Saçlara qulluq
Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar. Bu tip saçlara sahib olanlara başlarını tez-tez yumaq lazım gəlmir. Belə saçlar uzun müddət ərzində öz cazibədar görünüşünü saxlayırlar. Lakin digər saç tiplərinə olduğu kimi, normal saçlara da düzgün qulluq göstərilməsi tələb olunur, əks halda onlar bütün öz yaxşı xüsusiyyətlərini itirə bilərlər. Normal saçları həftədə bir dəfə olmaqla, yalnız bu tip saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etməklə yumşaq su ilə yumaq olar. Yuyulduqdan sonra onları dərman otlarından hazırlanmış dəmləmələr ilə yaxalamaq məsləhət görülür.
Ardı →