Dolub yenə könlüm mənim

Dolub yenə könlüm mənim, 
Dolub yenə dəli kimi.
Dolub, yoxdur bir həmdəmim-
Dəli olsun mənim kimi.
 
Dolub yenə, leysan kimi
Gözümdən yaş axmaq istər.
Düşüb səhrada bir quma
Gözyaşım yaşamaq istər.
 
Səhra neyləyir ki suyu?
Səhra əzəldən qurudur.
Bəlkə təsəlli duyduğu -
Səfil olmuş Məcnunudur?
 
Eşqsizi yandırar odu -
Səhranın öz səfası var.
Hər səhranın bir Məcnunu,
Hər Məcnunun cəfası var.
 
Dolub yenə dəli könlüm,
Bir ümmandır — olmur yığmaq 
İlahi, nə çətin imiş
Tənha sularda boğulmaq.

Cavidan Hacıyev

Davamı →

Tomas Eliotun poetikası

Tomas Eliotun poetikasına daxil olmaq üçün XX əsr amerikan ədəbiyyatşünaslığının əsas istiqamətlərindən sayılan “Yeni tənqid” (New criticism) məktəbinin nümayəndələrinə, onların söykəndikləri fəlsəfi-estetik sistemlərə, Frensis Herbert Bredlinin idealist fəlsəfəsinə, fransız simvolistləri Jül Laforq və Stefan Mallarmenin bəzi fikirlərinə yığcam şəkildə nəzər salmalıyıq.
Birinci Dünya Müharibəsi ərəfəsində ortaya çıxan “Yeni tənqid” məktəbi anti-pozitivist mövqedən çıxış edirdi. Onlar incəsənətin təbiət qanunları əsasında öyrənilməsinin əleyhinə idilər. Fikirlərini belə əsaslandırırdılar ki, təbiət elmlərində təbiət və insan iki ayrı reallıq kimi götürülür, bu halda şüurlu məqsədi olmayan ruhsuz təbiət araşdırmaçı üçün əsas hədəfdir.

Davamı →

Şaxta Baba

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü həyat bu yerdə.
Səssizcə yataqda qısılıb küncə
Nəsə pıçıldayır Fidan gizlində.

Böyük bir qız olub, var altı yaşı.
Ancaq, nağıllara inanır hələ.
Bayram gecəsində səssiz danışır,
O, Şaxta Babadan umur hədiyyə.
Davamı →

Sevgi nəğmələri

Qəndabın «Səni elə sevdim ki!..” şeirlər kitabını əlimə alarkən, indiyədək bu imzaya rast gəlməməyim özümə də qəribə gəldi. Çünki bu imza mənə o qədər də tanış deyildi; adətən şairlər ədəbi prosesdə tanındıqdan sonra kitab çıxarmağı üstün tuturlar. Hər halda müəllifin mətbuatda, saytlarda, ədəbi orqanlarda şeirlərinə rast gəlməmişdim. Kitabında isə özü haqqında əlavə heç bir məlumatın olmaması onun ədəbi prosesdəki fəaliyyətindən məlumat almağa imkan vermirdi. Lakin düşündüm ki, indi ədəbi orqanlar, qəzetlər bolluğunda onun imzasını qaçırmış olaram.

Davamı →

Zərərli və zəhərli dərdlər haqqında

– Demişdiniz ki, yazıçı fikirlərinə görə qiymətləndirilməməlidir.
– Xeyir, fikirlərin vacib olduğuna inanmıram.
– Bəs onda bir yazıçını nəyə görə qiymətləndirməliyik?
– Məncə, yazıçı yazdıqlarının oxucuya verdiyi zövqə və oyandırdığı hisslərə görə qiymətləndirilməlidi.
Xorxe Luis Borxesin müsahibəsindən.

Davamı →

Nifrət

Burda bir qız sevinir
Özünə nifrət dolu.
Burda bir qız sevinir
Qəlbində ancaq. Solur
Səssizcə burda bir qız
Solur hamıdan gizli, solur hamıdan yalqız.
Solur burada bir qız,
Solur hər gündüz-gecə,
Solur burada bir qız
Diksinərək hər səsə.
Davamı →

Şeirlər. Cavidan Hacıyev

Dayandı

İnsan ozünə nur seçərək harda dayandı?
Şəmsin işığın görməyib, ehrarda dayandı.

Şər ilə Xeyir mücadələ etdi əzəldən.
Rəbb «Xeyir» dedi, bəndəsə qəddarda dayandı.

Haqqın səsini duymayıb, küfr ilə gedənlər,
Ləl, zər səsini tez eşidib, kar da dayandı.

