Yağış

Pəncərənin o tayında,

Yenə də bulud çağlayır

Bəlkə səma öz hayında,

Bu gecə yenə ağlayır.

.

Yaman tez ağlar payızı

Ərköyün uşaqlar kimi.

Göylərin yoxmu atası?

Onun gözlərin silmirmi?

.

Bu qədər ağlamaq olmaz.

Verin göyə bir təsəlli.

Ağlamaqla dərd azalmaz -

Səma bunları bilmirmi?

.

Nədir səmanın görəsən

Bu payızla ədavəti?

Uca ikən, olub küsən

Uşaqtək ağlamaq nədi?

.

Amma dəymə, ağlasın da.

Kiritməyin o yazığı.

Bəlkə elə səmanın da

Ağlamaqdır ucalığı.

.

Göylər ağlayır hər dərdə.

Səmada nə yalan olar?

Heç olmasa o göylərdə

Ağlamağa cəsarət var.


Cavidan Hacıyev


Davamı →

YAĞIŞ YAĞARKƏN - MİKAYIL MÜŞVİQ

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına fırıl-fırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!

Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq.
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır,

Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.

Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış,
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın səma köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!

Yağ ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.


Davamı →

Yağış suyunun bitkilərə faydası

İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.

İnsanlar kimi bitkilər də qida və su ehtiyaclarını ödəyə bilməyəndə quruyub ölə bilərlər. Sulama zamanı suyun həddini aşmaq və ya su qıtlığı bitkinin qurumasına səbəb olur. Buna görə bitkilərin düzgün şəkildə sulanmasına diqqət edin.

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan əmərək əldə edirlər.

Saxsı qablarda yetişdirdiyiniz bitkinin torpağındakı su və qidalar bitkinin aktivliyi nəticəsində azalır.

Bitkini yetişdirdiyiniz torpaqda su və qida qıtlığı olduğundan bitki yaxşı qidalanmır və quruyur. Buna görə saxsı qablardakı bitkinizi 10-15 gündən bir suyla yanaşı, qida elementləri ilə də təmin etməlisiniz.

Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.

Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.
Davamı →

Göy üzünün rəngli işıq sənəti

   

Yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü meteoroloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsiri ilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks  olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.

İşıq: göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüaların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.


Ardı →

Yağış

Fransız fotoqraf Kristof Jakro (Cristophe Jacrot) yağışa həsr olunmuş fotoşəkillər silsiləsi yaradıb. «Romantik hisslərimi və fantaziyamı oyatdıqlarına görə yağışı və qarı çox sevirəm», — Kristof dedi.

Ardı →

Səfehcəsinə xoşbəxt

Yağış yağır, yaz yağışı. Bu yağışın tanış ritmi çoxdan unutduğu çöhrə kimi yaddaşını qıdıqlayır. Yadına nə vaxtdı xatırlaya bilmədiyi bir ömür düşür. Bu yağışın o üzündə qalan ömür.

Nəsə nəm, yağış, rütubət qoxulu bir xatirə ona rahatlıq vermir. Hansısa islaq bir xatirə.

Bu köhnə bir nağıldır. Çoxdandır, sevə, təzələyə, sevindirə bilmədiyi ömrün bəlkə də yeganə nağılı. Və o, bir çətir, alabəzək bir çətir görür, yağışdan və sevincdən islanmış üz. Çətirdən daha alabəzək, səfehcəsinə xoşbəxt təbəssüm. İslaq küçə, qoşa addımlar, baxışların heyrətli parıltısı.

Tanış binalar, yad adamlar, yad adamların üzündəki doğmalıq. Yaxınlıqdakı bağ, bağdakı yaşıl rəngli tablo, tablodakı ağacların sevinci. Mavi gödəkcə, onun altında həyəcanla çırpınan quş ürəyi. İyirmi üç yaş, həyatın gözəlliyi, balaca uşağın təzə, güllü donuna bənzəyən rəngbərəng ümidlər.

Və sonra hər şey qurtarır, daha doğrusu, qurtarmır hər şey, yarımçıq qalır.


Ardı →

Yağışda qaçmaq, ya normal yerimək?

Yağış yağarkən qaçanların daha çox islanacağını iddia edən, insanı yağışda yellənə yellənə gəzməyə çağıran bir görüş ilə heç bir şey fərq etməyəcəyini iddia edən bir başqa görüş ortada dolanıb dayanmaqdadır.  

Heç bir şey dəyişməyəcəyini söyləyənlərin fikirinə görə bədəninizin bir düzbucaqlı olduğunu və yağış damlalarının yerə dik düşdüyünü fərz edək. İstər bir yüz metrçi kimi sürətli qaçın, istərsə yellənərək gedin bir şey fərq etməz. Sürətinizə bağlı olmadan bədəninizə düşən yağış dənəsi sayı eyni qalar. Qaçdıqca ön tərəfinizə bir saniyədə daha çox yağış dənəsi isabət edəcək amma müddət qısaldığından cəmi ədəd və nəticə dəyişməyəcək.

yağışds qaçaq yoxsa sakitcə gəzək?
Ardı →

Yağış

1. Portuqaliyada yağış işə gəlməmək üçün üzürlü səbəb hesab edilir. Yəniki yağış yağanda işə getmiyə bilərsiniz.

2. Əslində yağışın heç bir ətri yoxdur. Yağışdan sonra duyduğumuz ətir aktin-sianobakteriyaların iyləridir. Bu iyin adı qeosmindir.

3. Uqandada şimşək tam adi bir təbiət hadisəsidir. Orada il ərzində 250 dəfə güclü leysan və heç yerdə görə bilməyəcəyiniz ildırımlar çaxır.

4. Hava haqqında məlumat məhz yağışın gözlənilib gözlənilmədiyi üçün ilk dəfə verilmişdir. Bir gün teleradio şirkətinin rəhbəri yolda ikən möhkəm yağışa düşmüş və bundan hirslənərək şirkətin əməkdaşlarına sabahdan hava haqqında qabaqcadan məlumat vermək üçün xüsusi proqram hazırlamağı əmr etmişdir.

Ardı →