Məhsəti Gəncəvi

XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

Davamı →

Yuxularımızda oxşarlıq varmı görəsən? ("Esther`ə Məktublar" adlı kitabımdan)

...Günəş xəfif addımlarla yaxınlaşır Bakıya...
Şərqdən gələn ilk şəfəqləri hiss edən quşlar bir ağızdan oxuyurlar.
Mən bunu anladım o səslərdən :
— Nəisə başlayacaq.
Bu qaranlıq çəkildiyi vaxt, daha öncə heç nə olmamış nəisə olacaq. Bütün canlıların dörd gözlə gözlədiyi, yoxluğuna neçə vaxtır ki güclə davam gətirəcəyimiz nəisə. Bir möcüzə.
Ardı →

Esther


— Sən  pəncərəni  bağlaya  bilərsən?

— Mən  elə  bilirdim  sən  təmiz  havanı  sevirsən..

— Sevirəm!  Sadəcə...  Payız…   O,  həmişə  həyata  keçməyən  arzular  qoxuyur...

     [Oleg  Tischenkov  /  Payız  löhvələri]

 


Ardı →

Sənə yar,səndən yar,şikayətim var

Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə sev deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimdə, sədaqətim var.

Mən tək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda,
Ölsəm də açmaram sirrimi yada,
Səndən yar, sənə yar şikayətim var."
Ardı →

Yağış

Yaxaladın yenə məni küçədə,

Şıltaqlığın bəla oldu başıma.

Soyuqladım, üşüdüm gör necə də,

Damlaların qarışdı göz yaşıma.

 

İslanmğım tamam başqa gözəllik,

Düşünmə ki, bir gün səndən bezərəm.

Sən payıza «yandırılan üzərlik»,

Hər işvənə, hər nazına dözərəm.

 

Damlaların həyatıma bir naxış,

Çətin, özgə gözəlliyə meyl edim.

Narın-narın, asta-asta yağ yağış,

Qoy mən səni pəncətədən seyr edim.

 

Xuraman Hüseynzade


Davamı →

Mənim öz dünyam var

Mənim öz dünyam var orda tənhayam
Özümlə danişıb dərdləşirəm mən
Orda bir mən varam, birdə xəyallar
Orda hər insandan yaşayır bir qəm

Ikinci insana yoxdur ehtiyac
Orda mən tənhayam, hürəm azadam
Dünyadan bir fərqi qalmaz oranın
Əgər olsa orda ikinci adam

Orda dərd, kədər var hicran, həsrət var
Onlar da mehriban cəm yaşayırlar
Kiçik varlığımda azad, hürdülər
Dünyanın dərdini tək daşıyırlar

Ürəyim onların sığınacağı
Cismimdə limandır, dincəlmək üçün
 Allahla vəhdətdə olmalısan bil
Mənim bu dünyama sən gəlmək üçün

Burda yox xəyanət pislik, xəbislik
Bura məkanıdı günasızların
Yoxdur orda şöhrət nədə ki, nəfis
Dərd, kədər, həsrətdi şöhrətim varım

Yoxdur burda rüşvət nədə, rüşvətxor
Burda bir ürək var, yalandan uzaq
Mən, qələm, xəyallar, düşüncələrim
Daşıyırıq dünyanın yükünü ancaq

Barı bu dünyama girməsin kimsə
Qoyun xəyallarım məsum, pak qalsın
Dünyaya gələndə məsum, pak gəlmiş
Dəyməyin gəldiyi kimi qocalsın

Qaçıb, insan adı daşıyanlardan
Cismimə, ruhuma sığınmışam mən
Qaçıb, sağkən ölü yaşıyanlardan
Seçmişəm özümə dərd, qəmi həmdəm

Mənim bu dünyamın öz qanunu var
Vicdanım məkkumdu, hakimsə özüm
Burda yer yoxdu r ki, reyakarlığa
Burda haqq, ədalət deyir son sözün

Həm xoşbəxtəm, həm də bədbəxtəm burda
Xoşbəxtəm, saf, təmiz xəyallarım var
Bədbəxtəm, cəm olub sinəmdə dərdlər
Gərçəkləşmir burda şirin arzular

Yalqızam, tənhayam, xoşbəxtəm, hürəm
Qarışıq dünyaya mən qarışmıram
Şöhrət qullarıyla var düşgünləri
Bilsinlər, onlarla mən yarışmıram
Davamı →

Əla şer.

Bir ömrun səadət payına həsrət
 Yarımı itirmiş yarıyam indi.
 Inanma kimisə xoşbəxt eləyəm
 Kiminsə bəxtinə yarıyam indi.

 Bir küskün ovqatam,kədərli çagam,
 Səhra dolawıram gülzarsız bağam.
 Hərdən tanrıma da aşiyəm,ağam,
 Sancmağa yer gəzən arıyam indi.
Ardı →