NÜSRƏT KƏSƏMƏNLİ -ÖLDÜRMƏ MƏNİ

 

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

Ölümüm min yerə yozulacaqdır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni.

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə meni…

 


Ardı →

Mənim ürəyimcəsən!

Soruşsan ki, söylə nədir
Səni mənə sevdirən?
necə verim cavabını,
Heç bilmirəm necə mən
Deyirəm ki, bahardan xoş,
Gül-çiçəkdən incəsən.
Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən!
Ardı →

Nə dost ola bildik, nə də segili...

Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.

Əlindən tutmaq da mənə bəs idi,
Sevmədin, bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.

Məhəbbət nədirmi, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.
Ardı →

Bir...

Bir ağac bir meşənin başlanğıcı ola bilər.
Bir quş, baharın müjdəçisi ola bilər.
Bir gülümsəmə bir dostluğu başlada bilər.
Bir qucaqlaşma əhvalınızı yüksəldə bilər
Bir ulduz, dənizdə bir gəmiyə yön göstərə bilər.
Bir tək söz, böyük bir idealı izah edə bilər.
Bir zərrə günəş işığı, bir otağı işıqlandıra bilər.
Bir şam, qaranlığı yırta bilər.
Bir gülüş, hüznü fəth edə bilər.
Bir addım, uzun bir səfəri başlada bilər.
Bir dua, bir sözlə başlar.
Bir səs, müdrikliklə danışa bilər.
Bir ürək həqiqət olanı anlaya bilər.
Bir həyat çox şeyi dəyişdirə bilər.
Gördüyün kimi.
Hər şey sənə bağlı!..
Nə qədər əhəmiyyətli olduğunuzu heç vaxt unutmayın!

Davamı →

Salam Sarvanın şeirləri

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Ardı →

İnanma!

Bir gün, unutmuşam, desələr sənə,
Gözümə baxmamış gözün, inanma!
Həsrət şərabını versələr sənə,
Yenə seç əyridən düzü, inanma!
Ardı →

Yağışlar səni anlatır


Yağdığında yağış gəlirsən ağlıma
Islaq oldum sanki sənsən qolumda
Xatırlasan sən və mən ıslanırdıq
Şeirlər səni orda məni burda izah edir

Yalnızlığımda qar da yağsa mənasız
Məşğul olma sən məhrum ağlamaram ki
Dadı yox dünüyanın kölgə axtarıram
Qəlbimə söz keçmir istəyir səni

Çatıq-dəlik mən islanmaq istədim
Sənsiz dadı yox qar yağsada gəlmə
Təkliyə çox alışdım sən gəlmə
Yağış sənin üçün qar yağdı burda

Xoşbəxtlik nağıl oldu qaldı xəyalım
Yağışda axtararkən bax dolu yağdı
Qırılma ki sənə o hikmət yoxdur
Yoxsul oldum sevgi yoxmuş burada

Davamı →

Təkcə həvəsim yoxdu | Ramiz Rövşən

Qanadım var, göyüm var
Quşam qəfəsim yoxdu.
Uçmağa hər şeyim var,
Təkcə həvəsim yoxdu.

Yol getməyə yolum var,
Qulluğum var, qulum var,
Xərcləməyə pulum var,
Təkcə həvəsim yoxdu.

Nə dərd var, nə əzab var,
Nə hirs var, nə qəzəb var,
Ölməyə yüz səbəb var,
Təkcə həvəsim yoxdu...

Ramiz Rövşən

Davamı →

Gilavar

Gəzir saçlarında ilıq Gilavar,
Toxunur nəfəsi yanaqlarına.
Öpür dodağından, küləyə nə var?
Dünya verilib onun ixtiyarına.
Ardı →