Qadını daşımaq

İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya keçmək üçün gözləyən gənc bir qadını görərlər. Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu davranışını başqa bir şəkildə şərh etdi və bu səbəbə görə də heç də xoş qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü daha çox tuta bilmədi, yoldaşına bu davranışının səhv olduğunu izah etmək istədi:
«Belə bir şeyi necə edə bildin?» dedi.


Ardı →

Kiçik qız və müəllim

Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız «Yunus peyğəmbəri» bir balinanın udduğunu söylədi, əsəbləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi.
Kiçik qız belə dedi:
-Cənnətə getdiyim zaman Hz. Yunusa soruşacağam.
Müəllim: «Ya Hz. Yunus cəhənnəmə getdisə?»- deyə cavabladı.
Kiçik qız :
— O zaman sən soruşarsan- dedi.


Davamı →

Kəndli ilə Canavar

Bir Canavarı ovçular pis sıxışdırmışlar. Qurd meşədə oraya bura qaçmaqda, ancaq arxasındakı ovçuları heç cür dəf edə bilməz. Canını qurtarmaq üçün dəli kimi qaçarkən bir kəndliyə rast gələr. Kəndli əlində yabasıyla tarlasına girməkdədir. Qurd adamın önünə çökər və yalvarmağa başlar: «Ey insan nə olar kömək et mənə, arxamdakı ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən kömək etməzsənsə bir az sonra məni tutub öldürəcəklər.» Kəndli bir an düşündükdən sonra yanındakı boş çuvalı açar, qurda içinə girməsini söyləyər. Çuvalın ağızını bağlar, kürəyinə atar və getməyə davam edər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr.


Ardı →

Bir daşla iki quş (iran hekayəsi)

Adamın tənbəlmi tənbəl bir xidmətçisi vardı. Bir gün onu üzüm və əncir almağa göndərdi, amma xidmətçi yalnız üzümlə çıxıb gəldi.
— Mən sənə demədimmi, sənə bir iş versəm iki iş birdən et deyə ha?
Təsadüfən, əfəndi o gün xəstələndi. Xidmətçini həkim çağırmağa göndərdi. Xidmətçi də həkimin yanında iki dənə də məzarçı gətirmişdi.
Əfəndi xidmətçisinə xitab edib soruşdu:
— Niyə gətirdin bu məzarçıları ?
— Əfəndim, sənə bir iş versəm iki iş birdən edəcəksən demədinizmi? Məndə, müalicə etsin deyə həkim gətirdim. Müalicə xeyir etməz də ölsəniz, məzarçı hazır olsun heç olmasa dedim!


Davamı →

Həyatın əks-sədası

Bir adam və oğulu meşədə gəzirmişlər. Birdən uşaqın ayağı ilişib yıxılır və canı ağrıyır 'AHHHHH' deyə qışqırır.
İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır.
Maraqlanır və
— ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib — ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.
Uşaq atasına dönüb
— ''Ata nə olur belə?'' deyə soruşur.
Ardı →

Kiçik qızın dilindən övladlığa götürülmək...

Məktəbdə 1- ci sinif şagirdləri, bir ailə fotoşəkili üzərində mübahisə  edirdilər. Fotoşəkildəki kiçik uşağın saç rəngi ailənin o biri fərdlərinin saç rəngindən dəyişik idi. Şagirdlərdən biri, o kiçik kişi uşağının, bəlkə də övladlığa götürülmüş ola biləcəyini söylədi. Onun bu sözünü eşidən  kiçik bir qız şagird, birdən səsini yüksəltdi:
«Mən övladlığa götürmə mövzusunda hər şeyi bilərəm. Çünki məndə övladlığam!»
Sinifdəki bir başqa şagird soruşdu:
«Madam bilirsən, bizə də izah etsənə. Övladliq  nədir?»
Kiçik qiz özünə əmin bir şəkildə, məlumatını yekunlaşdırdı:
«Ananın qarınında deyil, ürəyində böyümüsən deməkdir.»

Ardı →

Uşaq gözüylə zənginlik - kasıblıq

Atası böyük şəhərdə yaşayan uşağına insanların niyə kasıb olduğunu göstərmək istəmiş və onu  bir yerə aparmış. Bir az gəzdikdən sonra atası oğuluna:
-İnsanların niyə/ kasıb olduqlarını gördünmü?
demiş. Oğulu isə bu şəkildə cavab vermiş.
-Bəli ata gördüm insanların nə qədər kasıb olduğunu
və arxasından əlavə etmiş kiçik uşaq...
Bizim evdə bir itimiz var, burdakıların isə üç dənə,
Bizim bağçada böyük bir hovuzumuz var, burdakilerin isə sonu olmayan bir dərələri
Bizim evdə bir neçə dənə xalçamız var, burdakilerin isə yamyaşıl, sonu görünməyən çəmənləri
Bizim görüş məsafəmiz yalnız qarşı binaya qədər, burdakıların isə göz ala bildiyinə, bütün üfüqü görə biləcək qədər
Və sonunda oğulu söyləyəcəklərini bitirdi. Atası bir şey deməyə çalışar kimi oldu amma deyəcək bir şey tapa bilmədi. Daha sonra isə oğulu əlavə etdi:
-Təşəkkürlər ata bizim nə qədər kasıb olduğumuzu gördüm.


Davamı →

Qərar verərkən tələsməyin

Lao Tzunun əhvalatı...
Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış. ..Öyle dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya haradasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır… «Bu at, bir at deyil mənim üçün; bir dost, insan dostunu satarmı» deyirmiş həmişə. Bir səhər qalxmışlar ki, at yox. Kəndli qocanın başına toplanmış:
«Səni qoca sən ağlını itirmisən, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın» demişlər.…


Ardı →

Möcüzəli yuxular

Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:
— Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?
Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi.
Ardı →