaq onu qorumağa çalışmalısan. Əks halda sevginlə vidalaşarsan,bu isə əsl  sevən üçün dözülməzdir.Belə bir deyim var: zaman yaraları sağaldır və hər şeyi unutdurur,həqiqətdə isə bu belə deyil.


Ardı →

Adınızın baş hərfinə uyğun sevgi

  • Sevgi
A — Sevgidə o qədər də romantik deyilsiniz! Hərəkətcil deyilsiniz. Flirt edəcək qədər səbirli deyilsiniz. Qürür hissləriniz daha çoxdur.

B — Hissiyatlı və romantik… əsl sizə görədir. Şam işığında yemək, ay işığında gəzmək və s. əsl sizə görədir. Sevgiliniz sizə hədiyyə almalıdır mütləq, çünki belə şeylərdən lap çox xoşunuz gəlir. Iradəniz güclüdür, amma sevginizi ifadə etmək qabiliyyəti qənaətbəxş deyil.

C — Son dərəcə sosialsınız. Sevgilinizin həmişə yanınızda olmasını istəyirsiniz. Hər adamla yola gedən deyilsiniz. Uzunmüddətl i əlaqələri xoşlayırsınız. Sədaqət sizin üçün hər şeydən üstün durur.
Ardı →

Həyatda olmuş sevgi hekayəsi

  • Sevgi

Günlərin bir günü bir yetim qız və yetim oğlan bir-birlərini görür.Qızın 19,oğlanın isə 16 yaşı olur.Qız oğlandan 3 yaş böyük olur.Tale bu sevginin üzünə gülmür.Oğlanın əsgərlik vaxtı gəlib çatır və oğlan əsgərliyə gedir.Qız da özünə söz verir ki,oğlanı əsgərlikdən gələnə qədər gözləyəcək.


Ardı →