Bu BiziK !

Toy kasetinə baxanda öz oynamağımızdan utanan da --BİZİK
Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.
Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayan da, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.
“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.
Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da —BİZİK.
Davamı →

Əsəbi oğlanlar

Metronun qapısı iki saniyə gec açılanda qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı, «Kurtlar vadisi» serialından təsirlənmiş, qıza görə bir partiya özünü ülgüclə doğramış əsəbi oğlanlar qapıya təpik, yumruq vururlar. Narazı baxışlarla adamlara baxırlar. Bir sözlə, adamları öz baxışlarıyla qorxutmaq istəyirlər. Onların baxışlarından bu sözləri asanlıqla oxumaq mümkündür: «Vurub ...-baş edərəm, prostu təzə zibildən çıxmışam».
Murad Köhnəqala bu tiplərin hərəkətlərini, həyat fəlsəfələrini «Ciddi oğlanlar» adlı yazısında çox gözəl təsvir etmişdi. Mən həmin yazını böyük zövqlə oxudum. İmkanı olanlar Muradın «Ciddi oğlanlar» yazısını tapıb oxusunlar.
Davamı →

Qaçqınkom.kom

Xalqa satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona havayı siçan ver.
Murovdağda satılan torpaqlar deyirdi ki, torpaq – əgər uğrunda ölən varsa vətəndir… Sulutəpədə satılan torpaqlar deyirdi ki, torpaq – əgər üstündə yaşayan varsa vətəndir...
 İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
 – Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızılı çadıra ötürdü, məni qara çadıra.
 Qaçqın Nəbi ölüm ayağında götürdü prezidentə məktub yazdı ki, onu öz torpaqlarına qaytarsın, oralarda qəbir yeri havayıdı...
 O vaxt ki, Azərbaycanda Sevinc də vardı, Bəxt də, Ümid də – hamısı da loto şəklində…
Ardı →

Tərbiyəsizin tərbiyəsi

O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun «bir az da mehriban olun!» ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: «vay öldüm!»; «adam ol da, ayağımın üstünə niyə çıxırsan?; „bir az aralı dur da!“; „yavaş, böyrəyim deşildi!; “vay qoluuum!»… Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.
Ardı →

Dilimizdəki bəzi sözlərin "izahlı" lüğəti

SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.
QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.
AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan. 
UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.
BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.
BİHUŞ – teleseryal izləyən valideyin.
SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti. 
AXŞAM — əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.
Ardı →

Yengə

Yengə xidmətlərinin göstərilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
1. Bu Qanun Azərbaycan Respublikasında yengə xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, yengələrin funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edilməsini, toy gecəsinin təşkil edilməsi ilə bağlı ictimai nəzarət (qohum nəzarəti) sisteminin yaradılmasını nəzərdə tutur.

Maddə 1. Anlayışlar.


  1. Yengə — toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsini təmin edən fiziki şəxs.
  2. Yengə xidmətləri – toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsindən ibarət olan xidmətlər.

Davamı →

Linqvistik vineqret

Gənə, bilirsiniz, kakoy malenkiy parazit?!
Bu, o deməkdi ki,… paloçka razvivayetsya və miningit xəstəliyi tutur… Belə bir primer gətirəcəyəm… Və burda çyotki qran olmalıdı: bu, nə gənədi? Bu gənələr belədi ki, bunların ayağları da var. Bunlar yaşıyırlar — produkt jiznedeyatelnosti var. To yest bunların taksinlər də var… Və ən pisi budur ki, əgər samoleçeniye gedirsə, yaxud da neprofessional, bu, sıxılırsa, demək, sıxanda ətrafını zədəliyirsən… Onla yolxamaq çox xasandı. Bəzilərdə qızartı bir az burun nahiyədə qızartıdır… Onunnan kutarmaxda böyük adamda səbir tələb eliyir… Biz uje, bilirsinizimi… dəhşətli bir kartina yaranır. Sabahları, bilirsinizimi, bizdə qruppa riska var. Spesifik qruppa riska var, hansı ki, gənə yaratmax üçün şərtlər var orda… Siz onu portağal kimi, apelsin deşiklər kimi görürsünüz.
Ardı →

Azərbaycanlılar necə evlənir?

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. “Oğulun acizi qohum yerdən qız alar”. Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam.
Davamı →

Milli kitabcıq müsabiqəsi

Azərbaycan absurdistan olmalıdır əslində.Bu ölkədə hər şey qəribədir. Elə ədəbiyyatı da.
Günlərin bir günü Əli və Nino adlı kitab mağazasının böyüyü Nigar Köçərli başına bir dəstə adam yığıb deyirlər ki,gəlin Milli Kitab müsabiqəsi keçirdək.Qalibə də pul mükafatı verək. Deməli Milli Kitab Mükafatına 265 əsər qəbul edilir. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar. Münsiflər heyətinə isə bu adamları dəvət etmişdilər:
Ardı →