«Ar ruhumuza hopup» deyib, mərdlik edənlər,
Altun görəni, ruh da getdi, ar da dayandı.


Davamı →

İt hürən tərəf

Kim deyir bu həyat nağıl kimidi?
Gözləmə göylərdən üç almaları.
Bir ağac buraxıb göylərdən endik.
Amma bəxtimizə düşür daşları.

Dəcəllik eylədim uşaqlar kimi:
Kiçik həyatımda Cırtdan olmuşam.
Yan aldım, eşidib itin səsini.
Orda da rast gəldim mən div-qardaşa.

Bu Div hiyləgərdi, Div axmaq deyil.
Üstəlik həyətdə qəzəbli it var.
Dedim ki «su içim», istədim xəlbir.
Gülərək, dedi ki «nağıl danışma».

Dərindən qəhqəhə çəkərək bu Div
Söylədi: «Guya ki, kiçik uşaqlar
İşıqlı tərəfə olublar qərib,
Divi aldadaraq, ordan qaçıblar.

Nağılı bilirlər hamı əzbərə.
Cırtdan da olubdur qəhrəman-uşaq.
İndi hamı gəlir itin səsinə.
İşıqda div yoxdu — mən uydurmuşam.»

İndi gözləyirəm — naharam divə.
Nə yaman aldatdı nağıllar bizi.
Bəlkə heç ağac da yox imiş göydə,
Almasız qovublar o nənəmizi?


Cavidan Hacıyev


Davamı →

...


Bu nə cür sükutdu? — kar etdi məni.
Bu nə qaranlıqdı? — kor etdi məni.
Bu nə arzu idi? — gor etdi məni.
Bilmirəm, gor mənəm? ya bu gordakı?
 
Göylərdən gələrək dünya qoynuna.
Yeni hərisliklə düşdük oyuna.
Deyəsən, bu dünya salıb toruna?
Nə qədər xoşbəxtdir, görən tordakı?
 
Çox da Səmalarda yazılsın ayyət -
Özümüz kirliyik, kirlidi niyyət.
Günahlar üstünə yeni qəbahət
Yazmaqdan yorulur indi ORDAKI.

Cavidan Hacıyev

Davamı →

Soyuq hava, soyuq otaq...


Soyuq hava, soyuq otaq, soyuq insan. qalaq qalaq
Köhnə varaq, bir az əzik. Bir az bezik
həyatından, bir az yorğun, bir az solğun
vazadakı güllər kimi, durğun suda başı uca
olmur durmaq — Çiçək açmaq? — nəyə görə?
Atacaqlar üç-beş günə çiçəkləri dolçalardan.
Gülalan kəs, heç bilirsən o baxdığın çiçək hardan? dolça hardan?
Heç bilirsən bağban gülə veribdir bütün sevgisin?
O gülləri sevgisiylə böyüdüb ki — bir gün kəssin, gülü satsın
Gülalansa üç-beş günə vazadakı gülü atsın.

Soyuq hava, isti otaq, soyuq insan ...vərəqsizdir.
Otaq isti — vərəq tüstü. Yandırdı o vərəqləri,
Yandırdı o çəkdiyi gül rəsimlərin.
Yandırmasa, satacaqdır rəsmləri, olacaqdır bağban kimi
Sevgisiylə yaratdığın, satacaq dəyər-dəyməzə.
Deyirlər ki, dünya belə. Dünya böyük bir hərracdır -
Hərə alır — hərə acdır. Qovhaqovdur, qaçhaqaçdır isti yerlər ucbatından.
Bezikərək həyatından, qaçhaqaçdan geri qalan bəziləri şairləşir,
bəziləri rəssamlaşır — guya ki, həyat saflaşır.

Soyuq hava, isti otaq, soyuq insan rəssamlaşır, şairləşir.
Nəsə yazır gül olmamış vərəqlərə — kül olmamış vərəqlərə.
Nəsə yazıb, cırıb atır pəncərədən, külək qaçır daha iti tez tutaraq bu vərəqi
O qədər vərəq içindən xilas oldu cəmi biri
Bu şeirdə yoxdu sonluq, nə xoşbəxti, nə bədbəxti.
Görən neçə bucür yarım şeirlər var?
Onlarınsa sonluqları sobadakı vərəqlərdə otaqları qızdırırlar.

Darıxmayaq, bir az keçər yer də qızar, içməyə çox qətran olar.
Hələ isə soyuq olaq, qoy buz belə buz bağlasın qəlbimizdə, soyuq qalaq.
Soyuq hava, soyuq otaq, soyuq insan.
Soyuq hava, soyuq otaq...


Cavidan Hacıyev


Davamı →